"Rüşvətə son qoymağı tələb edirəm..." - Ramiz Mehdiyev müşavirədə icra başçılarına nə deyib?
Siyaset
Oxunub: 11 635
23 yan 2017 | 20:01
"Rüşvətə son qoymağı tələb edirəm..." - Ramiz Mehdiyev müşavirədə icra başçılarına nə deyib?











İcra başçıları ilə bağlı ŞOK məxfi hesabat: bir çoxu içkiyə meyillidir, bəziləri vaxtını eyş-işrətdə keçirir…

2016-cı ilin son günlərində – dekabrın 26-da Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin icra başçıları, polis rəisləri, prokurorlar və digər vəzifəli şəxslərin iştirakilə keçirdiyi müşavirədən yeni xəbərlər var.

“AzPolitika.info”ya daxil olan məlumata görə, qapalı müşavirə kifayət qədər gərgin atmosferdə keçirilib – PA rəhbəri yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinə, xüsusən də məhkəmə sədrlərinə sərt xəbərdarlıq edib. R.Mehdiyev onlardan işə məsuliyyəti artırmağı, rüşvət hallarına son qoymağı, vətəndaşlarla sıx işləməyi, problemləri yerində həll etməyi tələb edib.

Məlumata görə, PA rəhbəri bir neçə icra başçısı və məhkəmə sədrini, o cümlədən Ağcabədi, Suraxanı, Daşkəsən rayonlarının başçılarını, Bakı Apellyasiya Məhkəməsinin sədrini ayağa qaldıraraq, onları şəxsən tənbeh edib, işlərində dönüş yaratmağı tələb edib. R.Mehdiyev Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Əbiyevi əlavə olaraq vaxtının çox hissəsini Bakıda keçirdiyinə görə də danlayıb. Ə.Əbiyev isə bunun qarşılığında “siz də mənim yerimi Bakıya dəyişin” replikasını ataraq, Bakının rayonlarından birində başçı olmaq iddiasını ortaya qoyub.

Müşavirə zamanı yerli başçıların işə münasibəti ilə bağlı daxili araşdırmanın nəticələri də müzakirə olunub. Bu araşdırmaya görə, rayonların başçılarının əksəriyyəti işdə çox az vaxt keçirir, əhali ilə işini düzgün qura bilmir, bir çoxu içkiyə həddən artıq meyillidir, bəziləri isə hətta vaxtını eyş-işrətdə keçirir. Bizə verilən məlumata görə, PA rəhbəri bu kimi hallara son qoymağı, işə məsuliyyətlə yanaşmağı tələb edib, nəticə çıxarmayanlar barəsində sərt ölçü götürüləcəyinə dair xəbərdarlıq edib.

PA rəhbərinin bu xəbərdarlığının ciddi nəticəsi olacaqmı, demək çətindir. Lakin bir məsələ tam aydındır ki, belə tərkibdə icra başçıları ilə əhalinin artan narazılığının qarşısını almaq çox çətin olacaq. Əksəriyyəti tükənmiş, yenilik etmək, dövrün tələblərinə cavab vermək iqtidarında olmayan, tamamilə korrupsiyalaşmış bu heyətlə irəliyə getmək, rüşvət və korrupsiya ilə yerlərdə mübarizə aparmaq, elan olunan islahatları həyata keçirmək mümkün deyil. Çünkü korrupsiya, süründürməçilik, insanların problemlərinə laqeyd münasibət, şəxsi maraqların ön planda tutulması kimi “keyfiyyətlər” cəzasızlıq mühitində bu insanların həyat tərzinə çevrilib. Onu asanlıqla dəyişmək mümkün deyil.


"Rüşvətə son qoymağı tələb edirəm..." - Ramiz Mehdiyev müşavirədə icra başçılarına nə deyib?
Bu gün, 16:00
Sabah 32 dərəcə isti olacaq
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO