“Orada problem çoxdur, telefon söhbəti deyil” - Deputat
Siyaset
Oxunub: 666
30 yan 2017 | 05:40
“Orada problem çoxdur, telefon söhbəti deyil” - Deputat












Yanvarın 27-də Bakının Sabunçu rayonu Pirşağı qəsəbəsindəki Məşəl, Tonqal, Lalə və digər düşərgələrdə yaşayan məcburi köçkünlərlə “Azərişıq” ASC-nin əməkdaşları və polislər arasında insident baş verib.

Gununsesi.info saytının yaydığı məlumata görə, köçkünlər onlara ayrılan kommunal xərclərlə bağlı limitin ləğvinə və sayğaclaşdırmaya etiraz ediblər. Saytın yazdığına görə, sakinlər bildiriblər ki, günlərlə bu ərazidə qaz olmur və bir çox evlər qazlaşdırılmayıb. Həmçinin, onlar bir çox kommunal xidmətlərdən istifadə etmirlər.

“Qafqazinfo” xəbər verir ki, məsələ ilə bağlı “Yeni Müsavat”a danışan Şuşa-Füzuli-Xocalı-Xocavənd seçki dairəsi üzrə deputat Elman Məmmədov etiraz edən əhali ilə görüşəcəyini dedi: “Elə bu gün ora gedib, həmin insanlarla görüşəcəyik. Vəziyyətin nə yerdə olduğunu öyrənib, problemin həllinə çalışacağıq. Cənab prezidentin sərəncamı olub və biz də onunla bağlı camaatın içərisində müəyyən məsələləri aydınlaşdıracağıq. Təbii ki, müəyyən məsələlər var ki, onları əhaliyə aydınlaşdırmağa, izah etməyə ehtiyac var. Ümumi məqsədimiz bu olmalıdır ki, əhalimizin sosial müdafiəsi üçün lazımı tədbirlər görülsün. Yəni bu istiqamətdə problem yaranmasın. Sərəncamla bağlı qeyd etdiyim kimi əsas olan, müəyyən məsələləri aydınlaşdırmaqdır. Bundan əlavə isə hər birimiz çalışmalıyıq ki, ehtiyacı olan camaatımıza kömək olaq. Məqsədimiz də yalnız budur”.

Deputat bildirib ki, müvafiq sərəncamdan əlavə, məlum olduğu kimi Nazirlər Kabinetinin də bu məsələ ilə bağlı qərarı var: “Lakin bununla yanaşı, müəyyən analizlər də aparılmalıdır. Burada elə təbəqə var ki, onların ehtiyacları böyükdür. Əhaliyə məsələni aydınlaşdırmaqla bərabər, ciddi təhlillər də aparılmalıdır. Müvafiq orqanların əsas borcu da bu istiqamətdə işlər aparmaqdır. Təbii ki, biz də millət vəkili olaraq üzərimizə düşən vəzifəni çalışacağıq ki, onlarla bərabər icra edək. Çalışacağıq ki, hər şey inzibati qaydada yox, əhalinin tələblərinə uyğun şəkildə həll olunsun. Şəxsən mən buna istiqamətlənmişəm ki, işlər insanların tələblərinin ödənilməsi yönündə olsun”.

Etirazlar barəsində danışan E. Məmmədov bildirib ki, burada başqa məsələlər də var: “Telefon vasitəsi ilə hər şeyi aydınlaşdırmaq mümkün deyil. Orada problemlər çoxdur. Telefon söhbəti deyil. Dünən elə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində müşavirə çağırılmışdı. Biz hamımız orada iştirak etdik. Yəni araşdırmalar nəticəsində burada, o məsələlərdən də əlavə problemlər ortaya çıxır. Ancaq ümumi bir xətt və məqsəd ondan ibarətdir ki, məsələ inzibatçıların, qərar verənlərin istədiyi kimi yox, camaatımızın, xalqımızın əsas ehtiyacları üzrə öz həllini tapsın. Fərman və sərəncamla bağlı istədiyimiz odur ki, ehtiyacı olan təbəqəyə zərbə dəyməsin. Əksinə, onlara köməklik edə bilək”.
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
18-04-2024, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
18-04-2024, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
18-04-2024, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
18-04-2024, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
18-04-2024, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
18-04-2024, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE