Novruz Məmmədov: "Prezidentlərin növbəti görüşünün gələn il BMT Baş Assambleyasının yubileyi zamanı keçiriləcəyi ehtimaldır"
Siyaset
Oxunub: 1 444
15 noy 2014 | 16:08
Novruz Məmmədov: "Prezidentlərin növbəti görüşünün gələn il BMT Baş Assambleyasının yubileyi zamanı keçiriləcəyi ehtimaldır""Ermənistan rəhbərliyi bilməlidir ki, danışıqları pozub, münaqişənin həllini nə qədər uzatsa, dövlətinin, xalqının taleyini bir o qədər faciəyə aparacaq"

Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Azərbaycan və Ermənistan prezidentlərinin Parisdə keçirilən son görüşündən sonra dövlət başçılarının gələn ilin sentyabrında - təxminən 1 il sonra görüşəcəyi ilə bağlı bəyanatına münasibət bildirib.
APA-nın məlumatına görə, N. Məmmədov deyib ki, gələn ilin BMT Baş Assambleyasının yubileyi keçiriləcək.
N. Məmmədov bildirib ki, həmsədrlərin Azərbaycan və Ermənistan prezidentlərin növbəti görüşünün BMT Baş Assambleyasının yubileyi zamanı keçiriləcəyi ilə bağlı bəyanatı ehtimaldır: "Yəqin, həmsədrlər düşünürlər ki, BMT Baş Assambleyasının yubiley ilidir, ora prezidentlərin hamısı gələcək, görüş keçirilə bilər. Lakin bunların hamısı hələlik ehtimaldır. Mən bunu nə bir plan, nə də konkret bir proqram hesab edirəm. Məsələnin digər maraqlı məqamı odur ki, hər hansı nəzərəçarpacaq irəliləyiş olmasa da, ATƏT-in Minsk Qrupunun həmsədri olan ABŞ da, Rusiya da, Fransa da addım atdı, cəhd göstərdi ki, bir iş görsünlər. Lakin həmsədrlərin bu addımlarından sonra Ermənistan da təxribat xarakterli addımlar atdı ki, əsas da budur. Ermənistan əslində təxribat xarakterli addımı ilə 1 il üçün beynəlxalq aləmdə mövqe qazanmaq istəyir. Biz Ermənistanın təxribat xarakterli hərbi təlimləri ilə bağlı mövqeyimizi açıqlasaydıq, başlayacaqdılar ki, Azərbaycan danışıqları pozur. Əslində, danışıqları Ermənistan özü pozur. Ermənistan rəhbərliyinin fikri odur ki, münaqişənin həllini uzatsın. Ancaq bilməlidirlər ki, münaqişənin həllini nə qədər uzatsalar, dövlətlərinin, xalqlarının taleyini bir o qədər faciəyə aparacaqlar".
N. Məmmədov deyib ki, dünya heç vaxt indiki qədər narahat, bu qədər çoxlu sayda münaqişə ocağı olmayıb: Beynəlxalq hüquqa etinasız yanaşanda, vəziyyət belə olacaq. Buna da şərait yaradan, imkan verən dünyanın aparıcı dövlətləridir. Kiçik dövlətlərin beynəlxalq hüququ pozub belə addım atmağa cəsarətləri çatmaz. Kiçik dövlətlər belə hallarda obyekt, subyekt olurlar, üzərlərinə bununla bağlı böyük təzyiq düşür. Bu gün dünyada baş verən hadisələrin bu cür gərginləşməsinin səbəblərindən biri də beynəlxalq birliyin, BMT-dən tutmuş ATƏT-in Minsk Qrupunun həmsədrlərinə qədər hər kəsin ilk münaqişələrdən olan Dağlıq Qarabağ münaqişəsinə münasibətdə ədalətsiz mövqe tutmasıdır. Ədalətli mövqe tutub, Dağlıq Qarabağ münaqişəsini həll etsəydilər, o biri münaqişələr də yaranmaz, belə şəkil almazdı.
Bu gün, 16:00
Sabah 32 dərəcə isti olacaq
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO