Bakı və Brüssel anlaşma ərəfəsində – prezidentin kritik Avropa səfəri
Siyaset
Oxunub: 720
6 fev 2017 | 05:29
Bakı və Brüssel anlaşma ərəfəsində – prezidentin kritik Avropa səfəri












Gürcüstan Avropa Birliyi (AB) ilə viza rejiminin ləğvi qərarını bayram edir. Gürcü xalqının buna tam haqqı çatır. Çünki illərdir Avropaya inteqrasiya yolunda çəkdiyi əziyyət artıq bəhrəsini verməkdədir. AB ilə əlaqələrin dərinləşməsi isə Qərbin ən qüdrətli hərbi-siyasi bloku olan NATO-ya üzvlük qapılarının açılması deməkdir. Öz növbəsində NATO-ya üzvlük Gürcüstanın ən etibarlı təhlükəsizlik sisteminə qoşulması, Rusiya təhdidlərinə qarşı real zəmanət alması anlamı verəcək. Gürcülərin sevinci əslində daha çox bununla bağlıdır.

Əlbəttə ki, AB-nin hədəfi təkcə Gürcüstan deyil, həm də Cənubi Qafqazın digər iki ölkəsi - regionun iqtisadi ağırlıq mərkəzi sayılan Azərbaycan və təəssüf ki, həm də Ermənistandır. Lakin işğalçı ölkənin Rusiyanın etibarlı satelliti olması, onun Avrasiya Birliyi, Gömrük İttifaqı və KTMT-də təmsil olunması istər-istəməz İrəvanın Avropaya yaxınlaşmasını indiki halda, mümkünsüz edir - hərçənd Ermənistan Kremlin yanında öz dəyərini qaldırmaq üçün ara-sıra Brüsselə (AB, NATO-ya) reveranslar etməyi xoşlayır. Qalır “bloklara qoşulmayan” Azərbaycan.

*****

Bu arada Azərbaycan prezidenti İlham Əliyevin Avropa Birliyi ilə yeni tərəfdaşlıq münasibətlərinə dair sazişin şərtlərini müzakirə etmək üçün Brüsselə gedəcəyi xəbəri yayılıb (Prezident artıq Brüsseldədir-red.). Qərb mənbələrinin məlumatına görə, ölkə başçısı bu həftənin əvvəli, daha dəqiqi, bazar ertəsi, yəni bu gün Brüsseldə Avropa Komissiyasının prezidenti Jan-Klod Yunkerlə görüşəcək.

Görüşdə AB ilə Azərbaycan arasında yeni tərəfdaşlıq münasibətlərinə dair sazişin şərtlərinin müzakirəsi gözlənilir. Avropa Komissiyasının xarici məsələlər üzrə Xidmətinin direktoru Tomas Meyr-Hartinq bununla bağlı bildirib ki, ötən həftə təşkilatın iki yüksək rütbəli rəsmisi Bakıda İlham Əliyevlə görüşərək ikitərəfli münasibətləri müzakirə edib. Meyr-Hartinq Azərbaycanı “mühüm tərəfdaş” adlandırıb.

Yada salaq ki, bir müddət öncə Azərbaycan AB ilə “Şərq Tərəfdaşlığı” layihəsi çərçivəsində assosiasiya sazişindən imtina eləsə də, Brüsselə qarşılıqlı maraqlara əsaslanan üstün tərəfdaşlıq razılaşmasının imzalanmasını təklif edib. Əvvəllər rəsmi Brüssel bu variantla razı olmasa da, daha sonra Azərbaycanla ikitərəfli tərəfdaşlıq sazişinə dair danışıqlara başlamağa razılaşıb.

Beləliklə, qarşılıqlı əlaqələrin inkişaflında mövcud şərtlər fonunda ən mümkün variant seçilib. Bu, o deməkdir ki, Azərbaycan-AB əlaqələri qonşu Gürcüstan səviyyəsində olmasa belə, hər halda dinamikdir və indikindən daha konkret, daha yüksək, daha etibarlı fazaya keçə bilər. Belə demək mümkünsə, Bakı Avropaya “yumşaq inteqrasiya” xətti seçib ki, bu “yumşaqlıq” da görünür, ilk növbədə Rusiyanı güclü qıcıqlandırmamaq məramından irəli gəlir.

*****

Ancaq iki “Qarabağ problemi” olan və Rusiyanın birbaşa hərbi təcavüzü ilə üzləşən Gürcüstan nümunəsi göstərdi ki, Bakının xofuna ciddi əsas yoxdur. Əksinə, təcrübə deyir ki, Moskvadan çəkindikcə, o, özündən zəiflərin üstünə daha arxayın şəkildə gəlir, onları saya salmır. Ayrı sözlə, söhbət Azərbaycan üçün yeni və güclü təhlükəsizlik sistemi qazanmaqdan gedir. Çünki Rusiya ilə son 23 illik “dost-tərəfdaşlıq” siyasəti köklü problemlərimizin, o sırada Qarabağ məsələsinin həllinə yardımçı olmadı.

Müxtəsəri, milli maraqlarımız diktə edir ki, Azərbaycan AB-yə doğru daha qətiyyətli addımlar atsın. Yerli siyasi təhlilçilər də bu yöndə nikbindir. Məsələn, politoloq Elxan Şahinoğluna görə, Azərbaycanın da Gürcüstan kimi şansı var ki, yaxın illərdə AB ilə öz arasında məsafəni xeyli dərəcədə qısaltsın: “Keçən həftə Avropa Komissiyasının qonşuluq və genişlənmə danışıqları üzrə baş direktoru Kristian Danielsonun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər etmişdi. Avropalı rəsmi prezident İlham Əliyevlə və xarici işlər naziri Elmar Məmmədyarovla görüşdülər. Bu görüşlər zamanı Azərbaycan və Avropa Birliyi arasındakı ikitərəfli münasibətlərin hazırkı səviyyəsi və gələcək inkişaf istiqamətləri, Azərbaycanın ”Şərq Tərəfdaşlığı" proqramında iştirakına dair ətraflı fikir mübadiləsi aparıldı. Hazırda ən vacib məsələ Avropa İttifaqı ilə Azərbaycan arasında strateji tərəfdaşlığa dair sazişin hazırlanmasıdır", - deyə ekspert qeyd edib.

Onun sözlərinə görə, hər iki tərəfdən nümayəndə heyətləri artıq formalaşıb və yaxın müddətdə danışıqlar başlanacaq: “Bu sənəd imzalansa və tərəflər üzərinə götürdükləri öhdəlikləri yerinə yetirsələr, Avropa İttifaqı Azərbaycan vətəndaşlarına tətbiq etdiyi vizanı ortadan qaldıra bilər. Ancaq bunun üçün Azərbaycan hələ uzun yol keçməlidir. Hələliksə Azərbaycan vətəndaşlarının gürcülərə yaxşı mənada paxıllıqları tutacaq. Çünki gürcülər maneəsiz Avropa ölkələrinə səfərlər edəcək, müqavilələrə bağlayacaq, təhsil alacaqlar, Azərbaycan vətəndaşları isə əvvəlki tək alçaldıcı şəraitdə Avropaya getmək üçün səfirliklərin quyruqlarında dayanacaq, müxtəlif sənədlər hazırlamaq məcburiyyətində qalacaqlar”.

Bəs Gürcüstana qarşı Avropa İttifaqının viza rejimini ləğv etməsi, bu ölkənin Qərbə daha da yaxınlaşması, eyni zamanda Azərbaycanın “yumşaq inteqrasiya” xətti Rusiyanı qəzəbləndirə bilərmi?

E.Şahinoğlu deyir ki, bu kimi gəlişmələr, Rusiya hakimiyyətini şəksiz ki, narahat edəcək: “Çünki digər ölkələr də Gürcüstan kimi Avropa İttifaqı ilə yaxınlığa can atacaqlar. Məsələn, bu xüsusda Azərbaycanda və Ermənistanda diskussiyalar artacaq. Ermənistan və Azərbaycan vətəndaşları Rusiyaya maneəsiz gedib-gələ bilirlər. Rusiyadan daha çox inkişaf etmiş Avropaya isə sərbəst gediş-gəliş imkanları yoxdur. 3 il öncə Ukrayna vətəndaşları Avropa İttifaqı ilə yaxınlaşmaq istəyi ilə meydanlara çıxdı və hakimiyyəti devirdilər. Buna cavab olaraq da Rusiya Ukraynanı parçaladı. İndi də Rusiya əlindən gələni edəcək ki, Gürcüstanı cəzalandırsın. Onsuz da Rusiya Abxaziya və Cənubi Osetiyanı ilhaq etməklə Gürcüstanı parçalayıb. İndi isə çalışacaq ki, Gürcüstan mallarının Rusiyaya daxil olmasını məhdudlaşdırsın”.

*****

Amma, necə deyərlər, “Canavardan qorxan gərək meşəyə getməsin”. Və yaxud “Qorxan gözə çöp düşər”, deyib müdriklər. Qorxu isə doğru-düzgün siyasi qərarlara mane olan faktorlardan sayılır - üstəlik, elə bir zamanda ki, Moskva onsuz da Azərbaycana ən böyük pisliyini edib... \\musavat.com\\
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...