“Şeyx həzrətləri ona verilmiş torpaqları qaytardı ki, dövlət istifadə etsin” — Vahid Əhmədov
Siyaset
Oxunub: 830
23 dek 2016 | 05:51
“Şeyx həzrətləri ona verilmiş torpaqları qaytardı ki, dövlət istifadə etsin” — Vahid Əhmədov








Kənd Təsərrüfatı Nazirliyi "Təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqlarının müəyyən edilməsi meyarları və Qaydası" layihəsini hazırlayıb.

Təzə qaydalara görə, 2017-ci il yanvarın 1-dən etibarən kənd təsərrüfatı torpaqlarına yeni vergi dərəcəsi tətbiq ediləcək. Vergi Məcəlləsində prezidentin 6 may 2016-cı il tarixli fərmanı ilə edilmiş dəyişikliklərə əsasən, torpaq sahibləri istifadəsiz kənd təsərrüfatı torpaqlarının hər 100 kvadrat metrinə görə 1 manat məbləğində vergi ödəyəcəklər.

Məsələ ilə bağlı Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov Ölkə.Az-a bildirib ki, bu dəyişiklər təqdirəlayiq bir adımdır. Onun sözlərinə görə, bu yenilik istifadəsiz torpaqların yenidən becərilməsi üçün zərurət yaradacaq:

“Dövlət heç kimdən məcburi torpaq almır. Amma torpaqlar əkilmirsə, istifadə edilmirsə, onu dövlətə qaytarmalıdırlar. Vaxtında alqı-satqı edəndə, müəyyən insanlar külli miqdarda torpaq əldə ediblər. Sonradan həmin torpaqları istifadə etmirlər. Torpaqlar illərlə istifadəsiz qalıb. Ehtiyacı olan insanlar isə torpaqsız qalırlar. İndi dövlət başçısının apardığı iqtisadi islahatlar nəticəsində bu və digər problemlər həll olunacaq. Bilirsiz ki, kənd təsərrüfatı sahəsində artıq islahatlara başlanılıb. Üzümçülük, baramaçılıq, pambıqçılıq və s sahələrə geniş imkanlar yaradılıb. Bu sahələrdə inkişaf da var. Bu baxımdan da, yeni qərara görə, əgər torpaq istifadə olunmursa, ona görə vergi ödənməlidir. Bu tamamilə düzgün qərardır”.

Deputatın fikrincə, artıq torpağı olan və ondan istifadə etməyənlər onu dövlətə qaytarmaqla kənd təsərrüfatına böyük töhvə vermiş olarlar. Vahid Əhmədov buna misal kimi Hacı Allahşükür Paşazadəni göstərərək bildirdi ki, bu addım gözəl və təqdirəlayid bir əməldir:

“Bu yaxınlarda hamımızın çox hörmət etdiyi Şeyx həzrətləri vaxtilə Ulu Öndər tərəfindən ona verilmiş torpağı qaytardı ki, dövlət istifadə etsin. Bu adım təqdirəlayiqdir. Hər kəs başa düşməlidir ki, istifadəsiz torpaq ölkənin kənd təsərrüfatı üçün zərərlidir. Bizim sahələrimiz böyük deyil axı. Bu səbəbdən hər kəs kənd təsərrüfatının inkişafı üçün əlindən gələni əsirgəməməlidir”.
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası