Rusiya Ermənistanı işğalçı elan etdi - İrəvana iki diplomatik zərbə
Siyaset
Oxunub: 7 515
25 yan 2017 | 10:22
Rusiya Ermənistanı işğalçı elan etdi - İrəvana iki diplomatik zərbə












Ermənistan mediası Sarkisyan rejiminin diplomatik uğursuzluqda ittiham edib

Publika.az xəbər verir ki, "armenianreport" saytında Tevos Arşakyanın imzası ilə yayımlanan məqalədə rəsmi Bakının diplomatiyası Ermənistan hakimiyyətinə nümunə olaraq göstərilir.

Müəllif yazır ki, 2017-ci ilin başlanğıcında Ermənistan diplomatiyası iki dağıdıcı məğlubiyyətlə üzləşdi:

"Birinci məğlubiyyət Sergey Lavrovun mətbuat konfransında səsləndirdiyi fikirlər idi. Çoxları Lavrovun Bakıya qarşı çıxış etdiyini deyir və bunu İrəvanın qələbəsi kimi təqdim edir. Halbuki, Lavrov "işğal edilmiş ərazilər qaytarılmalıdır" deməklə Ermənistanın işğalçı olduğunu elan etdi. Yəni, bizim strateji müttəfiqimiz Rusiya bizi işğalçı hesab edir. Bəs Eduard Nalbandyan nə iş görür, hara baxır?! O heç nə etmir. Bizim Xarici İşlər Nazirliyimiz ağzına su alıb oturub, Lavrovun sözlərinə heç bir reaksiya vermir. Mən Azərbaycanı nümunə göstərmək istəmirəm, amma buna məcburam. Lavrovun "Qarabağ Azərbaycanın daxili işi deyil" sözlərinə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov dərhal reaksiya verdi və açıq-aşkar qəzəbini göstərdi. Göründüyü kimi, Bakı Lavrova cavab verəcək, Rusiya qarşısında öz maraqlarını müdafiə edəcək qədər cəsarətə malikdir, İrəvan isə yox".

Erməni müəllif İrəvanın diplomatiyasının ikinci məğlubiyyəti kimi Dağlıq Qarabağa qanunsuz səfər edən Rusiya və İsrail vətəndaşlığına malik Aleksandr Lapişinin həbs edilməsi hadisəsini göstərib.

"Bakının tələbi ilə o Belarusda həbs olundu, sonra Azərbaycan prezidentinə üzrxahlıq məktubu yazdı. Məktubda Lapişin məsuliyyətsiz hərəkətlərinə görə üzr istəyirdi. Ermənistan isə bu məsələdə heç nə edə bilmədi və susdu. Hərçənd, hansı addımdan danışmaq olar? Nalbandyan Sarkisyanın yaxın silahdaşıdır və o, erməni siyasətinin toxunulmaz inəyidir. Əsas Ermənistan maraqlarının müdafiəsi yox, onun Sarkisyan rejiminə sədaqətidir", - deyə məqalədə bildirilir.
Bu gün, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Bu gün, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Bu gün, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb