Danışığını bilməyən deputatlar qanunla cəzalandırılacaq
Siyaset
Oxunub: 1 589
17 yan 2017 | 08:00
Danışığını bilməyən deputatlar qanunla cəzalandırılacaq














Milli Məclis “Deputatların etik davranış qaydaları” adlı qanun qəbul edəcək

Azərbaycanda deputatların etik davranış qaydaları hazırlanır. Deputatın etik davranış kodeksinin Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılması gözlənilir. Sənəddə dövlət qulluqçularında olduğu kimi, deputatın da davranışında, fəaliyyətində, bəyanat və çıxışlarında etik normalar tənzimlənəcək və buna hüquqi müstəvidə yanaşılacaq.

Qeyd edək ki, Azərbaycanda indiyə qədər parlament üzvləri ilə bağlı belə sənəd mövcud olmayıb.

Deputat Fərəc Quliyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, deputatlar seçilmiş insanlardırlar, amma o da faktdır bəzən bəzi deputatlar gerçəkdən tutduğu məqama yaraşmayan bəyanatlarla, fikirlərlə çıxış edirlər, xoşagəlməz hallara yol verirlər və bütün bunlar da ictimaiyyətdə ciddi narazılıq yaradır.

Ona görə də “Deputatların etik davranış qaydaları” adlı qanun layihəsinin ortaya çıxması zərurətdən doğub: “Hesab edirəm ki, zaman keçdikcə, Milli Məclis getdikcə sambalını daha da artırdıqca belə xüsusi qaydalara da ehtiyac qalmayacaq. Lakin indiki halda belə bir sənədin qəbulu lazımdır. Son zamanlarda bir neçə deputatın verdiyi açıqlamalar, nəticədə qalmqallların yaranması onu göstərir ki, bir az özünü daxildən senzura etməyənlərə bu formada müdaxiləyə ehtiyac yaranıb. Bir müddət qaydalar tətbiq edildikdən sonra hər halda vəziyyət düzələcək və tədricən aradan qaldırılacaq”.

Danışığını bilməyən deputatlar qanunla cəzalandırılacaq









F.Quliyev hələ ki sözügedən layihə ilə ətraflı tanış olmadığını da dedi: “Parlamentdə İntizam Komissiyası var və davranışlarla bağlı müəyyən təsir imkanları var. Amma son zamanlar siz də şahidsiniz ki, bəzi deputatlar yersiz çıxışlar, yersiz çağırışlar eləməklə, deputat mandatının arxasında dayanıb əlahiddə davranış nümayiş elətdirməklə ”Deputatın davranış qaydaları" adlı xüsusi qanun qəbul edilməsi məsələsini zərurətə çevirmiş oldular. Bu sənəd qəbul olunmalıdır və hər halda, qəbul olunacaq. “Davranış qaydalarını pozan deputatlara cəza hansı formada tətbiq edilməlidir” sualına gəlincə, şübhəsiz ki, qanun qəbul ediləcəksə, orada konkret cəzalar da əksini tapacaq. Amma hələ tanış olmadığım üçün hansı cəzaların nəzərdə tutulduğu barədə konkret fikir söyləyə bilmərəm. Hesab edirəm ki, hər halda, deputatlarla bağlı istənilən qayda qəbul olunanda “Deputat statusu haqqında” Qanuna zidd olmamalıdır. Çünki bu konstitusiya qanunudur və qəbul ediləcək qaydalar və cəzalar sözügedən qanunla ziddiyyət təşkil etməməlidir. Orada çox sərt formada, mandatdan məhrum etmə kimi cəzaları “Deputatın statusu haqqında” Qanunla ziddiyyət təşkil edə bilər. Ona görə də hesab edirəm ki, çox sərt cəza nəzərdə tutulmayacaq. Deputatlıq məqamında olan insanlara kiçicik qınaq və rəsmi irad böyük cəza kimi görünə bilər və təsiri də olar".
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Dünən, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Dünən, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23-04-2024, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
23-04-2024, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
23-04-2024, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
23-04-2024, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
23-04-2024, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ