Prezidentdən su nəqliyyatında inqilab: korrupsiyalaşmış iki QSC birləşir - Eksklüziv adlar
Siyaset
Oxunub: 17 524
9 yan 2017 | 06:06
 Prezidentdən su nəqliyyatında inqilab: korrupsiyalaşmış iki QSC birləşir - Eksklüziv adlar












Azərbaycan hakimiyyəti su nəqliyyatı üzrə struktur islahatlarına hazırlaşır.

Politika.Az-a daxil olan son məlumata görə, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC birləşdirilir.

Hər iki qurumun ayrı-ayrılıqda fəaliyyət göstərməsi dövlətin büdcəsinə böyük israfçılıq kimi qiymətləndirilib.

Son zamanlar mətbuatda həm liman direktoru Taleh Ziyadov, həm QSC sədri Rauf Vəliyev xoşagəlməz ittihamlar səngimək bilmir.

İqtidardakı islahatçı komanda “Yol xəritəsi” çərçivəsində sözügedən qurumların da su üzərində birləşməsini təklif edib.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC mahiyyətcə beynəlxalq tranzitləri, yükdaşıma və digər xidmətləri həyata keçirir. Hökumətin qənaət rejiminə keçid etməsi bu iki strukturu bir mərkəzdə birləşdirməyi zəruri edib.

T.Ziyadovun adı ən müxtəlif xoşagəlməz işlərdə çəkilib. Bakı Beynəlxalq Dəniz Ticarət Limanında baş verən özbaşınalıqlar və korrupsiya faktları ilə bağlı hüquqi araşdırmalar başlaya bilər.

Bilgili qaynağın iddialarına görə, bu günə qədər adı bir çox qalmaqallarda hallanan və hətta barəsində “Fətullah Gülənin Bakıdakı əsas dayağıdır” ittihamı belə səslənən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin baş direktoru Taleh Ziyadov və onun çevrəsinin əməlləri barədə artıq siyasi qərar da verilib.

Bundan başqa, Panama sənədlərində adı keçən Rauf Vəliyev adlı şəxsin "Xəzər Dəniz Gəmiçilik” QSC sədridir. Bakı şəhəri, Bəşir Nuriyev 77 ünvanında qeydiyyatda olan R.Vəliyev 16 noyabr 2000-ci ildə İsveçrənin Cenevrə şəhərində Braxon Group S.A şirkətini yaradan dörd şəxsdən biri olub.

Qeyd edək ki, Rauf Vəliyev "Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri təyin olunmazdan əvvəl uzun müddət SOCAR-da çalışıb. O, sonuncu təyinata qədər SOCAR-ın Nəqliyyat İdarəsinin rəisi olub.

Politika.Az yazır ki, “Xəzər Dəniz Gəmiçilik” QSC rəhbərliyi oliqarxik klan qurub. Aydın Bəşirovun taladığı və yağmaladığı dövlət qurumu heç indi də etibarlı əllərə həvalə olunmayıbmış.

Hazırda QSC sədri Rauf Vəliyev, müavinləri Zamiq İsmayılov və Nəzrəddin Əhmədzadə XDG-dəki postundan istifadə etməklə biznes əlaqələri gücləndirib.

Dövlət başçısı İlham Əliyevin müşavirələrdə səsləndirdiyi bəyanatlar, məmurlara yönəlik xəbərdarlıqlara baxmayaraq Rauf Vəliyev - Zamiq İsmayılov - Nəzrəddin Əhmədzadə üçlüyü bu mesajlara əhəmiyyət vermir.

Belə ki, R.Vəliyevin hər ay nəzarətindəki gəmilərdən 20-30 min manat civarında gəliri var. Bu mənfəət qeyri-rəsmi qazancdır və nə qurumun fonduna, nə dövlət büdcəsinə, nə vergiyə çatır. R.Vəliyev aylıq gəlirindən nə deklorasiya verir, nə vergi ödənişi edir.

Onun gəmi biznesində müavinlərinin də xüsusi və müstəsna rolunu qeyd etmək lazımdır. QSC-də müavin postunu tutan Z.İsmayılov gənc kadr olmasına baxmayaraq, yuxarı eşalonda vaxtilə yüksək əlaqələrə malik olub. Onun xüsusi xidmət orqanlarında, özəliklə də məlum generalitet həbslərinə qədər təhlükəsizlik orqanlarında mühüm əlaqələri var imiş.
Bu gün, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Bu gün, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Bu gün, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Bu gün, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Bu gün, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...