Nəqliyyat Nazirliyinin bu səlahiyyətləri yeni quruma tapşırıldı
Siyaset
Oxunub: 778
13 fev 2017 | 17:53
Nəqliyyat Nazirliyinin bu səlahiyyətləri yeni quruma tapşırıldı












Azərbaycanda Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Nəqliyyat Nazirliyinin birləşdirilməsi nəticəsində yeni Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılıb.

Azərbaycan prezidenti İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb.

Sərəncama əsəsən, Nazirlər Kabinetinə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamənin layihəsini, habelə nazirliyin strukturu və işçilərinin ümumi say həddi barədə təkliflərini iki ay müddətində hazırlayıb prezidentə təqdim etmək tapşırılıb.

Həmçinin Nazirlər Kabinetinə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması ilə əlaqədar prezidentin aktlarının uyğunlaşdırılması ilə bağlı təkliflərini 2 ay müddətində hazırlamaq, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının uyğunlaşdırılmasını 3 ay müddətində təmin etmək və mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə 5 ay müddətində Azərbaycan prezidentinə məlumat vermək həvalə olunub.

Ölkə başçısının imzaladığı digər sərəncama əsasən, Ramin Quluzadə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib. Bunadək R. Quluzadə rabitə və yüksək texnologiyalar naziri vəzifəsində çalışıb.

Beləliklə, 2003-cü ildən Azərbaycanın nəqliyyat naziri vəzifəsini daşıyan Ziya Məmmədov vəzifəsini itirib.

Qeyd edək ki, Azərbaycan prezidentinin 2003-cü il 10 iyun tarixli 880 saylı fərmanı ilə Nəqliyyat Nazirliyi haqqında Əsasnamə təsdiq edilib və nazirlik fəaliyyətə başlayıb.

Əsasnaməyə görə, nazirlik dəmir yolu, su, avtomobil, mülki hava nəqliyyatı və avtomobil yolları sahələrində vahid dövlət siyasətini formalaşdıran və həyata keçirən, sahələrarası münasibətləri tənzimləyən mərkəzi icra hakimiyyəti orqanı olub. Nazirlik həmçinin nəqliyyat-yol kompleksi sahəsində beynəlxalq əməkdaşlığı həyata keçirib, bu sahəyə xarici sərmayənin cəlb edilməsini təmin edən tədbirlər görüb. Həmçinin nəqliyyat-yol kompleksi sahəsində dövlət proqramlarının, qanunvericilik aktları layihələrinin hazırlanmasında iştirak edib.

Son bir neçə il ərzində nazirliyin tərkibinə daxil olan bir neçə struktur ondan ayrılıb, müstəqil qurum və ya başqa qurumların tabeliyinə verilib. Məsələn, prezident İlham Əliyevin 2015-ci ilin sentyabrın 18-də imzaladığı fərmanla "Azərbaycan Dəmir Yolları " Qapalı Səhmdar Cəmiyyəti Nəqliyyat Nazirliyinin tərkibindən ayrılaraq yeni qurum kimi təsis edilib. Həmin ilin dekabrın 28-də "Azəryolservis” ASC-nin Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarılması barədə sərəncam imzalayıb. Bundan başqa, Nazirlər Kabinetinin qərarı ilə Nəqliyyat Nazirliyinin yollarda iri qabaritli və ağır çəkili nəqliyyat vasitələrinin hərəkətinə icazə verilməsi səlahiyyətləri "Azəravtoyol”a verilib. Həmçinin, Nazirlər Kabineti "Azərbaycan Respublikasında avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarına görə verginin ödənilməsi xüsusiyyətləri, habelə "Fərqlənmə nişanı” və "Xüsusi fərqlənmə nişanı”nın tətbiq edilməsi Qaydaları”nda dəyişiklik edərək Bakıda sərnişin daşımaları ilə əlaqədar Nəqliyyat Nazirliyinin səlahiyyətlərini ləğv edib. Əgər bu qaydaya qədər avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyicilərinə "Fərqlənmə nişanı” və "Xüsusi fərqlənmə nişanı” Nəqliyyat Nazirliyi tərəfindən verilirdisə, sözügedən qərardan sonra şəhərdaxili sərnişindaşımanı həyata keçirən vergi ödəyiciləri "Fərqlənmə nişanı”nı Bakı Nəqliyyat Agentliyindən almağa başlayıb.
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Dünən, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Dünən, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23-04-2024, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
23-04-2024, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
23-04-2024, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
23-04-2024, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
23-04-2024, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ