"Akif Çovdarovun ölkədə tanınan populyar agentləri ...”
Siyaset
Oxunub: 920
10 sen 2016 | 13:49
"Akif Çovdarovun ölkədə tanınan populyar agentləri ...”









Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, həbsdə olan general-mayor Akif Çovdarovun vəkili vasitəsilə verdiyi son açıqlama gündəmi qarışdırıb. General açıq şəkildə bildirib ki, danışsa, agentura şəbəkəsi ifşa olunar.

Sabiq rəisin təhdid dolu açıqlaması təkcə bununla bitmir. Agenturaya sərf olunan məbləğləri mənimsəməkdə ittiham olunan Çovdarov həmin məbləği bu istiqamətə sərf etdiyini bildirərək, bunu açıqlayacağı təqdirdə Azərbaycanda rüsvayedici vəziyyətin yarana biləcəyini vurğulayıb. Generalın ciddi müzakirələrə səbəb olan açıqlamasında əsas diqqətçəkən məqam bunlardır: “Müәyyәn qüvvәlәr prokurorluğun әli ilә məni agentura şəbəkəsini ifşa etməyə məcbur edirlər. Həmin pullar 2013-2015-ci illər arasında agenturaya sərf olunub. Mənim dövlәtçiliyin maraqlarını qorumaq mәqsәdi ilә susmağımdan istifadə edərək, barəmdə əlavə ittiham irəli sürdülər.

Bilirlər ki, xüsusi əhəmiyyətli sirri açan deyiləm. Mən ancaq bu sirri dövlət rəhbərliyinin razılığı ilə aça bilərəm. Buna isə razı olmazlar. Bu zaman kəşfiyyat və əks-kəşfiyyat deşifrə olar. Mənə qarşı saxta ittihamlar irəli sürüldü. Qeyd etdiyim qüvvələr dövlətin çətinə düşməsinə bilәrәkdәn göz yumurlar. Bütün bu hərəkətlə mənə qarşı deyil, məndən istifadə etməklə birbaşa dövlətə qarşı hərəkətlər edirlər. Həmin pullar bir qəpiyinə qədər dövlət təhlükəsizliyinə xərclənib. Dövlət rəhbərliyinin göstərişi ilə ittihamda göstərilən məbləğlərin hər bir manatına qədər hesabat verə bilərəm".

A.Çovdarovun bu açıqlamasının ardından onun keçmiş həmkarları tərəfindən sərt təpkilər gəlməyə başlayıb. Sabiq MTN-çilər bu orqanda vaxtı ilə çalışan şəxsin bu tipli açıqlama verməsini sərt şəkildə qınayırlar.

Keçmiş MTN polkovniki İlham İsmayıl “Yeni Müsavat”a açıqlamasında Çovdarovun bir çox sirləri bildiyini söyləyib: “Onun tutduğu vəzifə elə yer olub ki, nəticədə bir çox sirləri bilib. Ən azı özünün görüşdüyü agentlər, tabeliyində olan əməliyyat işçilərinin, şöbə rəislərinin görüşdüyü agentlərin hamısı ilə olmasa da, məşhurları ilə tanışdır. Burada söhbət sıravi agentlərdən deyil, dəyərli agentlərdən gedir. Bir də söhbət respublikada populyar olan şəxslərdən gedir. Həmin şəxslər MTN-in agentura şəbəkəsinin üzvü olublar. Agentlər düşmən deyillər, onlar dövlət tapşırıqlarını icra edirlər. Amma qeyd edim ki, Çovdarovun dedikləri birbaşa şantajdır. Çünki Çovdarov qol çəkib işə daxil olanda da, işdən çıxanda da söz verib ki, xidmətdə olduğum müddətdə mənə məlum olan sirləri heç vaxt heç yerdə açıqlamayacam. Bunu yazılı və şifahi şəkildə edir.

Bunlara əməl etməsə, qanunvericiliklə cinayət məsuliyyətinə cəlb oluna bilər. Amma indi o, başqa məsələlərlə onsuzda cinayətə cəlb olunub. Ola bilsin ki, nələrisə bilsin. Amma Çovdarov nə etmək istəyir?

Onu azad etmək mümkün deyil. Çox təəssüf ki, bu işin kökündən yanlışlıq var idi. Bu, düzgün olmayan şəxslərin nazir, nazir müavini və digər yüksək vəzifələrə yerləşdirilmələri idi. İlk günah buradan başlayır. Çünki Çovdarov tipli şəxslərin nə zamansa bildikləri sirləri açması mümkündür. Bu baxımdan, o danışa bilər, çünki itiriləsi bir şeyi qalmayıb. Sirləri açarsa, ölkədə vəziyyətin gərginləşə biləcəyini deyir. Bəli, tam gərginləşməsə də, müəyyən qruplar arasında vəziyyət doğrudan da gərginləşər. İndiki Dövlət Təhlükəsizlik Xidmətinin də agentura şəbəkəsinə ciddi zərbə vurmuş olar.

Çünki perspektivdə agent cəlb etmək də çətin olacaq, indiki agentura da görüşlərdən qaçacaq. Heç kimin qarantiyası olmayacaq ki, səhərisi gün Çovdarov onlardan kiminsə adını açıqlamayacaq. Çovdarov faktiki şantajla məşğuldur. Amma burada əsası olan şantaj var. O, bilir ki, kimlərlə işləyib, sıradan agentlər olmayıblar.

Söhbət siyasi nöqteyi-nəzərdən gedir. Azərbaycanda populyar olan jurnalistlər, siyasi xadimlər və digər şəxslər burada əsasdır. Onun tutduğu vəzifə elə idi ki, bilirdi, kimlərlə, hansı ranqlı şəxslərlə işləyir. Bu baxımdan bunun adı şantajdır, amma əsası olan şantajdır. Bir şəxsin adını açıqladı, yüzünü açıqladı, fərqi yoxdur, birbaşa cinayət məsuliyyətidir”.

Sabiq MTN-çi Çovdarovun həyatına olan təhlükələrdən də danışdı: “Həyatına təhlükə ola bilər. Dövlətçilikdə bir, yaxud yüz adamın ölməsi təəccüblü deyil. Söhbət burada Azərbaycan dövlətçiliyinin əsaslarından gedir. Onun şantaj etdiyi məsələlər də dövlətçiliyimizin əsaslarına aiddir. Çünki dövlətin bel sütunlarından biri onun xüsusi xidmət orqanıdır. Bel sütun da agenturadır. Bütün bunlar bir daha dərs olmalıdır ki, kimi bu orqana götürəcəksiniz, kimlərlə işləyəcəksiniz. 21 ildir işdən çıxmışam, müxalifətdə də olmuşam. Bir dəfə agent adı çəkmişəm? Daim də agenturanı müdafiə etmişəm. Bu şəxslərin nə keçmişləri bir şey olub, nə indiləri, nə də gələcəkləri bir şey olacaq”.

İ.İsmayıl sabiq idarə rəisinin hakimiyyətdaxili bəzi qüvvələrə mesaj ünvanladığına da toxundu: “Onun dediklərində bəzi həqiqətlər var. Gizli deyil ki, bu məsələlərin ortaya çıxmasında həmin qrupların təsiri oldu. Çovdarov da onları bilməmiş deyil. Amma yenə də bu şantajdır. Çünki 2-3 qrupun çəkişməsi dövlətçiliyə xələl gətirə bilməz. Qruplar keçmiş günahlarını bir şəxsin üzərinə yıxa bilərlər. Eldar Mahmudovun azadlıqda olması Çovdarova şantaj etməyə imkan verir. Neçə ki, o həbs edilməyib, Çovdarovun belə şantajlarının sayı hələ çox olacaq”.
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb
Dünən, 13:14
Ailə üzvlərinin qətlində ittiham olunan Əhməd Əhmədovdan XƏBƏR VAR
Dünən, 13:10
Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq
Dünən, 11:36
Terror dalğası Avropa sıçradı: türklər hədəfdə - VİDEO
Dünən, 10:20
Ermənistan 4 kəndi bu tarixə qədər qaytara bilər - Bakının PLANI
Dünən, 10:14
Azərbaycanın quru sərhədləri açılmayacaq