Prezident: Peşəkar Azərbaycan teatrı güclü mədəni şəraitdə yaranıb
Siyaset
Oxunub: 769
7 noy 2016 | 08:31
Prezident: Peşəkar Azərbaycan teatrı güclü mədəni şəraitdə yaranıb










"Multikulturalizm və teatr” mövzusunda keçirilən IV Bakı Beynəlxalq Teatr Konfransının rəsmi açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyevin tədbir iştirakçılarına müraciəti oxunub.

Azərbaycan prezidenti İlham Əliyev müraciətində bildirib ki, Azərbaycan teatrının ləyaqətli tarixi var:

XIX əsrin ikinci yarısından başlayaraq Azərbaycanda cərəyan edən ictimai-siyasi hadisələrin ölkədə maarifçilik hərəkatının inkişafına ciddi təkan verdiyini qeyd edən Azərbaycan prezidenti bildirib ki, bu, ədəbiyyat, mədəniyyət, incəsənət sahələrində forma və məzmun dəyişiklikləri yaradıb:

“Peşəkar Azərbaycan teatrı məhz belə bir dövrün güclü mədəni şəraitində yaranıb. 144 yaşlı peşəkar teatr mədəniyyətinin vətəni olan Azərbaycan teatrı 2009-2019-cu illərdə adlı Dövlət Proqramı çərçivəsində artıq 4-cü dəfədir ki, beynəlxalq teatr konfransı keçirilir. Sevindirici haldır ki, builki konfrans respublikamızda elan olunmuş “Multikulturalizm ili” tədbirləri sırasındadır.

Təqdirəlayiqdir ki, dünyanın ən ünlü teatr biliciləri və peşəkar aktyorlarının teatr və multikulturalizm mövzusuna həsr olunmuş 4-cü Bakı konfransında bir araya gəlməsinin əsas məqsədi teatrın bu günü və gələcəyinin inkişafının istiqamətlərini müəyyənləşdirməkdən, dünya insanının multikulturalizm və tolerantlıq mühitində yaşaması naminə səylərini birləşdirməkdən ibarətdir. Bu çox nəcib və xeyirxah bir əməldir. İnsanlığın dərk edilmiş xoşbəxtliyinə tuşlanmış fəaliyyətdir.

Ümid edirəm ki, dünyanın 40-a yaxın ölkəsindən teatr mütəxəssisinin qatıldığı bu konfrans iştirakçıların hər biri üçün maraqlı və faydalı olacaq, dünya teatr prosesinin inkişafına öz dəyərli töhfəsini verəcək. Konfransa toplaşan dünyaca məşhur rejissorlar, aktyorlar, prodüserlər, rəssamlar, jurnalist-pedaqoqlar, teatrşünaslar maraqlı fikir mübadiləsi aparacaq, ölkələr arasında mədəni dostluq tellərini daha da möhkəmləndirəcəklər. Sizi bir daha qədim mədəniyyət məkanı Azərbaycanda salamlayır, hər birinizin fəaliyyətinə və konfransın işinə uğurlar diləyirəm”.
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO