Sancı qurumu: İşi bahalaşdırmaq olan Tarif Şurası ləğv edilir? - Şok araşdırma
Siyaset
Oxunub: 7 583
12 fev 2017 | 20:04
Sancı qurumu: İşi bahalaşdırmaq olan Tarif Şurası ləğv edilir? - Şok araşdırma














Azərbaycanda Tarif Şurası xalqın yaddaşında bahalaşdırma qurumu kimi qalıb. Qiymət Şurasının praktikasında hər hansı xidmətin ucuzlaşdırması presedentinə rast gəlinməyib

Politika.Az xəbər verir ki, Tarif Şurasının adı gələndə insanların ürəyi sancır, ovqatı təlx olur, həyəcan basır və ardınca hansısa sektorda bahalaşma qərarı verildiyini eşidəcəyi qənaəti yaranır.

İndiyə qədər əhalinin xeyrinə bir qərar qəbul etməyən və hansısa məhsulu ucuzlaşdırmayan Qiymət Şurası qorxunc bir aparata çevrilib. Sanki qurumun fəaliyyəti nazirlərin və komitələrin müraciəti əsasında məsələyə baxmaq və gecə yarısı tarifləri qaldırmaqdır.

Üstəgəl, indiki bazar iqtisadiyyatı dövründə bu Şuranın fəaliyyətinə də ehtiyac qalmayıb. Onsuz da Tarif Şurasının iştirakı və qərarı olmadan da bazarlarda qiymətlər qalxır, xərclər artır, ayrı-ayrı sahibkarlar öz bildiyi tarifləri müəyyənləşdirir.

Tarif Şurası dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri, təbii qazın emal, nəql, topdansatış və pərakəndə satış tarifləri, Bakı şəhərində marşrutlar üzrə sərnişindaşıma xidmətinin tariflərinə baxır.

Bununla yanaşı, şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası marşrutlarda sərnişin daşıma xidmətlərinin tarifləri, universal poçt rabitəsi xidmətlərinin tarifləri, rabitə xidmətlərinin tarifləri, elektrik enerjisinin tarifləri, su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tarifləri Tarif Şurası tərəfindən dəyişdirilə bilər.

Neft məhsullarının şirkətdaxili, təchizat, topdansatış və pərakəndə satış tarifləri, Bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətlərinin tarifləri, hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətlərinin tarifləri, “Azəristiliktəchizat” ASC tərəfindən göstərilən xidmətlərin tarifləri və s. xidmətlərin qiymətini də müəyyənləşdirmək bu qurumun səlahiyyətinə daxildir.

Politika.Az xəbər verir ki, Tarif Şurasının iştirak olan və olmayan bütün sahələr üzrə qiymət artımı qeydə alınıb. Əhalinin gündəlik tələbatı olan bütün sahələr üzrə xərclər çoxalıb.

Şuranın fəaliyyətinin nədən ibarət olduğu və iqtisadiyyata faydasının nələr olduğu aydın deyil. O baxımdan hökumətin qənaət rejiminə keçməsi və struktur islahatlarına hazırlıq Tarif Şurasının da ləğvini aktuallaşdırır.

Əhalidə qıcıq və aqressiya yaradan bu qurum olsa-olmasa nə dəyişəcək?! İnsanlar hər gün yeni tariflərlə qarşılaşır, bahalaşma gedir və Tarif Şurası heç bir sahədə ucuzlaşdırma qərarı verməyib.

Təbii ki, siyasi hökumətin verdiyi iqtisadi sifarişlərə boyun əyən bu qurum sadəcə, müqəvva xidmətini yerinə yetirir.

İstənilən halda, struktur islahatları başlanarsa TŞ-nın demontajı kifayət qədər zəruri və aktualdır. Tarif Şurası bu günə kimi xalqa nələr etməyib?! - dərman, benzin, su, qaz, işıq, metro, marşrut və s. sahələrdə qiymətləri qaldırıb.

Tarif Şurası Azərbaycanda sosial gərginliyi günbəgün artıran məmurların monopolist maraqlarını xalqın mənafeyindən üstün tutur. Bir zamanlar varlı neft ölkəsi olan Somalidə illərdir xalq ac-susuz, xəstə, başqa dövlətlərin humanitar yardımı hesabına yaşayır.

İmarətlərini, saraylarını tikməyə davam edən, xalqı soyan nazirlər eyni özbaşınalığa gedir. Tarif Şurası isə Nazirlər Kabinetində klana çevrilmiş bəzi nazirlərin dirijor çubuğu ilə idarə olunur.
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
18-04-2024, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
18-04-2024, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
18-04-2024, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
18-04-2024, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
18-04-2024, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
18-04-2024, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE