Rusiyadan İrəvana təcili Qarabağ MESAJI
Siyaset
Oxunub: 2 333
12 noy 2016 | 10:46
Rusiyadan İrəvana təcili Qarabağ MESAJI










Azərbaycan Ordusunun irimiqyaslı hərbi təlimlərə başlaması Ermənistanda ciddi qorxulara səbəb olub.

Publika.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin təsdiq etdiyi plana əsasən, noyabrın 12-dən 18-dək səhər şəraitində qoşunların idarəolunması və silahların döyüş tətbiqinin yoxlanılması məqsədilə Silahlı Qüvvələr irimiqyaslı təlimlərə başlayıb.
Təlimlərə 60 minədək şəxsi heyət, 50-dən çox təyyarə və helikopter, 150-dən artıq tank və zirehli texnika, eləcə də raket və artilleriya qoşunlarının 700-dək qurğu və sistemi cəlb olunub.

Ermənistan mediası bunu Azərbaycanın işğal altındakı əraziləri azad etmək üçün böyük hərbi hazırlığı olaraq təqdim ediblər.

Erməni ekspert David Apinyan deyib ki, gözlənilməz müharibə hər an başlaya bilər: “Azərbaycanın hərbi təlimləri təsadüfi ola bilməz və sonda Ermənistan ciddi zərbə ilə qarşılaşa bilər. Müharibənin yenilənməsi təhlükəsi var”.

Azərbaycan Ordusunun təlimləri fonunda SSRİ-nin keçmiş baş naziri, Rusiya Federasiya Şurasının üzvü Nikolay Rıjkovun dünən İrəvanda söylədiyi fikirlər də diqqət çəkir.

Ermənistan parlamentində jurnalistlərin suallarını cavablandıran Rıjkov “Rusiya Azərbaycana niyə silah satır?” sualını cavabında bunun köhnə sual olduğunu vurğulayıb.

“Bəli, biz silahı satırıq, lakin bu o demək deyil ki, müharibə istəyirik. Hər şeyin yoluna düşməsi üçün Dağlıq Qarabağ münaqişəsini tezliklə həll etmək lazımdır. Yalnız o halda, bu problemlər aradan qalxacaq”.

Rusiya Ermənistana Rıjkovun dili ilə “əgər silah satmağımızı istəmirsənsə, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün mənim planımı qəbul et” mesajını verir.

“Armenianreport” saytı da yazır ki, Rıjkov əslində, Ermənistanın ərazilərin Azərbaycana qaytarılmasını nəzərdə tutan “Qarabağ planı” ilə razılaşmasına işarə edir.

“O, “əraziləri qaytarın, Rusiyanın Qarabağ planı ilə razılaşın və bütün bu problemlər aradan qalxsın” demək istəyir. İkinci mesajı da belədir: “əgər siz bununla razılaşmasanız, o zaman Azərbaycan güc yolu ilə sizi yola gətirəcək”. Bunu Ermənistan rəhbərliyi də yaxşı bilir, lakin susur. Bu, sadəcə Ermənistanın milli biabırçılığıdır”, - deyə sayt yazır.
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində