Prezident İlham Əliyev xalq artisti Ağaxan Abdullayevin vəfatı ilə bağlı nekroloq imzalayıb
Siyaset
Oxunub: 824
27 dek 2016 | 07:26
Prezident İlham Əliyev xalq artisti Ağaxan Abdullayevin vəfatı ilə bağlı nekroloq imzalayıb










Görkəmli muğam ustası, xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Ağaxan Abdullayev vəfatı ilə bağlı nekroloq imzalanıb.

"Report"un məlumatına görə, nekroloqda deyilir:

"Azərbaycanın musiqi mədəniyyətinə ağır itki üz vermişdir. Milli muğam sənətinin görkəmli nümayəndəsi, xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Ağaxan Minaxan oğlu Abdullayev 2016-cı il dekabrın 25-də ömrünün 67-ci ilində vəfat etmişdir.

Ağaxan Abdullayev 1950-ci il fevral ayının 6-da Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1968–1973-cü illərdə Asəf Zeynallı adına Bakı orta ixtisas musiqi məktəbinin xanəndəlik şöbəsində təhsil almışdır. Erkən yaşlarından musiqiyə böyük maraq göstərən Ağaxan Abdullayev bu illər ərzində muğamın incəliklərinə yiyələnməyə başlamışdır. Həmin dövrdə onun belə zəngin mədəni-mənəvi irsimizi mənimsəməsində və sənətkar şəxsiyyətinin formalaşmasında məşhur ustad sənətkarlarımızın böyük rolu və mühüm təsiri olmuşdur.

Əmək fəaliyyətinə 1969-cu ildən etibarən Bakı şəhərində Əbilov klubunda başlayan Ağaxan Abdullayev 1977-ci ilədək burada ansambl rəhbəri vəzifəsində çalışmışdır. O, 1977-ci ildən taleyini Asəf Zeynallı adına musiqi məktəbi ilə bağlamış və muğam müəllimi olaraq ömrünün sonuna qədər Azərbaycan Milli Konservatoriyası nəzdində fəaliyyət göstərən bu tədris ocağında işləmişdir.

Güclü, məlahətli və geniş diapazonlu səsə malik sənətkar Ağaxan Abdullayev sələflərinin yaradıcılıq ənənələrini layiqincə yaşatmış və özünəməxsus ifa tərzi ilə seçilərək Azərbaycan xalqının çoxəsrlik musiqi mədəniyyəti xəzinəsinə töhfələr vermişdir. Milli xanəndəlik məktəbinin nailiyyətlərinə sədaqətlə muğamın klassik ifa üslubunun və bütövlükdə Azərbaycan milli musiqi sənətinin saflığının qorunub saxlanması onun 40 ildən artıq müddət ərzindəki fəaliyyətinin qayəsini təşkil edirdi. Dinləyicinin mənəvi dünyasına nüfuz etmək bacarığına qadir olan Ağaxan Abdullayev milli televiziya və radionun qızıl fondunda qorunan bənzərsiz ifaların müəllifidir. Klassik muğamlarımızla yanaşı, bir çox təsniflər və xalq mahnıları məhz onun ahəngdar ifasında Azərbaycan musiqi mədəniyyətinin inciləri sırasına həmişəlik daxil olmuşdur. Xanəndə özünün yüksək səhnə mədəniyyəti sayəsində muğam bilicilərinin ehtiramını və musiqisevərlərin məhəbbətini qazanmışdır.

Respublikanın müxtəlif ansambllarının və eləcə də milli üçlüklərin müşayiəti ilə çıxış edən sənətkar Azərbaycan muğamını ənənə və novatorluğun vəhdətində üzvi şəkildə birləşdirərək müasir dövrdə onun pərəstişkarlarının sayının qat-qat artmasına nail olmuşdur. Xarici ölkələrdə qastrol səfərləri zamanı Azərbaycan mədəniyyəti günlərinin və beynəlxalq musiqi festivallarının iştirakçısı kimi Ağaxan Abdullayev milli mədəniyyətimizi layiqincə təmsil etmiş və ölkəmizin hüdudlarından uzaqlarda məşhur konsert salonlarındakı çıxışları ilə musiqimizi dünyanın müxtəlif xalqlarının nümayəndələrinə sevdirməyi bacarmışdır. Onun səmərəli sənət fəaliyyəti gənc və istedadlı ifaçıların yeni nəslinin formalaşdırılması üçün bir məktəbdir. Uzun illər pedaqoji fəaliyyətlə məşğul olmuş ustad xanəndənin yetirmələri müxtəlif beynəlxalq festivalların və müsabiqələrin qalibi adını qazanmışlar. Heydər Əliyev Fondu tərəfindən muğamla bağlı həyata keçirilən genişmiqyaslı proqramlarda iştirakı onun muğam ifaçılığı ənənələrinin qorunması istiqamətindəki fəaliyyətinin ayrılmaz parçası idi.

Ağaxan Abdullayev milli musiqi mədəniyyətinin inkişafı sahəsində nailiyyətlərinə görə müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından "Şöhrət” ordeni ilə təltif edilmişdir.

Görkəmli xanəndə, mahir pedaqoq, səmimi və təvazökar insan Ağaxan Minaxan oğlu Abdullayevin əziz xatirəsi sənətsevərlərin qəlbində həmişə yaşayacaqdır".

Allah rəhmət eləsin!

İlham Əliyev

Artur Rasizadə

Oqtay Əsədov

Ramiz Mehdiyev

Mehriban Əliyeva

Elçin Əfəndiyev

Hacıbala Abutalıbov

Fatma Abdullazadə

Əbülfəs Qarayev

Zeynəb Xanlarova

Siyavuş Kərimi

Əlibaba Məmmədov

Arif Babayev

Canəli Əkbərov

Alim Qasımov

Səkinə İsmayılova

Mənsum İbrahimov

Murad Hüseynov
Bu gün, 13:44
Nazirdən rus sülhməramlıları ilə bağlı göstəriş
Bu gün, 09:33
Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür
Bu gün, 09:30
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Bu gün, 09:25
Napoleonun nəslinin nümayəndəsindən çağırış
Bu gün, 09:20
4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi
Bu gün, 09:18
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?