Kəmaləddin Heydərovdan sərt qərar
Siyaset
Oxunub: 3 979
24 okt 2016 | 08:58
Kəmaləddin Heydərovdan sərt qərar











Oktyabrın 17-dən Binəqədi sakinlərinin həyatı cəhənnəmə dönüb, rayon uğursuz Venesiyaya çevrilib. Bakıya yağan yağışın üstündən az qala bir həftə keçməsinə baxmayaraq, Binəqədi sakinləri sözün əsl mənasında üzə-üzə yaşayır. İstəyən "yağış"ın önünə bir "aramsız" sözü də əlavə edib cümləni gücləndirə bilər. Sanki, bir ay dayanmadan leysan yağıb, Xəzər dənizi daşaraq Binəqədini öz ağuşuna alıb. Əslində yağış heç də aramsız yağmayıb, heç təbii fəlakət həddində də olmayıb. Sadəcə, uğursuz şəhər planı, yarıtmaz məmurlar sayəsində sakinlər evlərindən küçəyə çıxa bilmir, işə üzə-üzə getmək məcburiyyətində qalıb. Evdən çıxanlar mənzil başına çatana qədər iki dəst paltar dəyişməli olur. Və təbii ki, vəziyyətin bu həddə çatmasında Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgənədovunun da "əməyi" az deyil. Başçı "Təmiz Binəqədi" deyə-deyə, Binəqədini Venesiya şəhəri ilə "qardaşlaşdırdı". Amma Xaləddin müəllimin digər işləri kimi, bu işi də uğursuz oldu. İndi insanların həyatını cəhənnəmə çevirən qərarlar sakinlər kimi, Xaləddin İsgəndərovun özünü də çətin vəziyyətə salıb. Yuxarıda qeyd etdiyimiz kimi, Binəqəddinin bu günə düşməsinin əsas günahkarı İcra Hakimiyyəti olsa da, digər dövlət qurumlarının da məsuliyyəti az deyil. İcra Hakimiyyətindəki mənbənin Qaynarinfo.Az-a verdiyi məlumata görə, Binəqədidə yaranmış vəziyyətin medianın gündəmindən düşməməsi, sosial mediada geniş müzakirələrə səbəb olması, baş verənlərə görə hökumətin tənqid edilməsi və sakinlərin keçirdiyi aksiya hakimiyyətin yuxarı dairələrini əsəbiləşdirib. Mənbə bildirir ki, Xaləddin İsgəndərova vəziyyəti tez bir zamanda düzəltmək tapşırığı verilib. Lakin icra başçısı təkbaşına yağışın fəsadlarını aradan qaldırmaqda çətinlik çəkdiyini deyib. O, bununla bağlı Fövqaladə Hallar Nazirliyinə müraciət etsə də, hələ heç bir cavab ala bilməyib. Buna səbəb isə fövqaladə hallar naziri Kaməllədin Heydərovla Xaləddin İsgəndərovun "krişa"sı hesab edilən vergilər naziri Fazil Məmmədov arasındakı soyuq münasibətlər göstərilir. "Fövqəlnazir" bildirib ki, Xaləddin İsgəndərov problemini özü həll etməlidir. Yəni bu günə qədər qarış-qarış satdığı Binəqədini ağuşuna almış yağış sularını indi özü qarış-qarış təmizləməlidir. FHN-dən umduğu dəstəyi ala bilməyən Xaləddin İsgəndərovun vəziyyəti isə günü-gündən pisləşir. Yuxarıların verdiyi möhlət başa çatmaq üzrədir, Binəqədinin küçələri isə hələ də böyük gölməçələri xatırladır. Və ən dəhşətlisi odur ki, Binəqədi sakinləri üçın həyat hələ də normal axarına düşməyib...
Bu gün, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ
Bu gün, 13:39
İrandan 4 kəndlə bağlı razılaşmaya - Reaksiya
Bu gün, 12:24
“İranda yaşayan azərbaycanlılar təqib olunur” – ABŞ Dövlət Departamenti nəhayət DİLƏ GƏLDİ
Bu gün, 11:41
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
Bu gün, 11:36
Əvəz Zeynallı ilə bağlı qərar verildi
Bu gün, 11:24
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır… - “Haykakan Jamanak”
Bu gün, 10:42
Qızıl qiymətlərində son 2 ilin ən böyük GÜNLÜK İTKİSİ
Bu gün, 10:38
Kadırovda ciddi xəstəlik yaranıb?
Bu gün, 10:35
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
Bu gün, 10:31
Azərbaycanda zəlzələ olub
Bu gün, 10:27
Avro və lirə ucuzlaşdı - Məzənnələr
Bu gün, 10:22
Kəndlərimizdə şou göstərlərin ifşası: Qarabağdan görüntüsü ortaya çıxdı - VİDEO
Bu gün, 10:03
Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır
Bu gün, 09:59
Qırğızıstan prezidenti Ağdama gedəcək
Bu gün, 09:56
Hər şeyə Ərdoğan qərar verir, Qərbin "əl-qolu bağlanıb"
Bu gün, 09:28
Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan
Bu gün, 09:20
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür
Bu gün, 09:10
Paşinyan: Bəzi gizli razılaşmalar hesablanıb
Dünən, 16:00
Sülh müqaviləsi Astanada və ya Tiflisdə bağlana bilər - İNCƏLƏMƏ
Dünən, 15:30
Ruben Vardanyana Nobel mükafatı verilməsi təşəbbüsünün arxasında kim dayanır? - AKTUAL
Dünən, 14:22
Kənlərimizin AZADLIĞI... - həm də buna görə MÜHÜMDÜR!
Dünən, 14:00
Qarabağdan çıxarılan sülhməramlılar birbaşa Ukraynaya göndərilir? - "Bild"
Dünən, 13:19
Şəhərlər Türkiyə bayrağına büründü: 13 ildən sonra KRİTİK SƏFƏR - FOTO
Dünən, 13:15
Paşinyandan Azərbaycanla bağlı qərar
Dünən, 13:10
İlham Əliyev Rusiyada səfərdədir
Dünən, 12:10
Azərbaycanda bu məhsullar ucuzlaşacaq - AÇIQLAMA