Hakimiyyətdən şok tələb: dövləti borca salan məmurlar milyonları qaytarsın - Özəl siyahı
Siyaset
Oxunub: 1 676
19 yan 2017 | 22:41
Hakimiyyətdən şok tələb: dövləti borca salan məmurlar milyonları qaytarsın - Özəl siyahı












Azərbaycanda büdcə kəsiri və qənaət rejiminə keçid dövlət qurumlarının borclarının qaytarmasını aktuallaşdırıb

Dövlətə borcu olan Açıq Səhmdar Cəmiyyətləri qarşısında sərt tələb qoyulub.

Hakimiyyətin təxirəsalınmaz və çevik tələbi ondan ibarətdir ki, ASC rəhbərləri tezliklə dövlətin borcunu qaytarsınlar və büdcəyə vəsait daxil olması sürətlənsin.

Dövləti borc içində batıran ASC-lər indiyə qədər tender maxinasiyaları ilə varlanıblar. Onlar həm ölkənin borclarını artırıb, həm heç bir layihəni yüksək səviyyədə həyata keçirməyib, həm də milyonları sovurublar. Həcmi milyardlarla ölçülən xarici kreditlər dövlətin boynunda qalıb.

Dövlət büdcəsinin gəlirlərinin azaldığı bir vaxtda hökumətin qarşısında duran ən böyük vəzifələrdən biri də Açıq Səhmdar Cəmiyyətlərinin (ASC) xarici maliyyə təşkilatlarından dövlət zəmanəti ilə alıb xərclədikləri kreditləri ödəməkdir.

Vaxtilə dollarla alınıb xərclənən borcları indi manatın dəyərdən düşdüyü bir vaxtda geri qaytarmaq büdcə üçün əməlli-başlı yükə çevrilib.

Çünki hazırda ASC-lərin borc öhdəliklərini icra etmək imkanı olmadığından, borclar dövlət hesabına ödənməlidir. Dövlətin öhdəliyi isə nə az, nə çox, 6.9 milyard dollar həcmindədir.

Vaxtilə neft gəlirlərinin yüksək olduğu vaxtda alınan kreditlərin geri qaytarılma müddəti indi başladığından, bu borclar da büdcə xərcləmələrində əhəmiyyətli yer tutur.

Məsələn, Hesablama Palatasının hesabatına nəzər salsaq görərik ki, 2015-ci ildə “Şahdağ” Qış-Yay Turizm Kompleksinmin tikilməsi üçün 40 milyon manat kredit alınaraq xərclənib.

“Azərişıq” ASC xarici fondlardan 50 milyon manat kredit alıb və vəsait son qəpiyinəcən xərclənib. “Azəravtoyol” ASC 304 milyon manat, Bakı Metropoliteni 240 milyon manat, “Azərsu” ASC 240 milyon manat, Dövlət Neft Şirkəti 1 milyard 891 mln manat, “Aqrarkredit” QSC 2,54 milyard manat xarici fondlardan kredit alıb.

Adıçəkilən ASC-lərin bu borcları qaytaracağı isə sual altındadır.

Təəccüb doğuran başqa bir məqam isə odur ki, bu qurumlar hər il dövlət büdcəsindən də külli miqdarda dotasiya alırlar.

Həmin vəsaitlərin xərclənməsində şəffaflıq olmadığı kimi, bu borcların necə istifadə olunması ilə bağlı da şəffaflıq təmin olunmayıb.

Politika.Az-ın əldə etdiyi məlumata görə, iqtidar rəhbərliyi Baba Rzayev, Saleh Məmmədov, Qorxmz Hüseynov, Zaur Hüseynov və digər ASC rəhbəri olan məmurlar qarşısında konkret tələblər qoyub. Ölkə iqtisadiyyatının ən çətin dönəmində məmurlar borcları ödəməlidir. Vaxtilə yedikləri milyonları indi qəpik-qəpik qaytarmağa məcburdurlar.

Azərbaycanda Açıq Səhmdar Cəmiyyətlərinin fəaliyyəti heç də ürəkaçan deyil. Bu qurumları daha çox pulsilən dəzgahlara bənzətmək olar. Onlara rəhbərlik edən şəxslərin əksəriyyəti tenderlərdə pul udur, maxinasiyalara yol verir, büdcə pullarını çırpışdırır.

Bundan əlavə, dövlət büdcəsinin gəlirlərinin azaldığı bir vaxtda hökumətin qarşısında duran ən böyük vəzifələrdən biri də Açıq Səhmdar Cəmiyyətlərinin (ASC) xarici maliyyə təşkilatlarından dövlət zəmanəti ilə alıb xərclədikləri kreditləri ödəməkdir.

Bu ASC-lərə ötən 10-12 il ərzində həm dövlət büdcəsindən, həm xarici kreditlər hesabına milyardlarla dollar investisiya yönəldilsə əsasən pis menecment ucbatından onların maliyyə səmərəliliyi çox aşağıdır. Bu ASC-lərin dövlət büdcəsi qarşısında milyardlarla manat vergi borcları yığılıb qalıb.
Bu gün, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Bu gün, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Bu gün, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Bu gün, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ
Bu gün, 13:39
İrandan 4 kəndlə bağlı razılaşmaya - Reaksiya
Bu gün, 12:24
“İranda yaşayan azərbaycanlılar təqib olunur” – ABŞ Dövlət Departamenti nəhayət DİLƏ GƏLDİ
Bu gün, 11:41
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
Bu gün, 11:36
Əvəz Zeynallı ilə bağlı qərar verildi
Bu gün, 11:24
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır… - “Haykakan Jamanak”
Bu gün, 10:42
Qızıl qiymətlərində son 2 ilin ən böyük GÜNLÜK İTKİSİ
Bu gün, 10:38
Kadırovda ciddi xəstəlik yaranıb?
Bu gün, 10:35
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
Bu gün, 10:31
Azərbaycanda zəlzələ olub
Bu gün, 10:27
Avro və lirə ucuzlaşdı - Məzənnələr
Bu gün, 10:22
Kəndlərimizdə şou göstərlərin ifşası: Qarabağdan görüntüsü ortaya çıxdı - VİDEO
Bu gün, 10:03
Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır
Bu gün, 09:59
Qırğızıstan prezidenti Ağdama gedəcək
Bu gün, 09:56
Hər şeyə Ərdoğan qərar verir, Qərbin "əl-qolu bağlanıb"
Bu gün, 09:28
Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan
Bu gün, 09:20
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür
Bu gün, 09:10
Paşinyan: Bəzi gizli razılaşmalar hesablanıb
Dünən, 16:00
Sülh müqaviləsi Astanada və ya Tiflisdə bağlana bilər - İNCƏLƏMƏ
Dünən, 15:30
Ruben Vardanyana Nobel mükafatı verilməsi təşəbbüsünün arxasında kim dayanır? - AKTUAL
Dünən, 14:22
Kənlərimizin AZADLIĞI... - həm də buna görə MÜHÜMDÜR!
Dünən, 14:00
Qarabağdan çıxarılan sülhməramlılar birbaşa Ukraynaya göndərilir? - "Bild"
Dünən, 13:19
Şəhərlər Türkiyə bayrağına büründü: 13 ildən sonra KRİTİK SƏFƏR - FOTO