Bahar Muradova barəsində yayılan xəbərlərə reaksiya verdi və təkzib etdi - VİDEO
Siyaset
Oxunub: 878
6 dek 2016 | 08:30
Bahar Muradova barəsində yayılan xəbərlərə reaksiya verdi və təkzib etdi - VİDEO














Vitse-spiker: “Bunlar kimlərinsə təxəyyülünün məhsuludur”

Son günlər bəzi mətbuat orqanlarında, həmçinin sosial şəbəkələrdə Milli Məclisin vitse-spikeri Bahar Muradovaya qarşı etirazlar ifadə olunur. Xanım vitse-spikerin 2017-ci ilin büdcə layihəsinin müzakirəsi zamanı “xalq ayağını yorğanına görə uzatsın və hökumətdən olan gözləntilərini sonraya saxlasın” dediyini iddia edən bəzi şəxslər buna görə onu tənqid edirlər, hətta təhqirlər də yağdıranlar var. Artıq neçə gündür bununla bağlı müzakirələrin davam etdiyini nəzərə alıb məsələ ilə əlaqədar Bahar Muradovanın fikirlərini almağa çalışdıq.

Vitse-spiker Musavat.com-a eksklüziv açıqlamasında bildirdi ki, müzakirələrə səbəb olan fikirlər qəti şəkildə ona aid deyil:

- Birmənalı şəkildə deyirəm ki, sizin gətirdiyiniz sitatlar nə dekabrın 2-dəki büdcə müzakirələri zamanındakı çıxışımda, nə ondan əvvəlki, nə də ondan sonrakı dövrlərdə dilimdən səslənməyib. Bunlar kimlərinsə təxəyyülünün məhsuludur. Mən başqalarının “təxəyyülünün” bu cür məhsuluna cavabdehlik etmək niyyətində deyiləm. Mənim konkret olaraq büdcə müzakirələrindəki çıxışımın videoyazısı sosial şəbəkədə, həm də Youtube-də var. Maraqlananlar ona baxıb orada fikrimi necə ifadə etdiyimlə tanış ola bilərlər.

- Bahar xanım, bundan əvvəl də bir neçə deputat həmkarınızla bağlı anoloji qalmaqal yaranmışdı. Hətta belə yanaşma var ki, əhalinin bahalıqdan, devalvasiyadan, gəlirlərin az olmasından əziyyət çəkdiyi, aqressiyanın artdığı bir dövrdə məmurlar, rəsmi şəxslər, həmçinin deputatlar qarşı tərəfdən sərt təpki, etirazla üzləşməmək üçün hansısa ifadələri işlədəndə ehtiyatlı olsunlar. Bununla razılaşırsınızmı?

- Bilirsiniz, ümumiyyətlə, kimliyindən asılı olmayaraq, kimsə cəmiyyətə yönəlik fikir səsləndirirsə, o bunu müvafiq hüquq normaları çərçivədə işlətməyə çalışmalı, öz mövqeyini də ona uyğun şəkildə bildirməlidir. Hətta bu və ya digər açıqlamalara şərhlər, münasibətlər bildirilirsə, o da ən azı etik çərçivədə və mənəvi dəyərlərə uyğun gəlməlidir. Biz cəmiyyətdə yaşayırıq və burdakı münasibətlər də müəyyən kriteriyalar, müəyyən çərçivələr daxilində qurulur.

Əlavə fikirlər söyləməyə lüzum görməyən B.Muradova Milli Məclisdəki son müzakirələr zamanı etdiyi çıxışların linkini də təqdim etdi.




Bu gün, 16:00
Sabah 32 dərəcə isti olacaq
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO