Ukraynalı deputat və oliqarx Azərbaycanda uşaqbazlığa görə İnterpola verildi - FOTO
Siyaset
Oxunub: 1 555
16 okt 2014 | 15:29
 Ukraynalı deputat və oliqarx Azərbaycanda uşaqbazlığa görə İnterpola verildi - FOTOAzərbaycanın müvafiq orqanları ukraynalı siyasətçilər Oleq Lyaşko və Sergey Levoçkinin beynəlxalq axtarışa verilməsi üçün İnterpola təqdimat hazırlayıb və göndərib.

Virtualaz.org saytı xəbər verir ki, bu sensasion informasiyanı Rusiyanın RAPSİ agentliyi (Rusiya Məhkəmə və Hüquq İnformasiyası Agentliyi) "məlumatlı mənbəyə" istinadən yayıb.
Xatırladaq ki, RAPSİ 2009-cu il, fevralın 10-da Rusiya Konstitusiya Məhkəməsi, Rusiya Ali Məhkəməsi, Rusiya Ali Arbitraj Məhkəməsi və RİA-Novosti informasiya agentliyi tərəfindən birgə təsis edilib. Rusiyanın ali məhkəmə instansiyalarının layihəsində iştirak etmək RAPSİ-yə oxuculara Rusiyanın bütün səviyyələrdəki və müxtəlif yurisdiksiyalarındakı məhkəmələrinin mətbuat xidmətlərindən daxil olan eksklüziv informasiyaları təqdim etmək imkanı verir.

Məlumata görə, ukraynalı siyasətçilərin beynəlxalq axtarışa verilməsi onların 2009-2011-ci illərdə Azərbaycanın Ucar rayonunda yetkinlik yaşına çatmayan şəxslərlə intim əlaqədə olması faktları ilə bağlı qaldırılmış cinayət işi çərçivəsindədir. Bu hərəkətlər Azərbaycan Cinayət Məcəlləsinin 152-ci maddəsi ilə cəzalandırılır.

RAPSİ bildirir ki, Lyaşko və Levoçkinin Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən İnterpola verilməsi barədə bu təşkilatın və Azərbaycan tərəfinin rəsmi münasibətini əldə edə bilməyib.

Xatırladaq ki, Rusiya mənbələri ukraynalı siyasətçilərin Azərbaycanda uşaqbazlıqla məşğul olması və bu səbəbdən onların barəsində cinayət işi qaldırıldığı haqda bundan əvvəl də xəbər yayıb.

Azərbaycan Baş Prokurorluğu isə bu xəbəri təkzib edib.

Bu ilin avqustunda Moskva və Moskvaətrafı region üzrə ixtisaslaşmış foxtime.ru adlı sayt belə məlumat yaymışdı ki, Azərbaycan Baş Prokurorluğu Ukrayna prezidentliyinə keçmiş namizəd, Radikal Partiyanın lideri, deputat Oleq Lyaşkonu və keçmiş prezident Viktor Yanukoviçin administrasiyasının rəhbəri Sergey Levoçkini uşaqbazlıqda (pedofiliya) ittiham edir.
Oleq Lyaşko gey kimi tanınır və onun adı bir neçə dəfə pedofiliya qalmaqallarında yer alıb.
Məlumatda deyilirdi ki, Ucar Rayon Prokurorluğu Ukrayna vətəndaşı Oleq Lyaşkoya qarşı pedofiliya ittihamı ilə istintaq aparır. Cinayət işinin materiallarında deyilir ki, 18 mart, 2009-cu ildən 10 oktyabr, 2011-ci ilə qədər Ukrayna vətəndaşı Oleq Lyaşko yetkinlik yaşına çatmayan və yaşları 14-15 olan bir neçə yeniyetmə ilə "könüllülük əsasında" müntəzəm olaraq cinsi əlaqəyə girib. Nəticədə Azərbaycan Cinayət Məcəlləsinin 152-ci maddəsi ilə müəyyən olunan cinayəti törədib.

Cinayət işinin materiallarında deyilir ki, ukraynalı deputat xüsusi olaraq Azərbaycana uçub və burada ona həmin "xidməti" göstəriblər. İstintaq işin təfərrüatlarını hələ açıqlamır. Ancaq sayt iddia edir ki, Bakıdakı prokurorluq nümayəndələri Ukrayna siyasi elitasının digər nümayəndələrinin, o cümlədən Yanukoviç administrasiyasının rəhbəri Sergey Levoçkinin də bu ittiham üzrə müstəntiqlərin şübhəsi altına düşdüyünü bildirib.

Sayt xatırladırdı ki, Rusiyada da odioz və radikal mövqeyi ilə tanınan Lyaşkonun adı bu motivli bir neçə cinayət işində keçir. Belə ki, Krımda Oleq Lyaşkoya qarşı pedofiliya ittihamı ilə araşdırma aparılır.
Müstəntiqlər deputatın 2012-ci ildə Krımdan istirahət adı altında Yaltadakı internatın 12 və 14 yaşlarında olan iki şagirdini Türkiyəyə aparmaq cəhdini araşdırır. Həmin vaxt aeroportun əməkdaşları Lyaşkonun uşaqları ölkədən çıxarmasına imkan verməyiblər.

Rusiya İstintaq Komitəsinin sözçüsü Vladimir Markin bildirib ki, hazırda həmin uşaqlar Krımda olduqlarına və Krım Rusiyanın tərkibinə keçdiyinə görə həmin fakt üzrə Rusiyada istintaq başladılıb.
Virtualaz.org saytı qeyd edir ki, Oleq Lyaşko qalmaqallı çıxışları ilə tanınan siyasətçidir və onun qalmaqallı keçmişi var. Lyaşko keçmiş jurnalistdir, 1993-cü ildə iqtisadi cinayətlərdə və fırıldaqçılıqda ittiham olunaraq 6 il həbsə məhkum edilib. İki ildən sonra amnistiya ilə azadlığa çıxıb. 2006-cı ildə Yuliya Timoşenkonun blokundan deputat seçilib. 2012-ci ildə majoritar dairədən ikinci dəfə deputat olub. O, özünü müxalifətçi kimi göstərsə də Yanukoviçin administrasiyasının rəhbəri ilə yaxın əlaqələrə malik olub.

Lakin Lyaşko Yanukoviçin devrilməsi ilə nəticələnən Maydan hərəkatının fəallarından biridir və kəskin anti-Rusiya bəyanatları ilə tanınır. Lyaşkonun yaratdığı könüllülər batalyonu ölkənin şərqində rusiyameylli separatçılara qarşı döyüşlərdə iştirak edir.
Lyaşkonun adı öz ölkəsində birinci dəfə deyil ki, homoseksual və azyaşlılara meylli biri kimi hallanır. 2012-ci ilin yanvarında seksual azlıqların müdafiəsi ilə məşğul olan təşkilatdan 16 yaşlı Vadim Tereşonko O.Lyaşkonu zorlamada ittiham edib. 2010-cu ildə isə Lyaşko barədə 1993-cü ilə aid olan videonu yayıb. Həmin videoda Lyaşko müstəntiqə "Borya" adlı yüksək vəzifəli şəxslə homoseksual əlaqəsi haqda danışır, bildirir ki, həmin vəzifəli şəxs ona vəzifə təklif edib.

Lyaşko həmin videonu "montaj" adlandırıb. Lakin həmin vaxt Lyaşkonu dindirən müstəntiq videonun həqiqiliyini təsdiqləyib.

Lyaşko bu ilin mayında keçirilən növbədənkənar prezident seçkilərində rəhbəri olduğu Radikal Partiyasından öz namizədliyini irəli sürüb və 9 faizə yaxın səslə üçüncü olub. Lyaşko onun "mavi" və "pedofil" imicinin yaradılmasına görə həmişə siyasi rəqiblərini ittiham edib.

Bu günlərdə isə Ukrayna Ali Radasının dəhlizində Lyaşkonu döymüşdülər.

Sergey Levoçkin

Sergey Levoçkinə gəldikdə isə o, Ukraynanın ən zəngin adamlarından biridir və 2010-2014-cü illərdə Viktor Yanukoviçin administrasiyasının rəhbəri olub. Yanukoviç devriləndən sonra onun administrasiyasının rəhbəri bir müddət gizlənib.

Hazırda isə o, Donbasın keçmiş sahibi olan Rinat Axmetovla birlikdə "Müxalifət bloku" yaradaraq parlament seçkilərində iştirak edir. Levoçkin həmçinin Lyaşkonun arxasında duran fiqur hesab edilir və məlumatlara görə, onun seçki kampaniyasını da maliyyələşdirir.

Foxtime.ru saytı tərəfindən Levoçkin və Lyaşkonun Ucar rayonunda uşaqbazlıq əməli törətdiyi barədə qalmaqallı informasiyanın yayılmasından sonra Azərbaycanın Baş Prokurorluğu məsələni araşdırdı və onu qətiyyətlə təkzib etdi.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun saytın redaktoruna göndərdiyi məktubda deyilirdi ki, bu məlumat həqiqətəuyğun deyil.
"Azərbaycanın Baş Prokurorluğu bu məlumatı qətiyyətlə təkzib edərək onun həqiqətə uyğun olmadığını bildirir. Bunu nəzərə alaraq KİV haqda qanunvericiliyin tələbinə uyğun olaraq həmin informasiyanı təkzib etməyinizi xahiş edirik" - deyə məktubda bildirilirdi.

Ancaq göründüyü kimi, Rusiya mənbələri məsələni yenidən gündəmə gətirib. Bu dəfə ukraynalı siyasətçilərin İnterpola verildiyi iddia edilir. Özü də bu iddianın yayılması Ukraynadakı parlament seçkiləri kampaniyası dövrünə təsadüf edir. Hansı ki, Krımı və Donbası nəzarətə götürdükdən sonra Rusiya bu seçkilərdə ona sadiq qüvvələrin revanş götürməsi üçün çalışır.
Doğrudur, Levoçkin hazırda Rusiyaya sığınan Yanukoviçin "sağ əli" və Ukrayna hakimiyyətinin "boz kardinalı" olub. Ancaq o, Ukraynanın Avropaya inteqrasiyasının tərəfdarıdır və görünür, bu üzdən milyonçu Levoçkini Kremldə xoşlamırlar. Və bir-birinin ardınca onu və müttəfiqi Levoçkini gözdən salmaq üçün Azərbaycanı qatırlar.

Bəs bu qara piarda niyə məhz Azərbaycan və niyə məhz Ucar rayonu hallandırılır? Bu məsələ qaranlıq qalmaqdadır...
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Dünən, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Dünən, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Dünən, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Dünən, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Dünən, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Dünən, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Dünən, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
27-03-2024, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
27-03-2024, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
27-03-2024, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
27-03-2024, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
27-03-2024, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
27-03-2024, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz