Bakıda İŞİD əməliyyatının siqnalı hardan gəlib? - İlginc iddialar
Siyaset
Oxunub: 947
2 noy 2016 | 06:57
Bakıda İŞİD əməliyyatının siqnalı hardan gəlib? - İlginc iddialar












Azərbaycanda “İslam dövləti” təhlükəsi qalmaqdadır; Son illərdə ölkəmizdən Yaxın Şərqdə gedən döyüşlərə qoşulanların olması daxildə bu təhdidin davam etdiyini göstərir...

Politika.Az-ın məlumatına görə, bir neçə gün əvvəl Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat da təhlükənin mövcudluğundan xəbər verirdi.

Ölkədə müxtəlif terrorçu-radikal cərəyanların ideoloji təbliğatı getməkdədir. Xüsusi xidmət orqanları isə hər zaman ayıq-sayıq davranır. Çünki şimal və cənub qonşular müxtəlif zərərli vərdişlər təbliğ etməklə yanaşı agentura şəbəkələri də işləməkdədir.

Yəni radikalizmlə mübarizə birqütblü və yeknəsəq deyil, ərəb ölkələrindən idxal olunan İŞİD, Vaşinqtondan idarə edilən FƏTÖ, Kreml və Qərbin dirijor çubuğu ilə hərəkət edən “5-ci kolon” təhlükəsi nə dərəcədə varsa, İrandan da agentura şəbəkəsi var.

Politika.Az xəbər verir ki, DTX-ya əməliyyat barədə ilk informasiyanın Rusiyadan daxil olması haqda versiyalar var. Bunu deputat Zahid Oruc da təsdiqləyib:

“Rusiya FTX-nin baş direktoru Aleksandr Bornikovun 28 sentyabrda Bakıda terrorçularla bağlı həyəcan siqnalı çalmasından sonra bu günlərdə Azərbaycan DTX-nin terrorçuları məhv etməsi heç də təsadüfü deyildi”.

Deputat bu günlərdə Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin Bakıda terrorçulara qarşı həyata keçirdiyi uğurlu əməliyyatın siqnalının Rusiyadan gəldiyini söyləyib:

“Bakıda DTX-nin həyata keçirdiyi antiterror əməliyyatında hətta terrorçular xüsusi xidmət əməkdaşlarına qarşı odlu silahdan istifadə etməyə də cəhdlər ediblər.

Buna görə də Azərbaycan həm vətəndaş və həm də xüsusi xidmət orqanları səviyyəsində bu cür təhdidlərə qarşı tam ayıq olmalıdır.

DTX-nin həyata keçirdiyi əməliyyat sübut etdi ki, hələ də çox diqqətli olmaq lazımdır. Bakıda məhv edilən və tutulan terrorçular Türkiyə-Azərbaycan kanalı ilə yəqin ki, Şimali Qafqaza, Rusiyaya sızmaq istəyiblər”.

Xatırladaq ki, bu günlərdə DTX terrorçulara qarşı xüsusi əməliyyat keçirib. Belə ki, dini ekstremizm zəminində ağır və xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılan cinayətkar birlikdə iştirak etmə, odlu silahdan istifadə etməklə terrorçuluğa və quldurluğa hazırlıq əməllərini törətmələrinə əsaslı şübhələr olan A.Quliyev, F.Rüstəmov və A.Gülməmmədovun saxlanılması üzrə 26-27 oktyabr 2016-cı il tarixlərində respublikanın müxtəlif rayonlarında kompleks əməliyyat tədbirləri həyata keçirilib.

Bu zaman saxlanılmasına müqavimət göstərərək ictimai yerdə "F-1" tipli əl qumbarasını partlatmağa cəhd edən A.Quliyev, habelə "Steçkin" markalı tapançadan istifadə edərək xidməti vəzifələrini yerinə yetirən əməkdaşlara atəş açıb, silahlı müqavimət göstərən F.Rüstəmov ətrafdakıların həyat və sağlamlığının təhlükə qaratdığından o, xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə məhv edilib. A.Gülməmmədov isə şübhəli şəxs qismində tutulub.

Fakt üzrə Dövlət Təhlükəsizliyi Xidməti İstintaq baş idarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 218.2, 28,181.2.1, 28,214.2.1, 28,214.2.3 və 228.1-ci maddələri ilə cinayət işi başlanılıb. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
18-04-2024, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
18-04-2024, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
18-04-2024, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
18-04-2024, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
18-04-2024, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
18-04-2024, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE