Hökumətdən 11 deputata zərbə: Milli Məclisdəki partiyaların pulu kəsilir - Təfsilat
Siyaset
Oxunub: 17 239
5 fev 2017 | 20:06
Hökumətdən 11 deputata zərbə: Milli Məclisdəki partiyaların pulu kəsilir - Təfsilat












Hökumətin qənaət rejiminə keçid etməsi siyasi institutlarla, təşkilatlarla bağlı maliyyə məsələlərini də aktuallaşdırıb

Politika.Az-a daxil olan məlumatda qeyd edilir ki, mətbuata rəsmi və qeyri-rəsmi, o cümlədən qeyri-hökumət təşkilatlarına ayrılan maliyyənin azaldılması növbəsi parlamentdəki siyasi partiyalara çatıb.

Milli Məclisdə təmsil olunan siyasi partiyalara dövlət yardımının məbləğinin aşağı salınması nəzərdə tutulur.

Ötən ilin büdcəsində kəsir, neftin ucuzlaşması və manatın dəyərdən düşməsi siyasi təşkilatlara dövlət yardımından da kəsməyi şərtləndirib. Yeni parlament üzvlərinin siyahısına əsasən, ən çox deputat mandatını yenə də hakim partiya qazanıb.

Belə ki, iqtidarda olan Yeni Azərbaycan Partiyası (YAP) 71 mandata sahiblənib. Təzə deputatların 42-si bitərəfdir. Qalan 12 mandat 11 siyasi partiya arasında bölünür.

Yeni Azərbaycan Partiyasl - 71 mandat,
Vətəndaş Həmrəyliyi Partiyası - 2 mandat (Fəzail İbrahimli, Rafael Hüseynov)
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası - 1 mandat (Qüdrət Həsənquliyev),
Demokratik İslahatlar Partiyası - 1 mandat (Asim Mollazadə),
Böyük Qurtuluş Partiyası - 1 mandat (Fazil Mustafa),
Milli Dirçəliş Hərəkatı Partiyası - 1 mandat (Fərəc Quliyev),
“Ana Vətən” Partiyası - 1 mandat (Fəzail Ağamalı),
Vətəndaş Birliyi Partiyası - 1 mandat (Sabir Hacıyev).
Azərbaycan Sosial Rifah Partiyası - 1 mandat (Xanhüseyn Kazımlı),
Vəhdət Partiyası - 1 mandat (Tahir Kərimli),
Azərbaycan Demokratik Maarifçilik Partiyası - 1 mandat (Elşən Musayev),
Azərbaycan Sosial Demokrat Partiyası - 1 mandat (Araz Əlizadə),

Sonuncu üç partiya ilk dəfədir bu maliyyə dəstəyini əldə edib. Əvəzində parlamentdəki yerini itirən Ədalət Partiyası (İlyas İsmayılov) və Ümid Partiyasına (İqbal Ağazadə) verilən dövlət maliyyəsi kəsilib.

Politika.Az-a daxil olan məlumatda qeyd edilir ki, postneft dövrü başlanıb, icra hakimiyyətlərinə dotasiyalar dayandırılıb, ixtisarlar gedir, bahalaşma dalğası bütün sahələri bürüyüb. Bu baxımdan siyasi təşkilatlara ayrılan maliyyə dəstəyinin də azaldılması nəzərdə tutulur.

Yada salaq ki, ötən həftə Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə Nəsimi rayonunda yerləşən ofisindən çıxmaq məcburiyyətində qalıb.

Asim Mollazadənin 10 ildən artıq bir müddətdə qaldığı ofis-villadan çıxmasına səbəb maliyyə çatışmazlıqları olub. Hətta, partiyanın qərargahında çalışan işçilərin maaşları da kəsilib.

Sadəcə, deputat bildirib ki, səbəb maliyyə çatışmazlıqları deyil, ofisin onları qane etməməsidir. A.Mollazadə işçilərin əmək haqlarının kəsilməsinə də aydınlıq gətirib:

“İşçilərin əmək haqlarının kəsilməsi xəbərləri tamamilə qeyri-dəqiq məlumatdır. Maaş alanlar öz əmək haqlarını almaqda davam edəcəklər”.

Ölkədə mövcud olan böhran bütövlükdə dövlət sektorunu əhatə etməklə yanaşı, həm də günü-gündən dərinləşməkdədir.

Elə bir ailə yoxdur ki, bunu öz yaşamında hiss etməsin. Hətta böhranın mahiyyətindən doğan fərdi və kollektiv ictimai-siyasi təşəbbüslər də genişlənməkdədir.
Azərbaycanda bəzi imkanlı şəxslər siyasi partiyaları pulla alaraq gələcək məqsədləri üçün dondurulmuş vəziyyətdə saxlayır.

Politika.Az xəbər verir ki, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov mətbuata açıqlamasında belə deyib:

“Azərbaycanda qeydiyyatdan keçmiş, lakin fəaliyyət göstərməyən partiyalar var. İmkanlı şəxs həmin partiyanın sədrinə müəyyən məbləğdə pul təklif edib, partiyanı alır.

Partiya sədri partiyanı alver predmetinə çevirir. Möhürünü isə imkanlı şəxsə təhvil verir. İmkanlı şəxs isə aldığı partiyanı dondurulmuş formada saxlayır.

Sabah lazım olanda həmin şəxs qurultay keçirir və partiya sədri olur. Belə olanda isə partiyanı yenidən qeydiyyata almağa ehtiyac qalmır”. Komitə sədri vurğulayıb ki, Azərbaycanda fəaliyyətsiz partiyaların fəaliyyəti dayandırılacaq.
Bu gün, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Bu gün, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Bu gün, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb