“Yeyinti, filan başqa şeydir” - Əli Həsənov qaçqınlara ayrılan vəsaitlərdən danışdı
Siyaset
Oxunub: 855
7 dek 2016 | 15:34
“Yeyinti, filan başqa şeydir” - Əli Həsənov qaçqınlara ayrılan vəsaitlərdən danışdı











"Azərbaycanda qaçqın və məcburi köçkünlərin problemləri yarananda ölkənin cəmi 7 milyon əhalisi var idi və bizdə 1 milyon qaçqın və məcburi köçkün yarandı. O zaman bizdə hər 7 nəfərdən biri qaçqın və məcburi köçkün oldu. O dövr üçün də, bu gün üçün də qaçqın və məcburi köçkünlərin ölkə əhalisinə sayına mütənasiblikdə Azərbaycandakı problemin dünyada analoqu yoxdur”.

APA-nın məlumatına görə, bunu Milli Məclisinin bu gün keçirilən növbəti plenar iclasında 2017-ci il üzrə büdcə zərfinin müzakirəsi zamanı Baş nazirin müavini Əli Həsənov deyib.

"Azərbaycanda qaçqın və məcburi köçkünlərin sayı təbii artımla 1 milyon 200 minə çatıb. Bu dövrə qədər qaçqın və məcburi köçkünlərin hüquqları bir dəfə də pozulmayıb. Heydər Əliyevin yaratdığı bu mexanizm sayəsində qaçqın və məcburi köçkünlərin problemlərinin həll olunmasına indiyədək 6,1 mlrd. manat vəsait sərf olunub. Bu, həm büdcə, həm Dövlət Neft Fondu və həm də beynəlxalq təşkilatlar tərəfindən ayrılan vəsaitlərdir. Bu vəsaitlər hesabına 95 müasir qəsəbə tikilib, 250 min qaçqın və məcburi köçkün yeni mənzillə təmin olunub, 350 min qaçqın və məcburi köçkünün isə köçürülməsinə ehtiyac var. Bəzən çıxışlarda isə qeyd olunur ki, onların problemin həll olunmur", - deyə Ə. Həsənov bildirib.

Baş nazirin müavini qeyd edib ki, Bakıda qaçqın və məcburi köçkünlərin yaşadığı 115 bina qəzalı vəziyyətdədir: "Fövqəladə Hallar Nazirliyi tərəfindən artıq 51 bina ilə bağlı rəy verilib. Bu binalarda hər an təhlükə baş verə bilər. Cənab prezident həmişə qaçqın və məcburi köçkünlərin problemlərinə çox ciddi yanaşaraq gündəlik bu problemlərlə məşğul olub. Mən bu məsələ ilə bağlı 9 ayın sosial-iqtisadi yekunlarına dair keçirilən iclasda məlumat vermişəm. Prezident 51 qəzalı binada yaşayan qaçqın və məcburi köçkünün problemini həll etmək istiqamətində maliyyə naziri və mənə tapşırıq verib. Büdcə müzakirələrindən sonra təkliflər hazırlayacaq və prezidentə təqdim edəcəyik”.

Baş nazirin müavini qaçqın və məcburi köçkünlərin probleminin həlli üçün vəsait çatışmaması ilə bağlı fikirlərlə razılaşmadığını qeyd edib: "İdmana ayrılan pulların qaçqın və məcburi köçkünlərin problemə yönəldilməsi təklif olunur. Azərbaycanda beynəlxalq səviyyəli idman tədbirləri keçirilir və bu sahəyə də mütləq vəsait ayrılmalıdır. Biz qaçqın və məcburi köçkünlərin problemlərinin həlli üçün istənilən yerdən vəsait tapa bilərik. Siz də yaxın zamanlarda bunun şahidi olacaqsınız”.

Ə. Həsənov qaçqın və məcburi köçkünlərə ayrılan vəsaitlərin mənimsənilməsi ilə bağlı fikirlərlə razılaşmadığını qeyd edib: "Kiminsə hansı bir idarə, komitə və ya nazirə sözü varsa, desin. Hesablama Palatasını burda qeyd etmək lazım deyil. Hesablama Palatası şəffaf qurumdur və şəffaf da işləyir. Hesablama Palatasının rəyində yeyinti anlayışı yoxdur. Yeyinti, filan başqa şeydir. O aktda yazılıb ki, qaçqın və məcburi köçkünlərin yemək xərci siyahısı ilə elektrik, su və qaz təchizatı sayında fərq var”.

Əli Həsənov qeyd edib ki, "son zamanlar qaçqın və məcburi köçkünlərə qarşı hücumlar artıb": "Ölkə başçısı isə bu təbəqəyə qarşı çox həssaslıqla yanaşır”.

Qaçqınların statusunun və güzəştlərin ləğvi ilə bağlı fikirlərə toxunan Ə. Həsənov deyib ki, bu Azərbaycanın daxili işidir və kimsə buna müdaxilə edə bilməz: " Azərbaycan əhalisinin hansı təbəqəsinə güzəşt verir, hansı hissəsinə yox, bunu dövlət bilər. Bu açıqlamalar qaçqın və məcburi köçkünlərdə narazılıq yaradıb. Onları niyə görə incitməliyik?"
Sosial səhifələrdə paylaş
Bu gün, 10:46
Juninyo Fransa klubunda?
Bu gün, 10:32
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
Bu gün, 10:21
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir - Hikmət Hacıyev
Bu gün, 10:14
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Dünən, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Dünən, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Dünən, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Dünən, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Dünən, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”