25-01-2017, 09:55 Oxunub: 693

Ramil Usubov daha bir yüksəkvəzifəli əməkdaşı işdən çıxartdı

Ramil Usubov daha bir yüksəkvəzifəli əməkdaşı işdən çıxartdı












Daxili İşlər Nazirliyinin (DİN) daha bir yüksəkvəzifəli əməkdaşı təqaüdə göndərilib.

Bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Daxili İşlər Nazirliyi Tibb İdarəsinin Arif Heydərov adına Respublika Hospitalının rəisi, tibb xidməti polkovniki Ramiz Əkbərov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə çıxıb.

Onun vəzifəsini Tibb İdarəsinin rəisi Mahmud Yusifov icra edir.

Qeyd edək ki, Ramil Usubov ötən gün nazirliyin daha iki yüksək rütbəli əməkdaşının təqaüdə göndərilməsi ilə bağlı əmr verib. Əmrə əsasən, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polis polkovniki Sadiq Gözəlov və İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Şərif Əsədullayev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndəriliblər. R. Usubov hər iki şəxsi qəbul edərək onları fəxri fərmanla təltif edib.

///APA
Ramil Usubov general və polkovniki işdən çıxartdı Ramil Usubov general və polkovniki işdən çıxartdı Siyaset Ramil Usubov general-mayoru vəzifədən kənarlaşdırıb Ramil Usubov general-mayoru vəzifədən kənarlaşdırıb Siyaset Ramil Usubov generalın oğluna yeni vəzifə verdi Ramil Usubov generalın oğluna yeni vəzifə verdi Siyaset Ramil Usubov rəis və müavinlərini vəzifəsindən azad etdi Ramil Usubov rəis və müavinlərini vəzifəsindən azad etdi Siyaset Nazir polis polkovnikini işdən çıxardı Nazir polis polkovnikini işdən çıxardı Gundem