Azərbaycanda hərbi xidmətlə bağlı mühüm qərar - Rəsmi
Siyaset
Oxunub: 11 876
30 dek 2016 | 20:00
Azərbaycanda hərbi xidmətlə bağlı mühüm qərar - Rəsmi











Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kollegiyası "Həqiqi hərbi xidmətdə olan şəxslərə hərbi xidmətkeçmə haqqında arayışın verilməsi üçün müraciətin və sənədlərin qəbulu” üzrə inzibati reqlamenti təsdiqləyib.

APA-nın məlumatına görə, inzibati reqlamentə əsasən, elektron ünvanlarında təqdim edilən elektron xidmət Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində həqiqi hərbi xidmətdə olan Azərbaycan vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə arayışın verilməsini əhatə edir.

Elektron xidmətin icra müddəti 1 iş günüdür. Elektron xidmət ödənişsizdir. Elektron xidmətin göstərilməsi üçün Azərbaycan vətəndaşlarının şəxsiyyət vəsiqəsinin (əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün verilən icazə vəsiqəsinin) və xidməti vəsiqəsinin seriyası və nömrəsi təqdim olunur. Elektron xidmətin göstərilməsi üçün istifadəçi müvafiq internet ünvanına daxil olaraq açılmış pəncərəyə Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsinin (əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün verilən icazə vəsiqəsinin) və xidməti vəsiqənin seriyası və nömrəsi daxil edərək sorğunu formalaşdırır. Sorğu reqlamentdə göstərilən internet ünvanlarından birinə daxil olduğu tarixdə qeydə alınır. Düzgün formalaşdırıldıqda sorğu qəbul olunur və istifadəçinin elektron ünvanına bu barədə dərhal "Bildiriş” göndərilir. Arayışın hazır olması barədə istifadəçinin elektron ünvanına "Bildiriş” göndərilir. Arayış istifadəçinin istəyi ilə xidmət yerinə gəlməklə birbaşa və ya poçt rabitəsi vasitəsilə təqdim edilir.

Daxil edilən məlumatlarda aradan qaldırılması mümkün olan və arayışın verilməsindən imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, onların 1 iş günü müddətində aradan qaldırılması barədə istifadəçinin elektron ünvanına "Bildiriş” təqdim edilir. İstifadəçi məlumatı aldığı vaxtdan 1 iş günü ərzində həmin çatışmazlıqları aradan qaldırmalıdır. Bu zaman arayışın verilməsi ilə bağlı müddətin axımı dayandırılır və dayandırılmış müddət arayışın verilməsi müddətinə daxil edilmir. Çatışmazlıqların aradan qaldırılması barədə istifadəçinin müraciətindən sonra müddətin axımı bərpa olunur.

Təqdim edilən məlumatlarda aşkar olunmuş çatışmazlıqlar istifadəçi tərəfindən göstərilən müddətdə aradan qaldırılmadıqda müraciətin baxılmamış saxlanılması barədə istifadəçinin elektron ünvanına "Bildiriş” təqdim edilir və bu barədə Xidmətin məktubu 2 iş günü müddətində istifadəçinin istəyi ilə xidmət yerinə gəlməklə birbaşa təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. İstifadəçi aşkar olunmuş çatışmazlıqları aradan qaldırdıqdan sonra arayışın alınması üçün təkrar müraciət edə bilər. Elektron xidmətin göstərilməsi zamanı aparılan proseslər Xidmətin Analitik Təhlil Rabitə və İnformasiya Texnologiyaları İdarəsi tərəfindən proqram təminatı vasitəsilə onlayn qaydada nəzarətdə saxlanılır.
Bu gün, 12:49
Toivo Klaar ədaləti yox... xristian həmrəyliyini ÜSTÜN BİLDİ... - FAKT BUDUR!
Bu gün, 12:15
Azərbaycan və Ermənistan parlament sədrləri mayda görüşə bilər
Bu gün, 11:41
Xronika: Türkiyə İrəvandan Zəngəzura Kalininqrad modelinə bənzər xüsusi statusun verilməsini istəyib
Bu gün, 11:00
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
Bu gün, 10:46
Juninyo Fransa klubunda?
Bu gün, 10:32
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
Bu gün, 10:21
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir - Hikmət Hacıyev
Bu gün, 10:14
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Dünən, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib