Ramiz Mehdiyev prezidenti sərt tənqid etdi - "Azərbaycan xalqını öz şəxsi əlaqələrinin xeyrinə satdı”
Siyaset
Oxunub: 8 189
1 dek 2016 | 20:30
Ramiz Mehdiyev  prezidenti sərt tənqid etdi - "Azərbaycan xalqını öz şəxsi əlaqələrinin xeyrinə satdı”








"Mixail Qorbaçov Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin əsas təşəbbüskarlarından biridir. Anlaşılmaz səbəblər üzündən, yaxud bilərəkdən tutduğu müşahidəçi rolu onu bu faciənin başlıca faktoruna çevirdi”

Bu sözləri Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Qarabağ münaqişəsinin həlli istiqamətində görülən işlərlə bağlı yazdığı "Ermənistan Vətəndaş Cəmiyyəti kontekstində Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi” adlanan iri həcmli məqaləsində qeyd edib.

R. Mehdiyevin sözlərinə görə, məhz SSRİ-nin ilk və sonuncu prezidentinin münaqişə ilə bağlı tutduğu mövqe Sovet İttifaqının süqutuna gətirib çıxardı: "Məhz Qorbaçov tərəfindən təkcə Azərbaycan xalqının deyil, sovet vətəndaşlarının idealları və maraqları alçaqcasına satıldı. Bunu necə izah etməli? Onun vəziyyəti anlaya bilməməsi ilə, yoxsa əksinə, kimlərsə tərəfindən ölkənin dağıdılması üçün hazırlanmış planın ardıcıl və ciddi icraçısı olması ilə? Bu suala artıq tarix cavab verib. Qorbaçov SSRİ Konstitusiyasını kobud şəkildə pozaraq qəbul etdiyi qərarları ilə Dağlıq Qarabağ münaqişəsini açıq şəkildə dərinləşdirirdi”.

Akademik yazır ki, bu, prezident boşboğazlığının yumşalda bilməyəcəyi irimiqyaslı faciə idi: "Hay-küyçü "yenidənqurma” şüarı altında bir respublikanın tarixi və siyasi sərhədlərinə digərinin maraqları naminə ağılsızcasına yenidən baxmaq kultu, Ermənistan rəhbəri Dəmirçiyanın rəhbərliyi altında separatçıların azadlıq və müstəqillik haqqında yalançı və ikiüzlü bəyannamələri siyasi suverenliyin və tarixi ədalətin əsas prinsiplərinin üstünə kölgə saldı”.

Ramiz Mehdiyevin sözlərinə görə, baş verənlər şəraitlə üst-üstə düşərək, Dağlıq Qarabağ adlı bir dalanı formalaşdırdı.

Akademik yazır ki, o vaxtkı SSRİ rəhbərliyinin və şəxsən Mixail Qorbaçovun təqsiri üzündən münaqişənin başlanğıcında ədalətli həllə imkan verəcək siyasi xətti seçmək imkanı əldən buraxıldı:

"Problemin həllinin açarını tapmaq üçün ermənilərin Cənubi Qafqaza, xüsusi ilə Azərbaycanın tarixi ərazisi olan Dağlıq Qarabağa köçürülməsinin tarixini bilmək lazım idi. Bunlarla yanaşı, siyasi və dövlətçi müdrilkik olmalı idi. Qorbaçovda bunların heç biri yox idi. Məhdud düşüncəyə və erməni köməkçilərinin hipnozu altında olan Qorbaçov Azərbaycan xalqını öz şəxsi əlaqələrinin xeyrinə satdı”.

R. Mehdiyev vurğulayır ki, əgər həmin vaxt Heydər Əliyev SSRİ rəhbərliyində olsa idi, Dağlıq Qarabağ müharibəsi də baş verməzdi: "Siyasi Büroda Heydər Əliyev olsaydı, Qarabağ problemi də olmayacaqdı. Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdləri əvvələr də olmuşdu. Amma Heydər Əliyev erməni rəhbərliyinin bu cəhdlərinin qarşısını qətiyyətlə almışdı”.(strateq.az)
Bu gün, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Bu gün, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Bu gün, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Bu gün, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Bu gün, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Bu gün, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Bu gün, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Bu gün, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Bu gün, 12:09
Tarixi əməkdaşlıq
Bu gün, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Bu gün, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Bu gün, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Bu gün, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Bu gün, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Bu gün, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Bu gün, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Bu gün, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Bu gün, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Bu gün, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Bu gün, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Bu gün, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Bu gün, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
Dünən, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Dünən, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Dünən, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Dünən, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ