Özbək tarixçi İlham Əliyevdən kömək istədi - MÜRACİƏT
Siyaset
Oxunub: 723
26 yan 2017 | 09:10
Özbək tarixçi İlham Əliyevdən kömək istədi - MÜRACİƏT










Tanınmış özbək tarixçi-publisisti Şuxrat Salamov (Şuxrat Barlas) Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirzyayevə və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edib.

BakiPost.az saytı həmin müraciətin mətnini təqdim edir:


Hörmətli prezidentlər Şavkat Mirzyayev və İlham Heydər oğlu Əliyev!

İcazənizlə adi vətəndaş kimi qeyd etmək istəyərdim ki, Sizin böyük səyləriniz sayəsində əzəli Özbəkistanın ilk prezidenti İslam Kərimov və Azərbaycanın ümumimilli lideri Heydər Əliyev tərəfindən qoyulan iki xalqın və dövlətin sosial-siyasi və mədəni-iqtisadi əlaqələri bu gün də yüksələn xətt üzrə davam etməkdədir. Özbəkistanın və Azərbaycanın xarici və daxili siyasəti özbək və Azərbaycan xalqlarının arasındakı qarşılıqlı hörmətə və dostluğa söykənir.

Hər iki ölkənin çox hörmətli prezidentləri!
Sizdən xahiş edirəm ki, ünvanıma və şəxsimə edilən , məruz qaldığım təhqirlər, təhdidlər və hədələrdən məni qoruyasınız. Mənim sonuncu kitablarım çıxana qədər belə təhdidlər və hədələrlə rastlaşmamışdım. 2016-cı ilin dekabr ayının axırlarından başlayaraq, sosial şəbəkələr və saytlarda barəmdə böhtan və şər dolu məqalələr dərc olunmağa başladı. Bu məqalələri dərc edənlər Azərbaycan və Özbəkistan arasındakı inamlı və mehriban dostluq əlaqələrinə xələl gətirəcəklərini düşünürlər. Bütün bu təhdidlər də erməni terrorizmi haqqında yazdığım elmi-publisist kitablarım "Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar: Fərqanədən Qarabağadək” və "Qarabağ: ideyalar müharibəsi” işıq üzü görəndən sonra başlayıb. Erməni daşnakı xislətində olanlar bizim tariximizin heç bir akademik müzakirəsini məqbul hesab etmirlər. Kitabımda yer alan tezisləri normal insani münasibətləri müstəvisində müzakirə etmək əvəzinə, öz ölkəmdə mənim rahat yaşamağıma, iki xalqın tarixi həqiqətlərini yazıb yaratmağıma mane olur, məni hədələyirlər.

Onlar dayanmadan məni falsifikasiya, milliyyətçilikdə, pantürkizm, fırıldaqçılıqda ittiham edərək, haqqımda əsassız böhtanlar yayır, məni ekstremist qruplarla əlaqədə olduğumu yazaraq, şərəf və ləyaqətimi təhqir edirlər. Şəxsimə yönələn belə təhqirlər və böhtanlar səbəbindən ailəmin də rahatlığı əlindən alınıb, normal şəraitdə işləyib, yarada bilmirəm.

Yuxarıda qeyd etdiyim halları nəzərinizə çatdırmaqla, Sizdən xahiş edirəm ki, iki xalqın dostluğu və qardaşlığı naminə mənə yardım edəsiniz. AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutu tərəfindən təltif olunduğum Fəxri doktor adına rəğmən Azərbaycan Respublkasının Elmlər Akademiyasından mənim hüquqlarımın və təhlükəsizliyinin qorunması üçün şərait yaradılmasını istəyirəm.

Ümid edirəm ki, yuxarıda göstərdiklərimə əsasən düşdüyüm vəziyyətdən xilas olmaq, həyatımın təhlükəsizliyin təmin edilməsi üçün mənə mənəvi dəstək olacaqsınız. Mən də öz növbəmdə həmişəki kimi bizi istəməyənlərə Azərbaycan və Özbəkistan Respublikaları arasında, xalqımızın arasında olan qədim dostluq və qardaşlıq münasibətlərinin araşdırılıb dünyaya çatdırılmasında əlimdən gələni edəcəyəm.
Məktuba izahlı ərizə şərhi də əlavə edirəm.
Hörmətlə, tarixçi publisist
Salamov Şuxrat Nasıroviç (Shuhrat Barlas)”.


Müraciətin nömrəsi:
30402-s/17
Müraciətin yoxlama kodu:
ef42d65630
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal