Prezidentdən oliqarxlara ağır zərbə
Siyaset
Oxunub: 1 561
11 iy 2016 | 20:58
Prezidentdən oliqarxlara ağır zərbə









Prezident oliqarxların torpaqlarının zəbt olunacağını açıqladı: “Mənə arayış təqdim ediblər, adlar var…”
Nazirlər Kabinetinin ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirədəki yekun nitqində prezident İlham Əliyev kənd təsərrüfatı təyinatlı torpaqlardan səmərəli istifadənin zəruriliyini bir daha vurğulayıb. Prezident AzTV ilə yayımlanan çıxışında bəzi hallarda kənd təsərrüfatı təyinatlı torpaqların hasarlandığını, istifadəsiz qaldığını bildirib. İlham Əliyevin sözlərinə görə, söhbət minlərlə hektarlıq torpaq sahələrindən gedir.

“Mən tapşırmışdım, artıq həmin torpaqlarla bağlı arayış hazırlayıb mənə təqdim ediblər. Bəzi hallarda həmin torpaqlar yüksək vəzifəli məmurlara məxsusdur, adlar var. Yaxın vaxtlarda bu məsələ ilə bağlı tədbirlər görüləcək və istifadəsiz saxlanılan torpaqlar zəbt olunacaq, kənd təsərrüfatı məqsədi ilə istifadəyə yönəldiləcək. Çünki ölkədə istifadəsiz kənd təsərrüfatı təyinatlı torpaqlar qalmamalıdır”-prezident deyib.

Ilham Əliyev bildirib ki, bu məsələdə Prezident Administrasiyası verilmiş tapşırıqları yaxşı icra edib və bölgələrdə lazım olan işləri görüb.

* * *

21:44

Nazirlər Kabinetinin ilin birinci yarısının yekunlarına həsr olunmuş iclasındakı çıxışı zamanı prezident İlham Əliyev ünvanlı sosial yardımlar haqda da danışıb. Prezident bildirib ki, ünvanlı sosial yardımlar insanlarda asılılıq yaradır və bu da gələcəkdə təhlükəli ola bilər. İlham Əliyevin bildirdiyinə görə bəzi insanlar dövlətdən yardım aldıqlarına görə işləməyə həvəs göstərmirlər. Prezident deyib ki, gələcəkdə dövlət aztəminatlı ailələrin dəstəklənməsi üçün ünvanl sosial yardımın formalarına dəyişiklik edə bilər.

İlham Əliyev deyib ki, dövlət aztəminatlı ailələrə öz bizneslərini yaratmaq üçün dəstək verəcək, beləliklə də ünvanlı sosial yardımdan asılılığı azaldacaq.

* * *

21:09

Xəbər verildiyi kimi dünən iyulun 10-da prezident İlham Əliyev Nazirlər Kabinetinin ilin birinci yarısının nəticələrinə və qarşıya qoyulmuş vəzifələrə dair iclas keçirib. Virtualaz.org xəbər verir ki, bu dəqiqələrdə Dövlət Televiziyası iclasın videoçəkilişini – prezidentin giriş nitqini yayıb.

Prezident çıxışında Dağlıq Qarabağ münaqişəsi ətrafındakı vəziyyətə geniş yer verib. Bildirib ki, danışıqlar prosesi son aylar he vaxt görünməmiş səviyyədə intensivləşib. İlham Əliyevin sözlərinə görə, əvvəllər danışıqlarda Dağlıq Qarabağın statusuna dair “müəyyən planlar” irəli sürülürdü. İndi isə beynəlxalq birlik Azərbaycanın mövqeyi ilə hesablaşır. Bu mövqe ondan ibarətdir ki, Azərbaycan ərazisində ikinci erməni dövləti yaradıla bilməz, Dağlıq Qarabağ heç vaxt müstəqillik statusu ala bilməz.

Prezident bildirib ki, Ermənistanın danışıqları yenidən pozmaq üçün cəbhədə təxribatlara əl atması istisna deyil. Necə ki, 2014-cü ilin payızında Parisdə aparılmış danışıqlardan sonra onlar təxribata əl atdılar və cəmi bir həftə sonra işğal altındakı ərazilərdə irimiqyaslı təlimə başladılar. İlham Əliyev xatırladıb ki, 2015-ci il Ermənistanın hərəkətləri üzündən danışıqlarda itirilmiş il oldu. Və bu ilin aprelində Ermənistan təmas xəttində yenidən təxribata əl atdı və cavabını aldı.

İlham Əliyev qeyd edib ki, Azərbaycan məsələnin sülh yolu ilə həllinə ümid edir və son vaxtlar bu ümidlər bir qədər artıb. Lakin Azərbaycan hərbi potensialını da gücləndirməkdə davam edəcək. Prezidentin sözlərinə görə, aprel döyüşləri Azərbaycan ordusunun qarşıya qoyulmuş vəzifələri yerinə yetirməyə qadir olduğunu göstərib. İlham Əliyev vurğulayıb ki, aprel döyüşlərindən sonra Azərbaycan ordusu daha da güclü silah sistemləri əldə edib və bu proses davam etməkdədir.

Xəbər yenilənəcək.
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Dünən, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Dünən, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Dünən, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Dünən, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Dünən, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Dünən, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Dünən, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
27-03-2024, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
27-03-2024, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
27-03-2024, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
27-03-2024, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
27-03-2024, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
27-03-2024, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
27-03-2024, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb