Prezident İlham Əliyev Azərbaycanın bir neçə ölkə ilə imzaladığı sənədləri təsdiqləyib - YENİLƏNİB
Siyaset
Oxunub: 1 369
18 noy 2014 | 20:09
Prezident İlham Əliyev Azərbaycanın bir neçə ölkə ilə imzaladığı sənədləri təsdiqləyib - YENİLƏNİBAzərbaycan prezidenti İlham Əliyev Azərbaycan və Moskva hökumətləri arasında anlaşma və əməkdaşlıq haqqında memorandumun təsdiq edilməsi barədə sərəncam imzalayıb.
APA-nın məlumatına görə, sərəncama əsasən, Nazirlər Kabinetinə 2014-cü il sentyabrın 25-də Bakıda imzalanmış memorandumun müddəalarının həyata keçirilməsi üçün tədbirlər görmək tapşırılıb.
Dövlət başçısının digər sərəncamı ilə Ərəb Dövlətləri Liqası ilə Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında əməkdaşlıq haqqında memorandum təsdiq edilib. Nazirlər Kabinetinə 2014-cü il mayın 13-də Ər-Riyadda imzalanmış memorandum müddəalarının həyata keçirilməsi üçün zəruri tədbirlərin görülməsi həvalə olunub.

Prezident İlham Əliyevin imzaladığı daha bir sərəncamla Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə Qırğız Respublikasının Dövlət Kadrlar Xidməti arasında dövlət qulluğunun təkmilləşdirilməsi sahəsində əməkdaşlıq haqqında memorandum təsdiqlənib.
Sərəncama əsasən, Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya 2014-cü il sentyabrın 11-də Bakıda imzalanmış memorandumun müddəalarının həyata keçirilməsini təmin etmək tapşırılıb. Azərbaycan Xarici İşlər Nazirliyi isə həmin memorandumun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Qırğız Respublikası hökumətini xəbərdar etməlidir.

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan Xarici İşlər Nazirliyi və Fələstin Dövlətinin Xarici İşlər Nazirliyi arasında məsləhətləşmələr mexanizminə dair Anlaşma Memorandumu təsdiq edilib. Sərəncama əsasən, Azərbaycan Xarici İşlər Nazirliyinə 2014-cü il oktyabrın 15-də Bakıda imzalanan Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etmək tapşırılıb.
Prezident İ. Əliyev həmçinin Azərbaycan və Latviya kənd təsərrüfatı nazirlikləri arasında baytarlıq sahəsində əməkdaşlıq, Azərbaycan və Boliviya xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr, Azərbaycan və Rusiya hökumətləri arasında Moskvada Ümumrusiya Sərgi Mərkəzinin ərazisində Azərbaycanın Sərgi-Ticarət Mərkəzinin yaradılması haqqında sazişlərin, habelə Azərbaycan və Özbəkistan dövlət gömrük komitələri arasında dövlət sərhədindən keçirilən mallar və nəqliyyat vasitələri haqqında ilkin məlumat mübadiləsinin təşkili barədə imzalanmış protokolun təsdiq edilməsi barədə fərmanlar imzalayıb.
Bu gün, 14:00
ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək? - AKTUAL
Bu gün, 13:13
"Bu Kreml sahibi Vladimir Putinin və onu əsabələrinin icad etdiyi termindir" - BİZƏ NƏ DƏXLİ?..
Bu gün, 12:23
Netanyahu İsrailin İrana necə cavab vercəyini açıqladı
Bu gün, 12:09
Yeni dələduzluq növü: “Kəsirləri düzəldirəm, imtahan ballarını artırıram” - VİDEO
Bu gün, 11:49
Laçında tikintisi gedən hava limanının son görüntüləri - VİDEO
Bu gün, 11:44
Qərbi Azərbaycan İcması bəyanat yayıb
Bu gün, 11:40
Pakistanda fəlakət: hökumət dəhşətli statistika açıqladı
Bu gün, 11:32
Zelenski İsrailə görə Qərbə qəzəbləndi: Ukrayna olmasaydı…
Bu gün, 11:27
Prezident Şirvan suvarma kanalının təməlini qoyub
Bu gün, 11:21
Tehran 4 ölkəni rəsmi şəkildə hədələdi
Bu gün, 10:25
Gənc həkim “Bitcoin”ə görə özünü öldürdü - FOTO
Bu gün, 10:17
Vəfat edən şəxsin pensiya kapitalının aqibəti necə olur? - AÇIQLAMA
Bu gün, 10:07
Ərdoğan təcili kabinetini toplayır
Bu gün, 09:33
Erməni deputat vətəndaşla dalaşdı - VİDEO
Bu gün, 09:29
Azərbaycanda bu şəxslər 500 manat CƏRİMƏ EDİLƏCƏK
Bu gün, 09:25
Qurban Qurbanovun görüntüsü GÜNDƏM OLDU - VİDEO
Bu gün, 09:00
Zəngəzur dəhlizinin inşasının yeni görüntüləri - VİDEO
Dünən, 16:00
Yeni müharibələr və Azərbaycan - NƏ ETMƏLİ?
Dünən, 15:30
Üçüncü dünya müharibəsi ehtimalı-Azərbaycan nə etməlidir? - İNCƏLƏMƏ
Dünən, 14:22
3-cü Dünya müharibəsi Cənubi Qafqaza yaxınlaşır: Azərbaycan belə qoruna bilər - AKTUAL
Dünən, 13:44
Tehranın "qisas"ı: ABŞ-İsrail-İran səhnəsi - GÖRÜNMƏYƏN MƏQAMLAR
Dünən, 13:24
Yuxarı Qarabağ suvarma kanalının adı dəyişdirilərək yenidən qurulacaq
Dünən, 12:23
Astana İrəvanla Bakıya dəstək verməyə hazırdır - Tokayev
Dünən, 12:19
Təhlükə var: Çölə çıxmayın! - İki gün boyunca…
Dünən, 12:06
İsrail İranın hücumuna tezliklə cavab verəcək - WSJ
Dünən, 12:01
İrəvan və Astana qardaşlaşmış şəhərlər oldu
Dünən, 11:12
COP29 Bakı Olimpiya Stadionunda keçiriləcək - RƏSMİ