Kommunist partiyası: Norma və tələblər
Siyaset
Oxunub: 1 489
16 noy 2014 | 23:58
Kommunist partiyası: Norma və tələblərAzərbaycan Kommunist Partiyasının daxili həyatını tənzim edən, onun təşkilinin formalarını və iş metodlarını, kommunistlərin davranışını müəyyənləşdirən qaydalar - partiya həyatı normaları mövcuddur. AKP partiya həyatının Lenin normalarının möhkəmləndirilməsnə və inkişaf etdirilməsinə böyük diqqət yetirir.

Partiya həyatı normalarını V. İ. Lenin işləyib hazırlamış və əsaslandırmışdır, o, onları "əlbir qəbul edilmiş təşkilat qaydaları", "partiya təşkilatının forma və normaları haqqındakı ümumi qərar" (Əsərlərinin tam küllüyatı, 9 - ci cild, səh. 173), "təşkilat normaları" (ƏTK, 11 - ci cild,səh. 174) kimi müəyyən etmişdir.
Partiya həyatı normaları AKP - nin təşkilati əsasları ilə sıx qarşılıqlı əlaqədardır və bunları konkretləşdirir. Nizamnamədə təsbit edilən partiya həyatı normaları bütün kommunistlər üçün məcburi olan partiya qanunu xarkterini kəsb edir. Onlar partiyanın öz təbiəti, onun məqsədləri və vəzifələri ilə şərtlənmişlər. məsələn, AKP - də üzvlüklə əlaqədar olan partiya həyatı normaları sayəsində partiya mütləq namizədlik stajı keçilməsini nəzərdə tutur, fəhlə sinfinin, kəndlilərin, ziyalıların ən yaxşı nümayəndələrini öz sıralarına seçib götürür, kommunist adına layiq olmayan şəxslərdən öz yaxasını qurtarır, partiya üzvlərinin yüksək mütəşəkkilliyini və fəallığını təmin edir. Partiyadaxili münasibətləri tənzim edən partiya həyatı normalarını əsasında partiyada geniş partiyadaxili demokratiya inkişaf etdirilir və partiya intizamı möhkəmləndirilir, bütün partiya təşkilatlarının, bütün kommunistlərin fəaliyyət birliyi təmin edilir. partiya həyatı normalarınının bir qrupu partiyanın təşkilati quruluşunu, ilk rayon, şəhər, muxtar respublika partiya təşkilatlarının və onların rəhbər orqanlarının və i. a. yaradılması qaydası və funksiyalarını müəyyənləşdirir.
Partiyanın inkişaf etməsi sayəsində partiya həyatı normaları da təkmilləşir ki, bu da öz əksini partiyanın qurultayında AKP Nizamnaməsinə daxil edilən dəyişiklərdə və əlavələrdə tapır. AKP Nizamnaməsində qismən dəyişikliklər edilməsi haqqında partiyanın II konfransının qərarları buna misal ola bilər.
Partiya həyatı normalarınına dönmədən riayət edilməsi - partiyanın güclü olması, onun öz rəhbər rolunu müvəffəqiyylə yerinə yetirməsi üçün mütləq və həlledici şərtdir.
Partiyanın ilk təşkilatları ərazi üzrə kommunistlərin birləşməsi formasıdır. Onlar ərazidə azı üç nəfər partiya üzvü olduqda yaradılır. Partiyanın ilk təşkilatları öz fəaliyyədə AKP - nin Proqramını və Nizamnaməsini rəhbər tutur.

Proletariat diktaturası fəhlə sinfinin hakimiyyətidir. O, yalnız fəhlə sinfinin mənafeyini deyil, habelə bütün zəhmətkeş xalqın mənafeyini ifadə edir; onun başlıca məzmunu zorakılıq deyil, yaraıcılıqdır, yeni cəmiyyət, sosializm cəmiyyəti yaratmaqdır, onun nailiyyətlərini sosializmin düşmənlərindən müdafiə etməkdir.

Proletariat diktaturası dövləti təsərrüfat-təşkilati, mədəni-tərbiyəvi, devrilmiş siniflərin müqavimətinin yatırılması, ölkənin müdafiəsi kimi bir sıra daxili və xarici funksiyaları yerinə yetirir. Proletariat diktaturası istismarçı azlığa münsibətdə zorakı olmaqla, yeni tipli demokratiya olmaq etibarı ilə zəhmətkeşlərin geniş kütlələri üçün həqiqi, geniş və faktik demokratiya təmin edir.
Proletariat diktaturası şəraitində sinfi mübarizə davam edərək yeni formalar kəsb edir. Proletariat diktaturası müxtəlif formalarda, məsələn, Sovetlər formasında ( SSRİ - də ), Avropa və Asiyanın bir sıra ölkələrində xalq demokratiyası həyata kçirilə bilər. Fəhlə sinfinin hakimiyyəti Kommunist Partiyasının rəhbər rolu şəraitində təşkilatlar sistemi (Sovetlər, həmkarlar ittifaqları, komsomol və s. ) vasitəsilə həyata keçirilir. İnkişaf etmiş sosializm cəmiyyəti qurulduqdan sonra Proletariat diktaturası öz tarixi vəzifələrini həyata keçirərək yetkin sosializmin siyasi sisteminə çevrilir. Proletariat diktaturası dövləti və ümumxalq dövləti sosialist dövlətinin inkişafında iki mərhələdir.
Sosializm cəmiyyətində mövcud olan, fəhlələrin, kəndlilərin və ziyalıların, ölkənin bütün millət və xalqlarının zəhmətkeşlərinin iradə və mənafeyini ifa edən sosialist dövləti - ümumxalq dövlətidir. Ümumxalq dövləti proletariat diktaturası dövlətinin varisi, davamı və daha da inkişaf etdirilməsidir, sosialist dövlətinin inkişafında yeni mərhələdir.
Qeyd etdiyimiz kimi, proletariat diktaturası və ümumxalq dövləti sosialist dövlətinin inkişafında iki mərhələdir. Ümumxalq dövləti kommunizm quruluculuğunun başlıca qüvvəsidir. SSRİ Konstitusiyasında deyilirdi:
"Sovet dövlətinin ən yüksək məqsədi ictimai kommunist özünündarəsinin inkişaf edəcəyi sinifsiz kommunizm cəmiyyəti qurmaqdır. Sosialist ümumxalq dövlətinin başlıca vəzifələri aşağıdakılardır: kommunizmin maddi-texniki bazasını yaratmaq, sosialist ictimai münasibətləri təkmilləşdirmək və kommunist ictimai münasibətlərinə çevirmək, kommunizm cəmiyyəti adamını tərbiyə etmək, zəhmətkeşlərin maddi və mədəni həyat səviyyəsini yüksəltmək, ölkənin təhlükəsizliyini təmin etmək, sülhün möhkəmləndirilməsinə və beynəlxalq əməkdaşlığın inkişafına kömək etmək".
Ümumxalq dövləti təsərrüfat-təşkilatçılıq, mədəni-tərbiyəvi, ölkənin müdafiəsi və s. kimi bir sıra daxili və xarici funksiyaları yerinə yetirmiş, bu funksiyalar proletariat diktaturası dövləti funksiyalarının daha yüksək səviyyədə daha da inkişaf etdirilməsidir. Ümumxalq dövləti mərhələsində istismarçı siniflərin ləvğ edilməsi və cəmiyyətin sosial-siyasi birliyinin yaradılması ilə əlaqədar olaraq devrilmiş olan istismarçı siniflərin müqavimətinin yatırılması funksiyası ölüb gedir.

Ümumxalq dövləti proletariat diktaturası dövləti tipində dövlət olmaqla bir sıra xüsusiyyətlərə malikdir. Onlardan ən mühümləri bunlardır: sosialist demokratiyasının daha da genişləndirilməsi və dərinləşdirilməsi, məcburiyyətin miqyasının və sahəsinin dəyişilməsi; bu vaxt məcburiyyət siniflərə və sosial qruplara münasibətdə deyil, sosializm cəmiyyətinin qanunauyğunluqlarını pozan ayrı-ayrı adamlara münasibətdə tətbiq edilir. Sov.İKP MK-nın qərarlarında sovet dövlətinin daha da möhkəmləndirilməsi və cəmiyyətin bütün siyasi quruluşunun təkmilləşdirilməsi sahəsində tədbirlər müəyyən edilmişdir. Bu cəhətdən partiyanın fəaliyyətinin başlıca istiqaməti sosialist demokratiyasının daha da inkişaf etdirilməsindən ibarət idi.

Sov.İKP MK - nın qərarında göstərilmişdir ki, "partiya proletariat diktaturası dövlətinin böyük quruculuq vəzifəsini yeni tarixi şəraitdə davam etdirən ümumxalq dövlətimizin demokratik əsaslarını daha da təkmilləşdirmək sahəsində, cəmiyyətin bütün işlərinin idarə olunmasında zəhmətkeşlərin getdikcə daha geniş iştirakını təmin etmək sahəsində yorulmadan iş aparır". Kommunizm yüksək fazasında ümumxalq dövləti kommunist özünüidarəsinə keçir.
Sovet xalqının çox möhkəm ideya-siyasi və mənəvi birliyi var idi. Sovet cəmiyyətinin özü fəhlə sinfinin, kolxozçu kəndlilərinin və ziyalılarının siyasi məqsədləriinin birliyi idi. SSRİ Konstitusiyasının giriş hissəsində göstərilmişdir ki, ölkəmizdə aparıcı qüvvəsi fəhlə sinfi olan sovet cəmiyyətinin sosial-siyasi və ideya birliyi əmələ gəlmişdir. Bu birlik sosializm quruculuğu prosesində baş vermiş olan tarixi sosial-siyasi iqtisadi və mənəvi dəyişikliklər nəticəsində və Sov.İKP - nin yorulmaz ideoloji fəaliyyəti sayəsində əmələ gəlmişdir.
Bütün siniflərin və sosial qrupların bir-birinə yaxınlaşması, sovet xalqının siyasi və əxlaqi keyfiyyətlərinin tərbiyə edilməsi, onun sosial birliyinin möhkəmlənməsi ölkəmizdə fəhlə sinfinin sosialist mənafeyini və kommunizm ideallarının ifadə edən marksizm-leninizm ideologiyası əsasında baş verir. Ölkəmizdə sosializm quruculuği illəri ərzində yeni tarixi birlik - sovet xalqı yaranmışdır. Bu birliyin bütün sinifləri və sosial qrupları marksizm-leninizm ideologiyasının ümumiliyi, kommunizm cəmiyyəti quruculuğunun yüksək məqsədləri ilə sıx birləşdirilmişdir. Sovet xalqının ideya-siyasi və əxlaqi birliyi burjua ideologiyasında və keçmişin qalıqlarına qarşı mübarizədə yaradılmışdır.
Sosializm cəmiyyətində əməyin maddi-texniki, peşə və mənəvi xüsusiyyətləri və əməyə sosalist münasibəti daim öyrənilməlidir.. Kapitalizm cəmiyyətində əmək zülm və istismara, sosializmdə əmək istehsal vasitələri üzərində ictimai mülkiyyətə əsaslanır, adamlar istismardan və əsarətdən azaddırlar, əmək icbari xarakter daşıyır, qanunla tənzim edilir. Maddi nemətlərin bölüşdürülməsi əməyin kəmiyyət və keyfiyyətinə müvafiq olaraq "Hər kəsdən qabiliyyətinə görə, hər kəsə əməyinə görə" prinsipi üzrə aparılır. İnkişaf etmiş sosializm cəmiyyətində əməyin mexanikləşdirilməsində böyük müvəffəqiyyətlər qazanılmışdır, avtomatlaşdırma ünsürləri meydana gəlmiş, lakin fiziki mexanikləşdirməmiş işlərin xüsusi çəkisi də az olmamışdır. Sosializmdə əmək şüurlu sosialist intizamı üzərində qurulur.
Əməyə sosialist münasibəti xalqın faydasına istehsal fəaliyyətinə şüurlu surətdə yanaşmaqda, əməkdə ümumxalq marağının, kollektiv və şəxsi marağın olmasında, əməyə şərəf və şüacət işi kimi münanasibət bəslənilməsində təzahür edir. O, həmçinin sosializmin yarışında, yoldaşcasına qarşılıqlı yardımda, qabaqcıl təcrübənin ödənilməsində və s. özünü göstərir. Sosializm cəmiyyətində sənaye əməyi ilə kənd təsərrüfatı əməyi arasında, fiziki əməklə zehni əmək arasında mühüm fərqlər vardı. İdeya tərbiyəsi işinə kompleks şəkildə yanaşılmasının tərkib hissələri kimi siyasi tərbiyə, əmək tərbiyəsi və mənəvi tərbiyə əməyə sosialist münasibətinin formalaşdırılmasında böyük yer tuturdu.

ƏDALƏT ABDİNOV, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi

http://realtv.az
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...