"General dedi ki, bu qıza qarşı nə qərəzdir, aparırsınız" - Zakir Həsənov şəhid övladını işə bərpa etdi
Siyaset
Oxunub: 9 858
26 yan 2017 | 13:31
"General dedi ki, bu qıza qarşı nə qərəzdir, aparırsınız" - Zakir Həsənov şəhid övladını işə bərpa etdi















"Yanvarın 25-də müdafiə naziri general Zakir Həsənovun Gəncəyə ezam etdiyi, nazirinin şəxsi heyət üzrə müavini, general-leytenant Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Zabitlər Evində məni və qızım Minarə Bayramovanı (İsmayılova) qəbul etdilər”

Politika.Az xəbər verir ki, bu haqda gununsesi.info-ya N saylı hərbi hissənin komandiri Elşən Sanayev tərəfindən qərəzli şəkildə təhqir edilib, işdən qovulan şəhid övladı, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Minarə Mübariz qızı Bayramovanın (İsmayılova) anası Minyə İsmayılova məlumat verib.

Onun sözlərinə görə, nazirlikdən hərbi hissəyə ezam edilən qrup onların şikayətini obyektiv və ədalətli araşdırıblar:

"Məlum oldu ki, qızımın haqqında deyilənlər şər böhtan, işdən qovulması üçün qurulan Şərəf Məhkəməsi isə qurama imiş. Qızımın xidməti dövründə ona qarşı iynənin ucu qədər səhv tutulmadı. Sağ olsun, nazirimiz. Şəhid övladının haqqını qorudu. Bakıdan gələn araşdırmaçı heyətə də təşəkkür edirəm, ədalətli olduqları üçün. General dedi ki, bu qıza qarşı bu nə qərəzdir, aparırsınız. Onun bir gunahı yoxdur, bircə səhvi belə ortaya çıxmadı. Bizə qarşı çox diqqətli oldular. Genaral hamını yığdı, danışdı. Qızımı başqa korpusa keçirəcəklər. Xidmətini bundan sonra yeni iş yerində davam edəcək. Minarə bəraət aldı. Haqq yerini tapacaq. Bu işdə günahkarların haqqında da ölçü götürüləcək. Həm Gəncədə, həm Bakıda məhkəmə olacaq”- deyə, o, bildirib.

Qeyd edək ki, Müdafiə Nazirliyi gununsesi.info-da dərc edilən "Komandirdən şəhidin hərbçi qızına əxlaqsız təklif-Şikayət” adlı yazıya rəsmi münasibət bildirib. Bundan sonra isə Müdafiə Nazirliyi, məsələnin mahiyyətinin öyrənilməsi, aydınlaşdırılması, müvafiq tədbirlərin görülməsi və nəzarəti müdafiə nazirinin şəxsi heyət üzrə müavininə tapşırıb.

Müraciətin yerində, dəqiq və daha ətraflı araşdırılması məqsədilə bir neçə gündür ki, Müdafiə Nazirliyinin yüksək rütbəli zabitlərindən ibarət qrup hərbi hissəyə ezam olunub.

Xatırladaq ki, qrupa müdafiə nazirinin şəxsi heyət üzrə müavini də general-leytenant Kərim Vəliyev rəhbərlik edir.
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
18-04-2024, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
18-04-2024, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
18-04-2024, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
18-04-2024, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
18-04-2024, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
18-04-2024, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE