SOVET ITTIFAQI KOMMUNİST PARTİYASI: DÜNƏN, BU GÜN, SABAH
Siyaset
Oxunub: 4 053
18 noy 2014 | 19:53
SOVET ITTIFAQI KOMMUNİST PARTİYASI: DÜNƏN, BU GÜN, SABAHSovet İttifaqı Kommunist Partiyası (Sov.İKP) XIX - XX əsrlərin ayrıcında Rusiya proletariatının V.İ.Lenin tərəfindən yaradılmış inqilabi marksist partiyası, SSRİ-də sosializmin qələbəsi, sovet cəmiyyətinin sosial və ideya - siyasi birliyinin möhkəmlənməsi nəticəsində Söv.İKP fəhlə sinfinin partiyası olaraq qalmaqla yanaşı, bütün sovet xalqının partiyasına çevrilmişdir. 1898-ci ildən (1-ci qurultay) RSDFP, 1917-ci ildən RSDF(b)P, 1918-ci ildən (7-ci qurultay) RK(b)P, 1925-ci ildən (14-cü qurultay) ÜİK(b)P, 1952-ci ildən (19-cu qurultay) Sov.İKP adlanır. Bolşeviklər partiyasının rəhbərlik etdiyi fəhlə sinifi yoxsul kəndlilərlə ittifaqda 1917-ci ildə Böyük Oktyabr sosialist inqilabını həyata keçirib, proletariat diktaturasını qurdu. Sov.İKP dünya proletariatını siyasi hakimiyyətə gətirən, sosialist dövləti yaratmaq və sosializm cəmiyyəti qurmaq ideyasını həyata keçirən ilk marksist partiyadır. Sov.İKP-nin nəzəri əsası marksim-leninizmdir.

Bolşevizm siyasi fikir cərəyanı və siyasi partiya olmaq etibarilə RSDFP-nin 2-ci qurultayından (1903) mövcuddur. Sov.İKP yarandığı gündən proletar, sosialist beynəlmiləlçiliyi prinsiplərini rəhbər tutur.
Sovet İttifaqı Kommunist Partiyası (Sov.İKP) bu gün də uğurla fəaliyyət göstərir. O indi də keçmiş İttifaq respublika xalqlarının mübariz, sınanamış avanqardıdır. O, fəhlə sinfinin, kəndlilərin və ziyalıların könüllü surətdə ən şüurlu hissəsini birləşdirir. Hazırki şəraitidə, Kommunist Partiyası bütün xalqın partiyası olduğu bir zamanda, o öz sinfi xarakterini heç də itirmir. Sov.İKP öz təbiəti etibarı ilə fəhlə sinfinin partiyası olmuş və olmaqdadır. Sov.İKP ictimai-siyasi təşkilatın ən yüksək formasıdır, cəmiyyətin istiqamtətlverici qüvvəsidir.
Sov.İKP öz fəaliyyətində iki əsas sənədi - Proqramı və Nizamnaməni rəhbər tutur. Ali orqanı qurultaydır, qurultay arasındakı dövrdə isə Sov.İKP Mərkəzi Komitəsidir. Marksizm-leninizm təlimi ilə silahlanmış Kommunist Partiyası cəmiyyətin inkişafının baş perspektivini, gələcək SSRİ -nin daxili və xarici siyasət xəttini müəyyən edir, xalqın böyük yaradıcılıq fəaliyyətinə rəhbərlik edir, sosializmin qələbəsi uğrunda onun mübarizəsinə planlı, elmi cəhətdən əsaslandırılmış xarakter verir. Sov.İKP öz işini partiya həyatının Lenin normalarına, rəhbərliyin kollektivliyi prinsipinə dönmədən əməl edilməsi, partiyadaxili demokratiyanın, kommunistlərin fəallığının və özfəaliyyətinin, tənqidin və özünütənqidin hərtərəfli inkişaf etdirilməsi əsasında qurur. İdeya və təşkilat birliyi Sov.İKP həyatının pozulmaz qanunudur.

Tarixi təcrübə sübut edir ki, fəhlə sinfinin inqilabı partiyası sosialsit inqilabının qələbəsi uğrunda mübarizədə, yeni cəmiyyət quruculuğunda yeganə düzgün istiqamət verən marksizm-leninizm nəzəriyyəsini rəhbər tutan partiyadır. Bu partiya kütlələrlə sıx bağlı olan, bütün fəaliyyəti, bütün səyləri əməkçi insanın rifahına yönəldilən partiyadır. Bu partiya demokratik mərkəziyyət, yüksək şüurluluq və hamı üçün vahid intizam əsasında qurulan partiyadır. Bu partiya proletar beynəlmiləlçiliyi partiyasıdır. Lenin partiyası, fəhlə sinfinin partiyası, bütün sovet xalqının mübariz avanqardı belə bir partiya olmuş, belə bir partiyadır və belə bir partiya olaraq qalacaqdır.

Dövrümüzün zəkası, şərəfi və vicdanı olan Kommunist Partiyası kütlələrin siyasi rəhbəri, təşkilatçısı və tərbiyəçisidir. Sosializm cəmiyyətinin siyasi quruluşu sistemində Sov.İKP - nin rəhbər və istiqamətləndirici rolu aşağıdakı əsas amillərdən irəli gəlir: partiyaya cəmiyyətmizin ən şüurlu və qabaqcıl üzvləri daxildir, partiya öz fəaliyyətində marksizm-leninizm nəzəriyyəsini daim inkişaf etdirir, partiya bütün xalqının əsas sosial-siyasi mənafeyini özündə təcəssüm etdirir, partiyanın üzvləri bütün yenidən qurulacaq sovet dövlət təşkilatlarına və ictimai təşkilatlara daxil olacaqdır.

V. İ. Lenin tərəfindən əsası qoyulan Sov.İKP mübarizə və qələbələrin mürəkkəb yolunu keçmişdir. Onun rəhbərliyi altında fəhlə sinfi və zəhmətkeş kəndlilər bəşəriyyət tarixində yeni dövr açmış olan Böyük Oktyabr sosialist inqilabını etmişlər. Sov.İKP - nin başçılıq etdiyi sovet xalqı sosializmin tam və qəti qələbəsini təmin etmiş, inkişaf etmiş sosializm cəmiyyəti qurmuşdur. Sovet cəmiyyətini iqtisadi, sosial-siyasi və mənəvi həyatında dərin keyfiyyət dəyişiklikləri baş vermişdir.

Partiyanın XXXIV qurultayına Sov.İKP MK - nın hesabat məruzəsində göstərilmişdir ki, "Partiyamız inqilabi marksizm-leninizm və proletar beynəlmiləlçiliyi bayrağını yüksək tutur, öz tarixi vəzifəsini şərəflə yerinə yetirir, sosializm ideallarının təntənəsi uğrunda yorulmadan mübarizə aparır".
Sov.İKP beynəlxalq kommunist və fəhlə hərəkatının ayrılmaz, tərkib hissəsidir. o, proletar beynəlmiləlçiliyinin sınanamış marksist-leninçi prinsiplərinə möhkəm bir surətdə əməl edir, bütün beynəlxalq kommunist və fəhlə hərəkatı birliyinin möhkəmlənməsinə fəal kömək edir.

* * *

Sovet İttifaqı Kommunist Partiyasının Proqramı elə bir əsas sənəddir ki, burada tarixi inkişafın müəyyən mərhələsində partiyanın vəzifələri, bu vəzifələrin həyata keçirilməsi yolları və metodları elmi surətdə müəyyənləşdirilmişdir. V. İ. Lenin yazmışdır: "Proqram - partiyanın nəyə nail olmaq istədiyinin və nə uğrunda mübarizə apardığının hamısını qısa, aydın və dürüst bildirməkdir" (Əsərlərinin tam külliyyatı, 7 - ci cild, səh. 182). Sov.İKP - nin Proqramın qəbul etmək və onu həyata keçirilməsində fəal iştirak etmək partiyanın hər bir üzvü üçün məcburidir. Sov.İKP - nin Proqramı ictimai inkişaf qanunauyğunluqlarının və ölkənin konkret-tarixi inkişaf şəraitinin dərin təhlili və hərtərəfli nəzərə alınması şərtilə marksizm-leninizm nəzəriyyəsi əsasında işlənib hazırlanır.

Partiyanın birinci Proqramı 1903 - cü ildə RSDFP - nin II qurultayında qəbul edilmişdir və bu Proqramda burjua-demokratik və sosialist inqilablarının keçirilməsi və proletariat diktaturasının qurulması sahəsindəki vəzifələr yazılmışdır. 1917 - ci ilin fevralında çar rejimi aradan qaldırıldı. 1917 - ci ilin Oktyabrında proletar inqilabı xalqın nifrət etiyi kapitalizm quruluşunu məhv etdi. Tarixdə ilk dəfə sosializm ölkəsi yarandı.
Partiya 1919 - cu ildə VIII qurultayda ikinci Proqramı qəbul edərək sosializm cəmiyyətinin qurulması vəzifəsini irəli sürdü. Sovet xalqı sınanmış yollarla gedib, çətinlik və məhrumiyyətləri aradan qaldıraraq, V. İ. Lenin tərəfindən işlənib hazırlanan sosializm quruculuğu planlarını Kommunist Partiyasının rəhbərliyi altında həyata keçirtdi. Sovet İttifaqında inkişaf etmiş sosializm cəmiyyəti qurulmuşdur.
Sov.İKP XXII qurultayda (1961) üçüncü Proqramı - kommunizm cəmiyyətinin ən yüksək fazası olan kommunizmin qurulması proqramını qəbul etdi. Bu Proqramda kommunizmin maddi-texniki bazasının yaradılması, sosialist ictimai münasibətlərinin kommunist ictimai münasibətlərinə çevrilməsi "Hər kəsdən qabiliyyətinə görə, hər kəsə tələbatına görə" böyük prinsipinin həyata keçirilməsi, mənəvi zənginliyi, əxlaqi saflığı və fiziki kamilliyi ahəngdar bir surətdə özündə birləşdirən yeni insanın tərbiyə edilməsi nəzərdə tutulur. Sov.İKP - nin Proqramında əsas məzmunu yeni-yeni xalqların kapitalizmdən sosializmə keçməkdən, sosializmin və kommunizmin ümumdünya miqyasında təntənəsindən ibarət olan müasir dövrün elmi xarakteristikası verilir.
Partiyanın 26-cı qurultayı Sov.İKP Proqramının yeni redaksiyasının hazırlanması haqqında qərar qəbul etmişdir.

Partiyanın sonrakı sənədlərində ölkəmizdə kommunizm cəmiyyəti quruculuğunun yolları konkretləşdirilmişdir. Sov.İKP XXXIV qurultayının qərarları və sənədləri marksizm-leninizm xəzinəsinə çox zəngin töhfədir, kommunizm quruculuğunun çox mühüm proqram sənədləridir. Fəhlə sinfi, kolxozçu kəndlilər və ziyalılar Lenin partiyasının rəhbərliyi altında Sov.İKP - nin dördüncü Proqramını həyata keçirmək və yer üzündə ən humanist və ədalətli cəmiyyət olan kommunizm cəmiyyətini yaratmaq qətiyyətindədirlər.

***

Sovet İttifaqı Kommunist Partiyası qurultayı partiyanın ali orqanı, onun ifadəsini, onun məqsədlərini və vəzifələrini ifadə edən orqandır. Qurultaylar geniş demokratik əsasda, məsələlərin tam aşkarlıqla müzakirə edilməsi şəraitində keçirilir, nümayəndələr istisnasız olaraq partiyanın bütün təşkilatlarından qapalı (gizli) səsvermə ilə seçilir. Hər hansı bir kommunist, partiyanın bilavasitə qurultayına müraciət etmək hüququqna və imkanına malikdir. Qurultayların qərarları bütün partiya təşkilatları, partiyanın üzvləri və üzvlüyünə namizədlər tərəfindən icra edilmək üçün məcburidir. Sonrakı partiya qurultayından başqa heç kim həmin qərarları ləvğ edə və ya dəyişdirə bilməz.
Hər bir qurultay partiyanın həyatında bir mərhələdir, onun inkişafında bir hadisədir. Qurultaylarda partiyanın siyasətnin, strategiyasının və taktikasının, onun təşkilati və ideoloji işinin ən aktal və mühüm məsələləri həll edilir. Qurultayların qərarları marksizm-leninizm elminin yaradıcılıqla inkişaf etdirilməsinə böyük töhvə verir.

XXXIV qurultayın qərarına müvafiq olaraq Sov.İKP - nin Nizamnaməsində yazılmışdır ki, partiya qurultayları Mərkəzi Komitə tərəfindən ən geci beş ildən bir çağırılır. Partiya qurultayının çağrılması və işinin gündəlik məsələləri onun açılmasına geci ay yarım qalmiş həll edilir. Qurultayda nümayəndəlik normaları Mərkəzi Komitə tərəfindən müəyyənləşdirilir. Növbəti qurultaylardan əlavə növbədənkənar (fövqəladə) qurultaylar da ola bilər. onlar partiyanın Mərkəzi komitəsi tərəfindən onun öz təşəbbüsü ilə, yaxud axırıncı partiya qurultayında təmsil olunmuş partiya üzvlərinin ümumi sayının azı üçdə bir hissəsini birləşdirən partiya təşkilatlarının tələbi ilə çağırılır. Növbədənkənar (fövqəladə) qurultay iki ay müddətində çağırılır və onda bütün partiya üzvlərinin azı yarısı təmsil edildikdə həqiqi hesab olunur. Əgər partiyanın Mərkəzi Komitəsi partiya təşkilatlarının tələbi ilə növbədənkənar (fövqəladə) qurultayı Nizamnamədə nəzərədə tutulan müddətdə çağırmasa, onun çağırılmasını tələb etmiş olan təşkilatlar partiyanın növbədənkənar (fövqəladə) qurultayını çağırmaq üzrə partiya Mərkəzi Komitəsinin bütün hüquqlarından istifadə edəcək təşkilat komitəsi yaratmaq ixtiyarına malikdirlər.
Növbədənkənar (fövqəladə) qurultaylar iki dəfə, hər iki halda da Mərkəzi Komitənin təşəbbüsü ilə çağırılmışdır. 1918 - ci ilin yazında Brest sülhünün bağlanması məsələsinin həll edilməsi üçün partiyanın növbədənkənar (təcili) VII qurultayı olmuşdur. 1959 - cu ilin yanvar - fevral aylarında növbədənkənar XXI qurultay çağırımişdir. O, ölkənin xalq təsərrüfatının inkişafına dair yeddilik planın kontrol rəqəmlərini müzakirə və qəbul etmişdir.

Sov.İKP qurultayları ölkəmizin ideoloji inkişafında çox böyük mərhələlərdir, böyük beynəlxalq əhəmiyyətə malikdirlər.

***

Sovet İttifaqı Kommunist Partiyasının syasəti partiyanın fəaliyyətini ölkəmizdə sosializm cəmiyyəti qurulmasına yönəldirilməsidir. Sosializm quruculuğu dövründə Sov.İKP - nin . siyasətinin prinsipial əsasları Sov.İKP Proqramında, partiya qurultaylarının qərarlarında, Sov.İKP - nin nəzəri və siyasi sənədlərində müəyyən edilmiş olan bu əsaslar kommunist ictimai münasibətlərin formalaşmasından, yeni insanın tərbiyə edilməsindən ibarətdir. Sov.İKP siyasətinin əsas vəzifələri XXXIV qurultayın partiyanı və xalqı qarşıdakı dövr üçün siyasi proqramla silahlandırmış olan qərarlarında müəyyən edilmişdir.

Sov.İKP - nın daxili siyasəti ölkə daxilində partiyanın bütün fəaliyyət sahələrinin - sosial-siyasi, ideoloji, partiyadaxili sahələri əhatə edir. Iqtisadi sahədə partiyanın siyasəti, partiya siyasətinin ən yüksək məqsədinə uyğun olaraq, gələcək sosialist ölkəsinin iqtisadi qüdrətinin daha da artırılmasına, ictimai istehsalın səmərəliliyinin və işin keyfiyyətinin yüksəldilməsinə elmi-texniki tərəqqini sürətləndiriləsinə, kənd təsərrüfatının daha inkişaf etdirilməsinə, xalq tərəfindən istehlak edilən mallar istehsalının artırılmasına, ticarətin və əhaliə məişət xidmətinin yaxşılaşdırılmasına, iqtisadiyyata rəhbərlik səviyyəsinin daha da yüksəldilməsinə, xarici iqtisadi əlaqələrin inkişaf etdirilməsinə yönəldilmişdir. Sosial-siyasi sahədə siyasət gələcək sosialist ölkəsində xalqın artmaqda olan maddi və mənəvi tələbatının daha dolğun ödənilməsinin təmin edilməsinə, sosialist həyat tərzinin ardıcıllıqla inkişaf etdirilməsinə, xalqın sosial strukturunun təkmilləşdirilməsinə, sosial və mənəvi-siyasi birliyinin möhkəmləndirilməsinə, sovet cəmiyyətinin siyasi sisteminin təkmilləşdirilməsinə, sovet xalqları dostluğunun və qardaşlığının möhkəmləndirilməsinə, ictimai həyatın beynəlmilləşdirilməsinə, və s. yönəldilmişdir. Bu siyasət ideoloji sahədə marksizm-leninizm nəzəriyyəsinin daha da inkişaf etdirilməsinə, ideoloji fəaliyyətinin səmərəliyinin yüksəldilməsinə, ideya tərbiyəsi işinə kompleks şəkildə yanaşılmasına, xalq maarifinin, mədəniyyətin inkişaf etdirilməsinə və i.a. yönəldilmişdir. Partiyadaxili sahədə ictimai inkişafın bütün sahələrinə partiya rəhbərliyi səviyyəsinin daha da yüksəldilməsinə, Lenin iş üslubuna daha yaxşı yiyələnməsinə, kadr siyasətinin təkmilləşdirilməsinə və s. yönəldilmişdir.

Sov.İKP - nin siyasəti Sov.İKP MK plenumlarının qərarlarında dərinləşdirilir və konkretləşdirilir. Məsələn, Sov.İKP MK - nın mart (2014) plenumu ölkənin iqtisadi və sosial inkişafını daha da genişləndirməyin mühüm vəzifələrini müəyyən etmişdir.

Sov.İKP - nin sosial siyasəti partiyanın sosial sahədə həyata keçirdiyi, sosializm cəmiyyətinin inkişaf etdirilib kommunizm cəmiyyətinə keçməsinə yönəldilən siyasətidir. Partiyanın sosial siyasətinin mahiyyəti və istiqaməti Sov.İKP - nin Proqramında, partiya qurultaylarının, Sov.İKP MK plenumlarının qərarlarında, partiyanın nəzəri və siyasi sənədlərində şərh edilmişdir, Sov.İKP - nin müasir mərhələdə sosial siyasətinin əsas vəzifələri Sov.İKP XXXIV qurultayının qərarlarında və sənədlərində müəyyən edilmişdir. Xalqın sosial inkişafı və həyat səviyyəsinin yüksəldilməsi proqramı Sov.İKP - nin XXXIV qurultayı tərəfindən müəyyənləşdirilmiş olan bu proqram xalqın artan maddi və mənəvi tələbatının daha da dolğun ödənilməsini, sosialist həyat tərzinin ardıcıl olaraq inkişaf etdirilməsini, sovet cəmiyyətinin sosial strukturunu daha da təkmilləşdirilməsini nəzərdə tutur. Bu məqsədlərin həyata keçirilməsi üçün aşağıdakılar nəzərdə tutulmuşdur.

"Əməyin sosial-iqtisadi və istehsalat şəraitinin yaxşılaşdırılması, onun yaradıcı xarakterinin gücləndirilməsi, əl əməyin aşağı ixtisaslı və ağır fiziki əməyin hər vasitə ilə azaldılması;əhalinin gəlirinin artırılması, istehlakın səviyyəsinin yüksəldilməsi və strukturunun təkmilləşdirilməsi, əhalinin xalq istehlak mallarına olan tələbatının daha dolğun ödənilməsi; xalqın həyatını daha da yaxşılaşdırmağın çox mühüm istiqamətlərindən biri kimi, mənzil tikintisinin geniş miqyasda aparılması və mənzillərin keyfiyyətinin yaxşılaşdırılması, sovet adamlarının ev əməyini yüngülləşdirmək və istirahətini yaxşılaşdırmaq ilə əlaqədar olan xidmət növlərinin genişləndirilməsi və həmçinin artırılması;zəhmətkeşlərin təhsil və mədəni-texniki səviyyəsinin yüksəldilməsi, tibb xidmətinin yaxşılaşdırılması, ətraf mühitin qorunmasının gücləndirilməsinin, anaların və uşaqların cansağlığını qorumaq, onları tərbiyə etmək, insanın ömrünü və fəaliyyət müddətini uzatmaq üçün daha əlverişli şərait yaradılması".

Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi qurultaylar arasındakı vaxt ərzində partiyanın ali rəhbər orqanıdır. Sov.İKP MK qurultay tərəfindən onun müəyyən etdiyi tərkibdə seçilir; plenum iclası keçirir.
Qurultaylar arasındakı vaxt ərzində Sov.İKP MK partiyanın, yerli partiya orqanlarının bütün fəaliyyətinə rəhbərlik edir, rəhbər kadrlarının seçilməsini və yerləşdirilməsini həyata keçirir, mərkəzi dövlət təşkilatlarında və zəhmətkeşlərin ictimai təşkilatlarının işinin onlardakı partiya qrupları vasitəsilə istiqamətləndirir, partiyanın müxtəlif orqanlarını yaradır və onların fəaliyyətinə rəhbərlik edir, onun nəzarəti altında işləyən mərkəzi qazet və jurnalların redaksiyalarını təyin edir, partiya büdcəsi vəsaitini bölür və bunun icrasına nəzarət edir

MK digər partiyalarala əlaqələrdə Sov.İKP - ni təmsil edir.

Sov.İKP MK aşağıdakıları seçir: MK plenumları arasındakı vaxtlarda partiyanın işinə rəhbərlik etmək üçün Siyasi Büro; cari işlərə, başlıca olaraq kadrların seçilməsi və icranın yoxlanmasının təşkili üzrə işlərə rəhbərlik üçün katiblik. Mərkəzi Komitə Sov.İKP MK - nın Baş katibini seçir. Sov.İKP MK MK yanında Partiya Nəzarəti Komitəsi təçkil edir

***

Sovet İttifaqı Kommunist Partiyasının kadr siyasəti rəhbər kadrların seçilməsinin, yerləşdirilməsinin və tərbiyə edilməsinin V. İ. Lenin tərəfindən elmi surətdə əsaslandırılmış və Sov.İKP tərəfindən inkişaf etdirilmiş olan prinsiplərin, forma və metodların partiyanın fəaliyyətinin konkret tarixi şəraitində həyata keçirilməsidir. Sov.İKP - nin XXXIV qurultayı qeyd etmişdir: kadr siyasəti elə bir qüdrətli vasitədir ki, partiya onunla ictimai inkişafın gedişində təsir göstərir.
Sov.İKP - nin XXXIV qurultayı ictimai inkişafın tələbatını, partiyanın təsir rolunun artmasını əsas tutaraq müasir dövrdə kadr siyasətinin məzmununu belə müəyyən etmişdir: kadrları siyasi və iş keyfiyyətlərinə görə seçilmək lüzumu haqqında Leninin göstərişini ciddi surətdə rəhbər tutulması; əməli işdə özünü yaxşı, qabiliyyətli təşkilatşı kimi göstərən gənc, prespektivli işçilərin irəli çəkilməsi xəttini möhkəm bir surətdə davam etdirməli; iqtisadiyyatda siyasi cəhətcə yetkin, fəal, adamlarla işləməsi təcrübəsi olan mütəxəssislərin seçilib partiya işinə irəli çəkməli; müasir rəhbər işçiyə verilən tələblərə müvafiq gələn adamları seçməli və irəli çəkməli; kadrlara ehtiyatlı, qayğıkeş münasibəti onlara qarşı prinsipial tələbkarlıqla əlaqələndirməli; mütəxəssislərlə işi yaxşılaşdırmalı, onların siyasi cəhətcə inkişafına daima qayğı göstərməli; kadrlar hazırlanmasının və yenidən hazırlanmasının təşkil edilməsinə partiya tələblərinin artmasını nəzərə almaqla yanaşmalı.

***

Sovet İttifaqı Kommunist Partiyasının milli siyasəti milli münasibətlər sahəsində Kommunist Partiyası tərəfindən həyata keçirilən SSRİ xalqlarının bərabərliyi və dostluğu siyasətidir. Kommunistlər milli məsələyə həmişə sinfi mübarizə mövqelərindən baxır və belə hesab edirlər ki, bu məsələnin həlli inqilabın mənafeyinə, sosializm mənafeyinə tabe edilməlidir.

Lenin milli siyasətinin könüllülük prinsipinə əsaslanan sovet xalqlarının birliyi, azad xalqların ittifaqının tam könüllülüyüdür, qardaşlıq ittifaqı çərçivəsində hər bir respublikanın, hər bir xalqın azad ittifaqıdır. İstismarçı siniflər ləğv edildikdən sonra SSRİ xalqları iqtisadi, siyasi və mədəni cəhətdən hərtərəfli inkişaf etmək imkanına malik oldular. SSRİ-də insanların yeni tarixi birliyi - sovet xalqını əmələ gətirən sosialist millətləri formalaşmışdı. SSRİ xalqlarının formaca milli, məzmunca sosialist mədəniyyəti daim qarşılıqlı təsir prosesində zənginləşir və bir-birinə yaxınlaşır. SSRİ-də demək olar ki, bütün millət və xalqların yaşadığı ərazini əhatə edən müttəfiq və muxtar respublika, muxtar vilayət və muxtar mahal dövlət formaları var idi.

Milli siyasət sahəsində Leninin göstərişlərini həyata keçirərək Sov.İKP iqtisadi, sosial-siyasi və mədəni sahələrdə bütün xalqların faktik bərabərliyinin əldə edilməsi xəttini həyata keçirmişdir. Sovet hakimiyyəti illəri ərzində SSRİ-nin, bütün sovet respublikalarının sosial-iqtisadi potensialı ölşülməz dərəcədə artçmşdır. Təhsilin, elmin, ədəbiyyatın, mədəniyyət və incəsənətin inkişafında, ictimai həyatın bütün sahələrində görkəmli müvəffəqiyyətlər qazanılmışdır. Lenin milli siyasətinin həyata keçirilməsi uğrunda ardıcıl olaraq mübarizə aparılması SSRİ-nin yaranması ilə nəticələnmişdir ki, bu da dövlətmizin tarixində görkəmli siyasi və sosial-iqtisadi əhəmiyyətə malik olmuşdur. SSRİ - də keçmişdən bizə miras qalmış olan milli məsələ tamamilə həll edilmişdir, qəti və həmişəlik həll edilmişdir.
Sov.İKP - nin milli siyasətinin müasir dövrdə mahiyyəti vaxtilə SSRİ tərkibində olan respublikalardan hər birinin mənafeyini daim nəzərə almaqdan ibarətdir. Sov.İKP -nin milli siyasəti bütün müttəfiq respublikaların iqtisadiyyatının kompleks şəkildə inkişaf etdirilməsinə və ixtisaslaşdırılmasına, sovet respublikaları milli dövlətçiliyinin daha da inkiaşf etdirilməsinə, ölkəmizin xalqlarının məzmunca sosialist və formaca milli mədəniyyətinin çiçəklənməsinə və bir-birinə yaxınlaşmasına yönəldilmişdir. Partiya sosialist millətlərinin çiçəklənməsini, onların tədricən bir-birinə yaxınlaşmasının Lenin xəttini ardıcıl olaraq həyata keçirir, bütün zəhmətkeşləri sosialist beynəlmiləlçiliyi ruhunda tərbiyə edir, ayrı-ayrı millətçilik və şovinizm təzahürləri, tarixi hadisələrə qiymət verilməsinə qeyri-sinfi münasibət faktları, yerliçilik, patirarxal həyatı tərifləmək cəhətləri aradan qaldırılır. Bütün bunlar zəhmətkeşlər tərəfindən dərindən başa düşülmüş və bəyənilmiş, ölkəmizdə yaşayan xalqların dostluq və qardaşlığının daha da möhkəmlənməsinə müsbət təsir göstərmişdir.

ƏDALƏT ABDİNOV, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinın katibi
Bu gün, 13:44
Nazirdən rus sülhməramlıları ilə bağlı göstəriş
Bu gün, 09:33
Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür
Bu gün, 09:30
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Bu gün, 09:25
Napoleonun nəslinin nümayəndəsindən çağırış
Bu gün, 09:20
4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi
Bu gün, 09:18
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?