Milli Şura "Siyasi məhbuslara azadlıq" adlı aksiya keçirdi - FOTOLAR
Siyaset
Oxunub: 1 398
9 noy 2014 | 21:50
Milli Şura "Siyasi məhbuslara azadlıq" adlı aksiya keçirib - FOTOLAR

Milli Şura noyabrın 9-da növbəti dəfə mitinq keçirib.

Musavat.com-un verdiyi məlumata görə, Milli Şuranın bu dəfəki mitinqi saat 15:00-da baş tutub.
"İnşaatçılar" metrosunun yaxınlığındakı "Məhsul" stadionunda keçirilən mitinqin əsas şüarı kimi "Siyasi məhbuslara azadlıq" tələbi səsləndirilib.

Mitinqdə təhlükəsizliyin və asayişin qorunması üçün aksiyanın keçirildiyi əraziyə hər zamankı kimi polis əməkdaşları cəlb olunub.
Mitinqdən əvvəl aksiya iştirakçıları ilə jurnalistlər arasında "dəmir hasar" çəkilib. Ancaq mətbuat nümayəndələrinin və aksiya iştirakçılarının kəskin etirazlarından sonra həmin "dəmir hasar" yığışdırılıb.

Bundan sonra mitinqdə çıxışlar başlayıb.

Aksiyanın aparıcısı AXCP gənclər təşkilatının sədri İlham Hüseyn olub: Bu gün iki qat əlamətdar gündür. Çünki bu gün eyni zamanda Azərbaycan xalqı Bayraq Gününü qeyd edir. Bayraqla bağlı şeir deyən İ. Hüseyn vurğuladı ki, Milli Şuranın aksiyasının bu günə təsadüf etməsi mübarizə əzmini daha da artırır.

Daha sonra isə aksiyanın digər təşkilatçıları çıxış etməyə başlayıb.
AXCP sədri Əli Kərimli: "Milli Şuranın aksiyasının vaxtının dəyişdirilməsi hakimiyyətin həyata keçirdiyi təxribatdır. Mitinqin bu gün keçirilməsi ilə Bayraq Günü bayramında meydan o bayrağı həqiqi sevənlərin oldu. Bu mitinq tarixi hadisədir. Bizim mitinqlər tarixi əhəmiyyət daşıyır. Bu gün ölkədə şər meydan sulayır. Belə rejimlərin olduğu ölkələrin hamısında xalq susdurulub. Amma Azərbaycanda bütün repressiyalara baxmayaraq xalq meydandadır, şərə etiraz edir. Bu fenomendir".
Hüquqşünas Namizəd Səfərov: "Ölkədə tam hüquqsuzluq hökm sürür. Xalq bu cür idarəçilikdən azad olmalıdır. Bu meydana toplaşanlar kölə kimi yox, məddahlıqla yox, azad insan kimi ləyaqətlə yaşamaq istəyirlər. Sizi Azadlıq uğrunda mübarizədə sonadək olmağa səsləyirəm".
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Vidadi Mirkamal: "2013 saxtakarlığından sonra rejimin xalqa nifrəti artdı. Çünki xalq ona səs vermədi. Bunu ATƏT də təsdiqlədi. Bu rejimin saxtalığını dünyaya yayan insanlar bu gün həbsdədir. Anar Məmmədli, Bəşir Süleymanlı, Leyla Yunus, İntiqam Əliyev. Bunlar vətəndaş cəmiyyətinin nümayəndələrini vergidən yayınmaqda ittiham edir. Bəs 48 milyardin hesabatını kim verəcək?"
"Azadlıq" qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev: Xalq öz hüquqları uğrunda mübarizə aparmalıdır. Heç bir qəddar rejim xalqın gücü qarşısında dayana bilməz. Buna görə də vicdanlı və vətəndaş məsuliyyətini bilən insanlarımız öz mübarizəsilə bu hakimiyyətə qalib gələcək.

Aksiya iştirakçıları meydanda "azad et", "siyasi məhbuslara azadlıq", "istefa" şüarı səsləndiriblər.

Bundan sonra meydanda səsgücləndirici aparatlara verilən elektrik enerjisi kəsilib. Təşkilatçılarının etirazından sonra işıq bərpa olunub.
Milli Şuranın sədri Cəmil Həsənli: "Necəki bayrağımızda ulduzumuz ayparamıza sığınıb, xalqımız da bayrağını başı üzərində qaldırıb azadlıq və demokratiya uğrunda mübarizəyə sarılıb. Gün o gün olsun, ərazi bütövlüyümüz təmin olunsun və ruhumuza hopmuş bu üçrəngli bayraq bütün yurdlarımızda dalğalansın".
C. Həsənli öz çıxışında siyasi məhbusların adlarını bir-bir sadalayaraq, onlara azadlıq tələb edib.

Milli Şuranın "Siyasi məhbuslara azadlıq" tələbi ilə keçirdiyi mitinq qətnamə oxunduqdan sonra sona çatıb.

Milli Şura "Siyasi məhbuslara azadlıq" adlı aksiya keçirdi - FOTOLAR
Milli Şura "Siyasi məhbuslara azadlıq" adlı aksiya keçirdi - FOTOLAR
Milli Şura "Siyasi məhbuslara azadlıq" adlı aksiya keçirdi - FOTOLAR
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Dünən, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Dünən, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Dünən, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Dünən, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Dünən, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Dünən, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Dünən, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
27-03-2024, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
27-03-2024, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
27-03-2024, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
27-03-2024, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
27-03-2024, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
27-03-2024, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
27-03-2024, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb