“Gülənçi Bakı nəqliyyatının başında?” – Ərdoğana yaxın qəzetdən müdhiş iddia
Siyaset
Oxunub: 768
22 dek 2016 | 10:06
“Gülənçi Bakı nəqliyyatının başında?” – Ərdoğana yaxın qəzetdən müdhiş iddia







Türkiyənin çoxtirajlı qəzetlərindən olan “Yeni Akit” qəzeti və “yeniakit.com.tr” saytı Azərbaycanla bağlı sensasion məqalə dərc edib.

http://www.yeniakit.com.tr/haber/carpici-iddia-feto-azerbaycanin-ulasimini-ele-gecirdi-247568.html

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana və mövcud iqtidara yaxınlığı ilə bilinən qəzetdə Bakı nəqliyyatının Fətullah Gülən tərəfindən ələ keçirildiyi qeyd edilir: Gülən camaatının Türkiyədən sonra ən çox Azərbaycanda güclü olduğunu yazan qəzetdə dərc olunan həmin məqaləni təqdim edirik:

“FETO-nun Türkiyədən sonra Azərbaycanda güclü olduğunu müəyyən vaxtlarda yazmışdıq. İddiaya görə paytaxt Bakıda nəqliyyata bütün nəzarət Fətullah Gülənin nəzarətinə keçib”. 21 dekabr 2015-ci ildə Bakı şəhərində nəqliyyat sahəsində islahatların keçirilməsinə dair əlavə tədbirlər haqqında imzalanan fərmanla yaradılan Bakı Nəqliyyat Agentliyinin və onun nəzdinə verilən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) rəhbərliyinə gətirilən və ictimaiyyət tərəfəindən tanınmayan Vüsal Kərimli haqqında qəzet müdhiş iddia səsləndirib.

Qəzet yazır ki, Bakı Nəqliyyat Agentliyinə (BNA) rəhbər təyin edilmiş Vüsal Kərimli Fətullah Gülənə aid Lənkəran Özəl Türk Liseyinin məzunudur və o, 2014-cü ildə anidən bağladığı “Facebook” profilindən Gülən imamlarının iştirakı ilə FETO təbliğatı ilə məşğul olub, bu yöndə paylaşımlar edib:

“Hələ liseydə oxuduğu illərdən başlayaraq Fətullahçıların Azərbaycandakı rəhbərlərinin diqqətini cəlb edən Vüsal Kərimli daha sonra bütün sınaqlardan uğurla çıxaraq FETO-ya sədaqətini sübut edib. Beləliklə o, gizli təriqətin ən etibarlı üzvlərindən biri olub. FETO üzvlərinin təsir dairəsində olan bir çox qurumda işləyən Vüsal Kərimliyə daha sonra yüksək vəzifələr tapşırılır, dövlət sisteminə uğurlu şəkildə sızıdırılması baş tutur”.

Məqalədə qeyd edilir ki, nəqliyyat sahəsinə qədər gizli təriqətə bağlı bir neçə özəl şirkətdə işləyən Kərimli 2014-cü ildən isə “BakuBus” MMC-yə təyinat alaraq bu sahədə vəzifə sahibi olur.

Həmçinin qəzet Güən şəbəkəsini Azərbaycanda ifşa edən “Yeniçağ” saytına istinad edərək qeyd edir ki, Vüsal Kərimli BNA və NİİM-də stratejik vəzifələrə Gülən cammatına məxus şəxsləri təyin edərək Bakı nəqliyyatına nəzarəti tamamilə ələ keçirib. Məqalədə Bakıda Bakı Nəqliyyat Agentliyinin tabeçiliyində olan Nəqliyyatın İntellektual İdarəetmə Sisteminin quraşdırdığı və bütün paytaxtı əhatə edən kamera sistemindən bəhs edilərkən deyilir:

“Vüsal Kərimlinin nəzarətində olan NİİM-in fəaliyyət imkanlarını nəzərə alsaq Gülən camaatının əlinə hansı imkanların verildiyini düşünmək o qədər də çətin deyil”.
Qəzet sonda 2014-cü ildə Vüsal Kərimlinin Fətullah Gülən haqqında öz “Facebook” profilindən etdiyi təbliğat məqsədli paylaşımları təqdim edib.(medianews/az)


“Gülənçi Bakı nəqliyyatının başında?” – Ərdoğana yaxın qəzetdən müdhiş iddia

“Gülənçi Bakı nəqliyyatının başında?” – Ərdoğana yaxın qəzetdən müdhiş iddia

“Gülənçi Bakı nəqliyyatının başında?” – Ərdoğana yaxın qəzetdən müdhiş iddia
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Dünən, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Dünən, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23-04-2024, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
23-04-2024, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
23-04-2024, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
23-04-2024, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
23-04-2024, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ