Qarabağda irimiqyaslı müharibə başlayır - ABŞ
Siyaset
Oxunub: 17 145
29 dek 2016 | 19:57
Qarabağda irimiqyaslı müharibə başlayır - ABŞ










Qarabağda irimiqyaslı müharibə olacaq - ABŞ-ın proqnozu

ABŞ-ın nüfuzlu strateji beyin mərkəzlərindən biri 2017-ci ildə Azərbaycanla Ermənistan arasında irimiqyaslı müharibə olacağı barədə proqnoz verib.

Azerinfo.az istipress-ə istinadən xəbər verir ki, "Foreign Affairs" jurnalını dərc edən Beynəlxalq Münasibətlər üzrə Şura CFR-in himayəsi altında çalışan "Centre for Preventive Action" (CPA) analitik mərkəzində Pol Sterzin rəhbərliyi altında çalışan analitiklər qrupu ABŞ üçün önəmli 30 beynəlxalq münaqişə üzrə məruzə hazırlanıb. Analitik qrup məruzəni hazırlamaq üçün 7 min dövlət məmuruna, beynəlxalq münasibətlər üzrə ekspertə sorğu məktubu göndərib və 500-ə yaxın cavab alıb.

Azərbaycan Müdafiə Nazirliyinin keçmiş əməkdaşı, ehtiyatda olan pokovnik-leytenant Üzeyir Cəfərov İstiPress-ə müsahibəsində CPA-nın bu proqnozuna inanmadığını bildirib: "Bu mərkəzin Dağlıq Qarabağ üzrə açıqlaması daha çox siyasi məqsəd güdür. Həm də oturub yaranmış şərait üzərində proqnoz verirlər. Yəni münaqişə uzanır və hər an kiçik toqquşma böyük müharibəyə çevrilə bilər".

Amma bununla belə Üzeyir Cəfərov 2017-ci ildə müharibə olacağına inanmır: "Gələn il bizdə bir sıra beynəlxalq mədəni tədbirlər gözlənilir. Buna görə də Azərbaycanın bu tədbirlər fonunda müharibəyə başlayacağı inandırıcı gəlmir. Təbii ki, ermənilər hər hansı təxribata əl atarsa, Azərbaycan əlində olan imkanlar hesabına düşməni susduracaq".

"Azərbaycan məqamı gələn kimi öz ərazilərini işğaldan azad etməlidir".

"İstər ABŞ, istər Rusiya olsun, münaqişənin həllində vasitəçilik edən tərəflər, hələ ki, onun həllini istəmirlər. Həm Amerikanın dövlət katibi Con Kerri, həm də Rusiyanın ATƏT-dəki nümayəndəsi Aleksandr Lukaşeviç bu yaxınlarda çıxış edərək Qarabağ münaqişəsinin həllindən danışmağın hələ tez olduğunu vurğulayıblar. Yəni bu qüvvələr Azərbaycanın hərb yolu ilə öz ərazi bütövlüyünü təmin etməyə hər vəchlə mane olacaqlar", - deyə Üzeyir Cəfərov vurğulayıb.

Lakin Üzeyir Cəfərov Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi üçün müharibədən başqa yol görmür: "Ola bilər ki, beynəlxalq güclər münaqişənin həllini uzadaraq bizi işğal faktı ilə barışdırmağa çalışırlar. Yəni bir 20 ildən sonra deyərlər ki, de-fakto siz Qarabağa nəzarət edə bilmirsiniz, buna görə de-yuro da işğal faktını tanımalısınız. Amma Azərbaycan bu anı gözləməməlidir, məqamı gələn kimi öz ərazilərini işğaldan azad etməlidir".
Bu gün, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Bu gün, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Bu gün, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM