Eldar Mahmudov telefonları dinləyən qohumunu həbsdən çıxarır - İDDİA
Siyaset
Oxunub: 887
27 dek 2016 | 07:15
Eldar Mahmudov telefonları dinləyən qohumunu həbsdən çıxarır - İDDİA










Beytulla Hüseynovun əmlakları üzərinə qoyulan həbs götürüldü; ölkə rəhbərliyini qanunsuz dinləməkdə ittiham olunan rəisi şərti cəza ilə azad edəcəklər

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbəri olmuş Vidadi Zeynalov, "Aztelekom”un keçmiş rəhbəri Məhəmməd Məmmədov, "Bakı Telefon Rabitə” İstehsalat Birliyinin sabiq baş direktoru Beytulla Hüseynov və daha 8 nəfərin məhkəməsi davam edir. İstintaqın qənaətinə görə, məhkəmə önünə çıxarılan 11 nəfər toplam 153 milyon 143 min manatlıq mənimsəmə və israfetmə ilə dövlətə ziyan vurub.

Redaksiyamıza etibarlı mənbədən daxil olan məlumata görə, iş üzrə əsas təqsirləndrilən şəxslərdən biri olan "Bakı Telefon Rabitə” İstehsalat Birliyinin sabiq baş direktoru Beytulla Hüseynovun əmlakları üzərinə qoyulmuş həbs bir neçə gün əvvəl götürülüb.

B.Hüseynov sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun işdən azad olunmasından sonra saxlanılan rabitəçilərdəndir. Həbsindən sonra yayılan məlumatlara görə, Beytulla Hüseynovun "Bakı Telefon Rabitə” İstehsalat Birliyinin sabiq baş direktoru təyinatı da Eldar Mahmudovun şəxsi maraqları çərçivəsində gerçəkləşib. B.Hüseynov sabiq nazirin bibisi qızının həyat yoldaşıdır. Beytulla Hüseynovun bir qardaşı Ramiz Hüseynov MTN-in Bilgəhdəki sanatoriyasının direktoru, digər qardaşı Xeyrulla Hüseynli Xətai Rayon İcra Hakimiyyəti başçısının müavinidir. Hər 3 qardaş Eldar Mahmudovun himayəsi altında vəzifələrə təyin olunublar.

2015-ci ilin oktyabrında Eldar Mahmudovun vəzifəsindən qovulması ilə MTN-də başlanan həbslər qısa müddət sonra Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə sıçradı. O zaman ilk həbs olunanlardan biri də Beytulla Hüseynov oldu. Onun həbsinin əsas səbəbi kimi "MTN çetesi”nə ölkə rəhbərliyini qanunsuz dinləməkdə yardımçı olması göstərilirdi. Bildirilirdi ki, RYTN rəsmiləri "MTN çetesi”nin qanunsuz dinləmələri həyata keçirmələrini mümkün edən avadanlıqların müxtəlif rabitə-telekommunikasiya qovşaqlarında quraşrıdılmasına yardımçı olub, lazımi texniki dəstək veriblər.

İndi isə dövlətə 10 milyon manat ziyan vuran Beytulla Hüseynovun 50-yə yaxın mülkünün üzərindən həbs götürülüb. "Rabitəçilərin işi”ndə gözlənilməz dönüşün Eldar Mahmudovun səyləri və əlaqələrini işə salmasından qaynaqlandığı haqda ehtimallar var. B.Hüseynovu azadlığa aparan yolun üzərindəki dəmir qapıların açılmasında Eldar Mahmudovun rolunun olduğu deyilir. "Rabitəçilərin işi” üzrə çıxarılacaq hökmlə B.Hüseynovun şərti cəzaya məhkum ediləcəyi haqda da məlumat var.

Xatırladaq ki, bir müddət əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində "Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) Nizami telefon qovşağının sabiq rəisi F.Seyidov və həmin birliyin baş mühasibi R.Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hər iki şəxsə şərti cəza təyin edilib və onlar məhkəmə zalından azadlığa buraxılıb. Beytulla Hüseynovun da eyni üsulla azad ediləcəyi gözlənilir.
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO