Hakimiyyətdən icra başçılarına şok tələb: RİH-lərdə ixtisarlar başlanır - Siyahı
Siyaset
Oxunub: 29 221
26 dek 2016 | 19:55
Hakimiyyətdən icra başçılarına şok tələb: RİH-lərdə ixtisarlar başlanır - Siyahı








Yanvardan icra hakimiyyəti strukturlarında ixtisarlar başlanır

Bu barədə Politika.Az-a verilən məlumata görə, hökumətin qənaət rejiminə keçid etməsi dövlət aparatı orqanlarında ixtisarları labüd edib.

Hökumət rayon icra hakimlərinə yanvardan ixtisarlara başlamağı göstəriş verib. Hazırda RİH-lərdə xeyli sayda əməkdaşlar var ki, hər hansı bir iş görmürlər, maaş alırlar. Onların əksəriyyəti gününü kompüter qabağında keçirir. Hətta adı ştatda olan, maaşı rəhbər şəxslərə çatanlar var.

Hakimiyyət qəti şəkildə tapşırıq verib ki, israfçılığa son qoyulsun və tam şəffaflığa keçilsin, izafi xərclər azaldılsın. Ona görə də icra hakimiyyətlərində ixtisarlar başlanacaq.

Politika.Az-ın əldə etdiyi məlumata görə, Lənkəran, Şamaxı, Beyləqan, Gədəbəy, Şəmkir, Saatlı, Hacıqabul, Şəki-Zaqatala və digər regonların RİH-lərdə ixtisarlar gözlənilir.

Neftin dünya bazarında kəskin ucuzlaşması respublikamıza daxil olan valyutanın bir neçə istiqamət üzrə azalmasına səbəb oldu. Uzun müddətli bu proses bütün ölkələrdə olduğu kimi Azərbaycana da təsirsiz ötüşmədi.

Hər yerdə ixtisarlar, idarəetmənin optimallaşdırılması artıq RİH-də işləyən vəzifəlilərə də şamil edilməsi üçün nəzərdən keçirilir. Bir müddət əvvəl RİH başçılarının Aqrar Məsələləri üzrə müavini vəzifələrinin ləğv edilməsi də deyəsən, son deyil.

Lazımsız ştatların ləğvi mümkünləşəcək, bir-birini təkrarlayan şöbələr birləşdiriləc. Bununla beləRİH-də referent, təlimatçı vəzifələrində çalışan şəxslərin ixtisar olunacağı, yaşı 65-ə çatan şöbə müdirilərinin təqaüdə göndəriləcəyi istisna olunmur.

Politika.Az məlumat üçün bildirir ki, RİH-də onlarla lazımsız vəzifələrdə şəxslər çalışır ki, onların dövlətə bir faydası yoxdur.

Rayon idarəetməsində nəzərə çarpmayan belə vəzifə sahibləri bir tərəfdən dövlətə iqtisadi yük, digər tərəfdən rayon təşkilatlarına, sahibkarlığa maneədirlər.

Heç bir iqtisadi səmərəsi olmayan belə vəzifələrin ləğv edilməsi, vəzifəlilərinin ixtisara salınması neftin qiyməti dünya bazarında 100 dollar olsa belə məqsədəuyğundur.

Ölkə prezidenti İlham Əliyev 10 yanvar 2016-cı il Nazirlər Kabinetinin iclasında haqlı olaraq vurğuladı ki, vəzifəsi bir-birini təkrarlayan ştatlar ləğv edilməli, struktur islahatları aparılmalıdır.
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
18-04-2024, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
18-04-2024, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
18-04-2024, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
18-04-2024, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
18-04-2024, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
18-04-2024, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE