Cahangir Əsgərov yenə prezident seçildi

Cahangir Əsgərov yenə prezident seçildi








Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) hesabat-seçki konfransı keçirilib.

Federasiyadan “Qafqazinfo”ya daxil olan xəbərə görə, konfransda şəhər və rayon idman cəmiyyətlərinin, idman klub və məktəblərinin təmsilçiləri, AAAF-nin üzvləri iştirak ediblər.

Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov tədbirdə çıxış edərək Azərbaycanda idmanın inkişafına göstərilən yüksək dövlət qayğısından danışıb.
AAAF-nin vitse-prezidenti Tofiq Heydərov son illər ağır atletika idmanı üzrə əldə olunan böyük uğurlar barədə məlumat verib.

Sonra Federasiyanın prezidenti vəzifəsinə səsverməyə keçilib. Seçkidə yeganə namizəd olan AAAF-nin prezidenti Cahangir Əsgərov yenidən bu vəzifəyə seçilib.

Daha sonra AAAF-nin Rəyasət Heyətinin tərkibi formalaşdırılıb. Rəyasət Heyətinin iclasında isə Federasiyasının İcraiyyə Komitəsinin üzvləri, vitse-prezidentlər, həmçinin digər komitələrin üzvləri seçiliblər.
Loading...
XƏBƏR LENTİ
Bütün xəbərlər
Maraqlı
Tarixdə bu gün
“Rolls Roys” Azərbaycanda kimə rüşvət verib? - Beynəlxalq qalmaqal
Təyyarədə qadınları cinsi təcavüzdən qorumaq üçün xüsusi oturacaqlar olacaq
Kamil Zeynallı `qara siyahı`ya salınacaq? - AZAL-dan açıqlama
Doğuşa qədər hamilə olduğunu bilməyib — Bakıda qeyri-adi hadisə
Həftənin çox oxunanları
Video
Qaradağda aksiya: sakinlər Bakı-Astara magistralını bağladı - VİDEO
Xəzər rayonunda qanunsuz torpaq biznesi - VİDEO
Millimizdən böyükhesablı qələbə — VİDEO
Bakıda uşaq tərbiyəçi tərəfindən amansızcasına döyüldü? - VİDEO
Doğuşa qədər hamilə olduğunu bilməyib — Bakıda qeyri-adi hadisə