"Bayrağımız Qarabağda dalğalanacaq" - Zakir Həsənov
Siyaset
Oxunub: 903
29 dek 2016 | 14:26
"Bayrağımız Qarabağda dalğalanacaq" - Zakir Həsənov








Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları münasibətilə Silahlı Qüvvələrin şəxsi heyətini təbrik edib

Fim.az xəbər verir ki, təbrikdə deyilir: "Cənab zabitlər, gizirlər, miçmanlar, çavuşlar, əsgərlər və matroslar! Sizi 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları münasibətilə səmimi qəlbdən təbrik edirəm. Ümummilli liderimiz Heydər Əliyevin müdrik siyasəti nəticəsində respublikamız hərtərəfli inkişaf edərək qabaqcıl ölkələr sırasında layiqli yerini tutub, bütün soydaşlarımızın qürur mənbəyinə, ümid yerinə çevrilib, dünya azərbaycanlılarının həmrəyliyi təmin olunub. Ulu Öndərimizin layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan iqtisadiyyatı durmadan inkişaf edir, dövlət müstəqilliyimiz möhkəmlənir, vətəndaşlarımızın maddi rifahı yaxşılaşır, ölkəmizin dövlət müstəqilliyi möhkəmlənir və müdafiə qüdrəti daim yüksəlir. Aprel ayında düşmən təxribatının qarşısı alınarkən Azərbaycan Ordusu bölmələrinin keçirdiyi qətiyyətli cavab tədbirləri nəticəsində işğal altında olan ərazilərimizin bir hissəsinin azad edilməsi hər birimizdə qürur hissi doğurdu. Bizləri sevindirən bu xəbər xalqımızın həmrəyliyinin bariz nümunəsidir.

Əmin olun ki, növbəti qələbələrimiz naminə dünya azərbaycanlıları Sizinlə birlikdə olmağa hazırdır. İnanıram ki, Azərbaycan Respublikasının Konustitusiyasına, Hərbi Anda və nizamnamələrə bundan sonra da sadiq qalacaq, döyüş və mənəvi-psixoloji hazırlıqda yeni uğurlar əldə edəcək və Silahlı Qüvvələrin Ali Baş Komandanının rəhbərliyi altında üçrəngli Dövlət Bayrağımızı işğal altında olan əzəli və əbədi torpaqlarımızda dalğalandıracaqsınız. Sizlərə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, xidmətdə və döyüş hazırlığında uğurlar arzulayıram”.
Bu gün, 11:00
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
Bu gün, 10:46
Juninyo Fransa klubunda?
Bu gün, 10:32
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
Bu gün, 10:21
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir - Hikmət Hacıyev
Bu gün, 10:14
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Dünən, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Dünən, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Dünən, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Dünən, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş