Ankara və Tehranın Qarabağ prosesində iştirakı: Bakı nə itirib, nə qazanacaq? - TƏHLİL
Siyaset
Oxunub: 1 286
4 noy 2014 | 20:00
Ankara və Tehranın Qarabağ prosesində iştirakı: Bakı nə itirib, nə qazanacaq? - TƏHLİLDağlıq Qarabağ münaqişəsinin həll edilməsini öz üzərinə götürən ATƏT-in Minsk qrupunun artıq yaşlandığını düşünməyin vaxtı çatıb. 1992-ci ildə yaranan qrup bu illər ərzində nə bir qarış torpağı geriyə qaytara bilib, nə də tərəflər arasında sülhə doğru ciddi yaxınlaşmaya nail olub.

Bu səbəbdən də zaman-zaman Minsk qrupunun formatının dəyişməsi, yaxud münaqişənin həllinə yeni vasitəçilərin cəlb edilməsi kimi fikirlər, ideyalar, ehtimallar gündəmə gəlir. Rusiyalı siyasi ekspert Maksim Şevçenkonun bir neçə gün öncə "Qarabağ münaqişəsinin həlli Ankara və Tehransız çətin olacaq" açıqlaması məsələni bir daha gündəmə gətirdi.
Şevçenkoya görə, münaqişənin həlli üçün bölgəyə yaxın olan Rusiya, İran, Türkiyənin konkret siyasi razılığına ehtiyac var: "Son iki ölkə tam şəkildə vasitəçiliyə qoşulmayıb. Hərçənd mən Tehran və Ankara ilə məsləhətləşmələrin aparıldığına əminəm. Onlarsız problemin həlli son dərəcədə çətin olacaq".

Bu ideyanın gündəmə gəlməsi ilk dəfə deyil. Digər tərəfdən, Ankara və Tehran da münaqişənin nizamlanmasında iştirakdan olduqca məmnun olarlar. Lakin bu ölkələrin prosesdə birbaşa iştirakı bizə və münaqişənin hansı formada həll olunacağına necə təsir edəcək?
Türkiyə: Ankaranın Qarabağ prosesində iştirakı Bakıya nə vəd edir?
Rəsmi Ankara ilə Bakını bir-birinə təkcə siyasi-iqtisadi maraqlar deyil, mənəvi bağlar da bağlayır. Türkiyə Azərbaycanın ərazi bütövlüyünü yüksək səviyyədə dəstəkləyir. Bunun fonunda zaman-zaman Bakının xoş qarşılamadığı Ermənistanla sərhədin açılması xəbərləri ortaya çıxır.

Bu, Ukrayna böhranı və Qərbi-Rusiya qarşıdurması fonunda inandırıcı versiya kimi görünür. Cənubi Qafqazı bütövlükdə əldə etmək istəyən Qərb Ermənistan adlı maneəyə ilişir. Çünki İrəvan faktiki olaraq bütün sahələrdə Moskvadan asılıdır. Ermənistanı Rusiyanın caynağından qurtarmağın yeganə yolu Türkiyə ilə sərhədlərin açılması, bu yolla iqtisadi dirçəliş və Qərbə çıxışın təmin edilməsidir. Halbuki, bu versiyanı Bakı illər öncə irəli sürmüşdü, qarşılığında yeganə istəyi haqqı olan tarixi torpaqlarının işğaldan azad edilməsi idi. Bu baş versəydi, Ermənistan regionda Bakının əsas müəllifi olduğu boru kəmərlərində yer alacaq və tədricən həm Rusiya asılılığından, həm də aclıqdan xilas olacaqdı. Amma buna nə İrəvan razılaşdı, nə də Qərb qol qoymadı. Çünki qərbli başbilənlər Türkiyə variantını daha məqbul və asan olduğunu düşünürlər. Faktiki olaraq, Ankaraya sərhədi açmaq üçün mütəmadi təzyiqlər də olur.
Lakin Ankaranın addımları, xüsusilə NATO-nun Uels sammitində baş verənlər Türkiyənin Azərbaycanın yanında olduğunu göstərdi. Məhz Ərdoğanın Bakıda söz verdiyi kimi Şimal Alyansının Uels sammitinin yekun bəyannaməsində ilk dəfə öz müqəddəratını təyin etmə prinsipi olmadan ərazi bütövlüyünün dəstəkləndiyi vurğulandı. Ankara və Bakının siyasi gedişləri nəticəsində Ermənistan prezidenti Serj Sərkisyan da buna imza atmağa məcbur oldu. Bu, Türkiyənin Qarabağ münaqişənin həllində yer almasının Azərbaycanın xeyrinə olacağı ehtimallarını daha da gücləndirir.
Digər tərəfdən, münaqişənin həlli prosesində iştirak Ankara üçün Cənubi Qafqaza geri dönmək işində də yardımçı ola bilər. Bu həm də Azərbaycanın gələcək təhlükəsizliyinə mühüm töhfə olardı.
Bu arada Rusiya Dövlət Dumasının keçmiş üzvü, politoloq Sergey Markovun bir neçə gün öncə Dağlıq Qarabağla bağlı açıqlaması bu kontekstdə diqqət çəkir. Keçmiş deputat münaqişənin həlli yolunu belə şərh edir: Ermənistan Avrasiya layihələrinə qoşulur, bunun üçün ona blokadadan çıxmaq lazımdır. Amma bu faktiki olaraq problemlidir. Lakin inanıram ki, güzəştlər olacaq və bu güzəştlərin mahiyyəti təqribən bu cürdür: Ermənistan 7 rayonu qaytarır, əvəzində Azərbaycan və Türkiyə blokadanı geri çəkir. Bu güzəştlər hər iki tərəf üçün sərfəlidir".

Yəni, bu və ya digər formada Türkiyə amili münaqişədə əsas rol oynaya bilər.
Türkiyəli ekspert Haldun Yalçınkaya Publika.az-a açıqlamasında Türkiyənin Qarabağ münaqişəninin həllində yer almaq niyyətində olduğunu deyib. Ərdoğanın Uelsdə "NATO öhdəliklərinə əməl etməlidir sözlərini xatırladan türkiyəli ekspert bunun həm də ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə yaddaş dərsi olduğunu bildirib: Ankara əvvəldən Qarabağ münaqişənin həllində Bakının yanında olub. Digər tərəfdən, Türkiyənin münaqişənin həllinə cəlb edilməsi müsbət nəticələr verə bilər. Çünki Türkiyə həm də Ermənistanla sərhəd ölkədir. Bu baxımdan, Ankaranın iki tərəfi bir araya gətirib ortaq nəticələr çıxara biləcəyini düşünürəm. Ankaranın özünün də belə niyyətləri var".

İran: Tehran kulislərində nə düşünürlər?

Tehran kulislərində Qarabağ münaqişəsini hansı formada həll edilməsi ilə bağlı mövqelərin dəqiq necə olduğunu demək çətindir. Rəsmi Tehran münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həllinin tərəfdarı kimi çıxış edir. Amma kulislərdə bir erməni təəssübkeşliyinin olmadığını demək sadəlövhlük olardı. Sərkisyanın iranlı həmkarını qondarma "erməni soyqırımının" 100 illiyi mərasiminə qatılmaq məqsədilə 2015-ci il aprelin 24-də Yerevana dəvət etməsi də bunu deməyə əsas verir.
İran rəhbərinin bu dəvəti necə qəbul edəcəyini deyə bilməsək də, Tehranın siyasi cameəsində "soyuq" qarşılanmadığını demək mümkündür. Çünki Tehranın İrəvana siyasi dəstəklə yanaşı iqtisadi yardımlar etdiyi ortadadır. Bu, İranın Qərb sanksiyaları qarşısında duruş gətirmə siyasəti kimi qəbul edilə bilər. Amma bu həm də Bakının blokadaya saldığı Ermənistanın işğalçılıq siyasətinin davam etməsinə dolayısı dəstəkdir. Bu üzdən də zaman-zaman "İran Qarabağ münaqişəsinin Azərbaycanın xeyrinə həll edilməsində maraqlı" deyil kimi deyimlər gündəmə gəlir. Bunun bir klassik cavabı var: Tehran Qarabağ münaqişi Bakının xeyrinə həll edilsə, bundan sonra Cənubi Azərbaycanın qaytarılması məsələsinin gündəmə gələcəyini düşünür.
Bu yanaşma nə qədər klassik olsa da, Tehran üçün həmişə aktuallığını qoruyur.
İran üzrə ekspert Sədrəddin Soltan İranın Rusiyanın yanında olduğunu və beləliklə münaqişənin həllində marağının az olduğunu hesab edir. Ekspert Publika.az-a açıqlamasında İranın da maraqlarını sadalayır: "İranda belə bir tarixi yanaşma var. Bakının başı nə qədər öz daxili probleminə və digər məsələlərlə qarışsa, bir o qədər xeyirlidir. Çünki rəsmi Bakı nə qədər soyuq başla siyasət aparsa da, öz qonşuları ilə problemlərdən qaçsa da, insanlarda Cənubi Azərbaycanın bizə aid olduğu fikri heç vaxt unudulmayıb və bir gün bu baş qaldıracaq. Eyni yanaşma Arazın o tayında da var. Buna görə də İran Ermənistanın zəifləyib Azərbaycandan və Türkiyədən asılı vəziyyətə düşməsində maraqlı deyil. Həmçinin, Tehranın yanaşmasında Moskva ilə paralel addımlar da var".

S. Soltan İranın Qarabağ münaqişəsinin həlli prosesində yer almaq marağında olduğunu düşünür. Onun sözlərinə görə, Tehran bununla regionda öz liderliyini tətbiq etmək niyyətindədir: "Amma bunun nə qədər real olacağı sual altındadır. Tehranın münaqişənin kimin xeyrinə həll edilməsindən yana olması artıq ikinci məsələdir. Bütün hallarda isə Ermənistanın ayağını basacağını düşünmürəm. Bunu İrəvanda da bildikləri üçün İranla münasibətlərə xüsusi önəm verilir".
Şərhçilərin yanaşması iki ölkə - Türkiyə və İran arasında seçimi ortaya qoyur. Ya Bakını dəstəkləyən Ankara, ya da İrəvanı sevən Tehran. Hələlik bu iki mərkəzin münaqişədə nə qədər yaxın, yaxud uzaq rol alacağı sual altındadır.
"Nə Rusiya, nə Türkiyə, nə İran, nə də Amerika münaqişəni bizim istədiyimiz formada həll edə bilməz"
Keçmiş dövlət müşaviri, politoloq Vəfa Quluzadə isə Publika.az-a açıqlamasında bunlardan heç birinə ehtiyac olmadığını deyib. Onun fikrincə, münaqişənin həlli Azərbaycan və Ermənistanın üzərinə qoyulmalı və heç kim qarışmamalıdır: Bizə şərait yaradılmalıdır. Ermənistanla görüşməli və münaqişəni həll etməliyik. Nə Rusiya, nə Türkiyə, nə İran, nə də Amerika münaqişəni bizim istədiyimiz formada həll edə bilməz. Çünki onların hər birinin öz maraqları var. Azərbaycanın marağı ərazi bütövlüyünün bərpası və sülhdür. Ermənistanın da marağı sülhün olması və regionun iqtisadi layihələrində yer almaqdır.

V. Quluzadə bu cür ideyaların Rusiya tərəfindən ortaya atıldığını düşünür. Politoloqun sözlərinə görə, Moskva Minsk qrupunda Amerika və Fransanı əvəzləmək və öz hegemonluğunu qorumaq istəyir: "Ona görə də Rusiya mediası və siyasi şərhçiləri zaman-zaman bu cür fikirləri gündəmə gətirir. Halbuki, hansısa vasitəçinin xeyir verdiyini biz bu illər ərzində görməmişik. Sadəcə, Ermənistan siyasi iradə əldə etməli və Moskvanın təzyiqlərindən qurtulmalıdır. Ondan sonra ermənilər sevə-sevə masa arxasında oturub bizə aid olanları geri qaytaracaq".

http://publika.az
Bu gün, 13:16
ABŞ də qərarını verdi: “Patriot”lar Ermənistana göndərilir? – Türkiyədən əks-həmlə
Bu gün, 12:49
Toivo Klaar ədaləti yox... xristian həmrəyliyini ÜSTÜN BİLDİ... - FAKT BUDUR!
Bu gün, 12:15
Azərbaycan və Ermənistan parlament sədrləri mayda görüşə bilər
Bu gün, 11:41
Xronika: Türkiyə İrəvandan Zəngəzura Kalininqrad modelinə bənzər xüsusi statusun verilməsini istəyib
Bu gün, 11:00
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
Bu gün, 10:46
Juninyo Fransa klubunda?
Bu gün, 10:32
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
Bu gün, 10:21
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir - Hikmət Hacıyev
Bu gün, 10:14
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"