Prezidentdən əhaliyə şad xəbər
Siyaset
Oxunub: 15 204
31 dek 2016 | 06:45
Prezidentdən əhaliyə şad xəbər






Bu gün prezident İlham Əliyev Bakının Xəzər rayonunun sakinləri qarşısında etdiyi çıxışda islahatlarla bağlı qısa, ancaq kifayət qədər mühüm mesaj verib. Prezident bildirib ki, gələn il idarəetmə sahəsində islahatlar “yeni formatda” davam etdiriləcək, vergi, gömrük orqanlarının, icra hakimiyyəti orqanlarının fəaliyyətində şəffaflıq təmin olunacaq. Prezident yeni formatın nədən ibarət olacağını deməsə də aşağıdakı mühüm siyasi mesajı verib: “Azərbaycan xalqının maraqları mənim üçün hər şeydən üstündür”. Bəs islahatların prezident tərəfindən anons edilən yeni formatı nədən ibarət ola bilər? İlham Əliyev xalqın maraqlarının onun üçün hər şeydən üstün olduğunu ayrıca vurğulamaqla nə demək istəyirdi? Bu sualların cavabı prezidentin görüşü barədə yayılan rəsmi məlumatlarda yoxdur. Ancaq belə görünür ki, məsələyə Azərbaycanın üzləşdiyi iqtisadi çətinliklər və eyni zamanda hakimiyyət sistemində başa çatmaqda olan il ərzində üzə çıxmış ciddi neqativlər kontekstində nəzər salmaq lazım gələcək. Neftin kəskin dəyərdən düşməsi Azərbaycanın gəlirlərinin, həm də asan gəlirlərinin kəskin azalması ilə müşaiyət olundu. Nəticədə iqtisadi artım tempi yavaşıdı, ötən 10-12 il ərzində ilk dəfə ölkədə iş yerlərinin kəskin azalması baş verdi. Manat il ərzində iki dəfə devalvasiyaya məruz qalaraq dəyərini iki dəfəyə yaxın itirdi. Belə vəziyyət heç şübhəsiz ki, iqtisadiyyatın neftdən asılılığının kəskin azaldılması və inkişafın böyük ölçüdə qeyri-neft sektoru relsinə keçirilməsi üçün radikal islahatları tələb edirdi. Və prezident bu islahatları artıq başladıb. İl ərzində iqtisadi münasibətlər sistemini tənzimləyən qanunverici aktlarda azad iqtisadi mühitin, biznesin inkişafına yönəlmiş çoxsaylı dəyişikliklər edilib. Nəhayət, bu günlərdə prezident lisenziyalaşdırma sahəsində vəziyyəti kökündən dəyişdirən fərmanlar verib və beləliklə də ölkədə iqtisadi islahatları dərinləşdirmək üçün qanunverici baza böyük ölçüdə formalaşıb. Eyni zamanda neft gəlirlərinin aşıb-daşdığı günlərdə hakimiyyət strukturlarında o qədər də nəzərə çarpmayan, yaxud neft gəlirləri fonunda arxa plana keçən nöqsanlar da il ərzində özünü kəskin formada büruzə vermiş oldu. Və prezident qərara aldı ki, hakimiyyət sistemində də islahatları sürətləndirmək, həm də daha radikal addımlar atmağın vaxtıdır. Bura həm instisuional islahatlar, həm sərt cəza tədbirləri daxil idi. Məsələn, prezident nəqliyyat sahəsində uzun müddətdir hökm sürən sistemli problemləri aradan qaldırmaq üçün Nəqliyyat Nazirliyinin strukturunu tamamilə söküb-dağıtdı. Yaxud illərdir biznesi, sahibkarları təhdid altında saxlayan, xüsusi xidmət orqanlarında kök salmış mütəşəkkil qruplaşmanı zərərsizləşdirmək üçün ortaya qəti siyasi iradə qoyub radikal addımlar atdı. Belə məlum oldu ki, hətta özünü toxunulmaz və ali qüdrət sahibi hesab edən məmurlara da bu dəyişikliklər, hakimiyyəti yeniləmə prosesində güzəşt olmayacaq. Və belələri üçün cəzasızlıq mühiti anlayışı yoxdur. İndi prezident bu islahatların “yeni formatda” davam edəcəyinin anonsunu verir. Yeni format görünür, o deməkdir ki, ölkənin inkişafının, prezidentin müəyyən etdiyi hədəflərin qarşısında bu və ya digər formada əngəl təşkil edən amillər sürətli və qəti müdaxilələrlə aradan qaldırılacaq. Bura problemli sahələrdə əsaslı struktur dəyişiklikləri, idarəetmə sisteminin yenilənməsi və şəffaf idarəçilik prinsiplərinin daha geniş formada tətbiqi daxil ola bilər. Başqa sözlə, söhbət keyfiyyət və idarəetmə prinsipləri baxımından yeni hakimiyyətdən gedir. Çünki ucuz neft erasının uzun müddət davam edəcəyini göstərən güclü dəlillərin ortada olduğu bir vaxtda gözləməyə, hansısa məmurun, oliqarxın şəxsi biznes maraqlarının ölkənin ümumi maraqlarına əngəl yaratmasına dözməyə vaxt yoxdur.
Bu gün, 13:44
Nazirdən rus sülhməramlıları ilə bağlı göstəriş
Bu gün, 09:33
Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür
Bu gün, 09:30
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Bu gün, 09:25
Napoleonun nəslinin nümayəndəsindən çağırış
Bu gün, 09:20
4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi
Bu gün, 09:18
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?