Qubad İbadoğlu hücuma keçdi
Siyaset
Oxunub: 1 444
9 noy 2014 | 01:30
Qubad İbadoğlu hücuma keçdiMüsavatda yeni qurultayın keçirilməsi məqsədi ilə İşçi Qrup yaradıldı

Bu gün Müsavat Partiyasının başqan seçkilərindən narazı qalan üzvləri işçi qrupu yaradıblar.

ANS PRESS-in məlumatına görə, bu barədə qərar narazı üzvlərin bu gün keçirilən görüşündə verilib.
Görüşdə narazı üzvlərin partiyanın Mərkəzi-nəzarət təftiş komissiyasına göndərdiyi arayışa verilən rəy müzakirə edilib.
Müsavat başqanlığına keçmiş namizəd Qubad İbadoğlu çıxış edərək qeyd edib ki, arayışa verilən cavab onu göstərir ki, komissiya bu ayarışı müvafiq qaydada araşdırmayıb. Onun sözlərinə görə, komissiya arayışa hüquqi deyil, siyasi rəy verib və bununla da komissiyanın müstəqil olmadığını göstərir:

"Biz qurultaydan sonra da Nizamnamə pozuntularının şahidi olduq. Bir neçə rayon təşkilatı komissiyanın qərarı olmadan buraxılıb. Bu da digər Nizamnamə pozuntusudur".
Q.İbadoğlu qeyd edib ki, partiyada bir qrup şəxsin mənafeyini müdafiə edən proses başladılıb.

Müsavat Məclisinin üzvü Vurğun Əyyub da çıxışında partiyanın taleyindən narahatlığını ifadə edib. O, partiya rəhbərliyini nizamnamə pozuntularına son qoymağa çağırıb.
Başqanlığa keçmiş namizəd Səxavət Əlisoy isə çıxışında Müsavat Partiyasında avtoritarizmə son qoyulmasının vacibliyini vurğulayıb. S.Əlisoy qurultaydan narazı qalan üzvlərin fraksiya yaratmaq təklifini dəstəklədiyini bildirib. Keçmiş namizəd bildirib ki, Müsavat bu gün içindəki saxtakarlara qarşı müzakirə aparır.
Görüşdə çıxış edən partiyanın Zəngilan rayon təşkilatının sədri, partiyanın Məclis üzvü Rüfət Əliyev isə növbədənkənar qurultayın təşkil edilməsinə çağırıb. Bir sıra narazı üzvlər isə qurultayın nəticələrinin ləğv edilməsi üçün imzatoplama kampaniyasına başlamağı təklif ediblər.

Sonda partiyadaxili vəziyyətin dəyərləndirilməsi və səslənən təkliflərin müzakirəsi üçün işçi qrupu yaradılıb. İşçi qrupunun bir ay sonra növbəti görüşünün keçirilməsi qərara alınıb.

Qeyd edək ki, Müsavat Partiyasının sentyabrın 27-də keçirilən VIII qurultayından narazı qalan üzvlər seçkilərdə baş vermiş pozuntularla bağlı partiyanın mərkəzi nəzarət-təftiş kommisiyasına arayış göndərib.

MNTK isə qurultaydakı pozuntularla əlaqədar təqdim edilən arayışda heç bir nizamnamə pozuntusuna rast gəlinmədiyini bəyan edib.
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası