8-01-2017, 20:03

Qarabağ münaqişəsi kəskinləşəcək - İddia

Qarabağ münaqişəsi kəskinləşəcək - İddia










2017-ci ildə Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin kəskinləşməsi praktiki olaraq qaçılmazdır

Modern.az xəbər verir ki, bunu rusiyalı politoloq Andrey Yepifantsev deyib.

"Düşünürəm ki, bu praktiki olaraq qaçılmazdır. Danışıqlar heç nə ilə nəticələnməyəcək, qarşıdurmanı həll etmək mümkün olmayacaq, ATƏT-in Minsk qrupunun fəaliyyəti effektli deyil.

Ermənistan kompromissə getmək istəmir.

Azərbaycan əslində çıxılmaz vəziyyətdə olur – Bakının hərbidən başqa yolu qalmır”, - politoloq vurğulayıb.

Poltoloqun fikrincə, bununun baş verməməsi üçün münaqişə zonası Suriya, yaxud Ukrayna münaqişəsi kimi yüksək diqqət mərkəzində olmalıdır”.