Prezident İlham Əliyev: “Dövlət idarəçiliyində “elektron hökumət” sisteminin tətbiqi genişlənib”
Siyaset
Oxunub: 794
29 noy 2016 | 08:31
Prezident İlham Əliyev: “Dövlət idarəçiliyində “elektron hökumət” sisteminin tətbiqi genişlənib”







Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Bakutel–2016” XXII beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransının iştirakçılarına müraciət ünvanlayıb.

Yazılı müraciətdə deyilir:

“Sizi – “Bakutel–2016” XXII beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransının iştirakçılarını Bakı şəhərində ürəkdən salamlayır, hər birinizə gələcək işlərinizdə uğurlar diləyirəm.

Xəzərətrafı regionda telekommunikasiya və informasiya texnologiyaları üzrə ən nüfuzlu tədbirə çevrilmiş bu ənənəvi sərgi və konfrans, bir qayda olaraq, ölkəmizin, eləcə də dünyanın bir sıra dövlətlərinin və aparıcı şirkətlərin yüksək texnologiyalar sahəsində ən son nailiyyətlərinin təqdim edildiyi məkan rolunu oynayır.

Bu gün davamlı tərəqqi dövrünü yaşayan Azərbaycanda yüksək texnologiyalar sahəsinin inkişafı prioritet istiqamət kimi müəyyənləşdirilmişdir. Müasir texnologiyalardan lazımınca yararlanmaq üçün ölkəmizdə əlverişli şərait yaradılmış, cəmiyyətin gündəlik həyat fəaliyyətinin tərkib hissəsi olan internetə yüksəksürətli çıxış və ondan sərbəst istifadə imkanı təmin edilmişdir. Hazırda rəqəmli televiziya yayımı həyata keçirilməkdədir. Dövlət idarəçiliyində müasir metodlar və texnoloji yeniliklər sayəsində “elektron hökumət” sisteminin tətbiqi genişlənmişdir.

Texnologiya parklarının fəaliyyətə başlaması, qabaqcıl texnologiyaların bütün sahələrdə tətbiqi, istehsal və investisiyayönümlü innovativ layihələrə dövlət dəstəyi, o cümlədən güzəştli maliyyə təminatı respublikamızda təşəkkül tapmaqda olan startapların inkişafına, gənclərin təşəbbüskarlığının artmasına və nəticə etibarilə iqtisadiyyatımızın dinamik yüksəlişinə xidmət göstərir.

“Azerspace–1” və “Azersky” peykləri dünya kosmik ailəsində ölkəmizin layiqli yer tutmasını təmin etmişlər, eyni zamanda, regionun peyk xidmətləri ilə təchizatında da onların mühüm rolu vardır. Ümidvaram ki, növbəti telekommunikasiya peykimiz “Azerspace–2”nin orbitə çıxarılması Azərbaycanda kosmik sənayenin inkişafında yeni mərhələnin təməlini qoyacaqdır.

İnanıram ki, sərgi və konfrans çərçivəsində keçirəcəyiniz səmərəli görüşlər, müzakirə edəcəyiniz aktual məsələlər yeni təşəbbüslərin meydana çıxmasına və gerçəkləşməsinə, qarşılıqlı əlaqələrin daha da dərinləşməsinə öz töhfəsini verəcəkdir”.
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...