Arif Hacılı: "Müsavatda plüralizmə imkan verilməməsi, söz azadlığının boğulması barədə fikirlərin heç bir əsası yoxdur"
Siyaset
Oxunub: 1 220
18 noy 2014 | 18:05
Arif Hacılı: "Müsavatda plüralizmə imkan verilməməsi, söz azadlığının boğulması barədə fikirlərin heç bir əsası yoxdur""Müsavatda plüralizmə imkan verilməməsi, söz azadlığının boğulması barədə deyilən fikirlərin heç bir əsası yoxdur".

Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının başqanı Arif Hacılı partiyadan istefalara münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Müsavatın Nizamnaməsinə əməl etmək hər bir partiya üzvünün borcudur: "Müsavat Partiyasında qurultaydan sonra bir neçə nəfər haqqında qərar çıxarılıb, 3 nəfər müxtəlif strukturlar tərəfindən partiya sıralarından xaric edilib, bir neçə nəfərə isə töhmət verilib. Müsavat Partiyası uzun illərdir ki, demokratik azadlıqlar uğrunda mübarizə aparır. Bizim üçün hər kəsin öz fikirlərini azad şəkildə ifadə etməsi, demokratik seçkilər, insan haqlarının toxunulmazlığı müqəddəs məfhumlardır. Biz öz siyasi fəaliyyətimizdə həm də ölkədə demokratik azadlıqların bərqərar olması uğrunda mübarizə aparırıq. Ona görə də guya Müsavatda plüralizmə imkan verilməməsi, söz azadlığının boğulması barədə deyilən fikirlərin heç bir əsası yoxdur. Müsavat Partiyası Azərbaycanda yeganə partiyadır ki, onun nizamnaməsinə görə, partiya hər hansı qərarları qəbul etdikdən sonra belə partiya üzvlərinin bu qərarları tənqid etməsi Nizamnamə pozuntusu hesab olunmur. Partiya cəzaları müəyyən şəxslərin Müsavatın qurultayının və digər strukturlarının qərarlarını tənqid etməsi ilə yox, məhz Nizamnamə maddələrinin pozuntusu ilə bağlıdır və qəbul edilən qərarlarda konkret olaraq hansı maddələrin pozulması aydın şəkildə göstərilib. Biz söz azadlığına hörmətlə yanaşırıq, ancaq qəbul edilmiş qərarlara, nizamnaməyə əməl olunmalıdır. Ona görə də partiya Nizamnaməsini dəfələrlə pozan, partiya strukturlarının verdiyi qərarları qəbul etmədiyini bəyan edən şəxslər haqqında müəyyən iltizam tədbirlərinin görülməsinə dözümlü yanaşmaq lazımdır".

A.Hacılı Müsavatın avtoritar üsullarla idarə edildiyi barədə iddiaların Nizamnamə pozuntusu olmadığını açıqlayıb. Onun sözlərinə görə, bundan sonra da Müsavatın Nizamnaməsini pozan şəxslər haqqında tədbirlər görülə bilər: "Müsavatın avtoritar üsullarla idarə olunduğunu demək mülahizədir. Bu, nizamnamə pozuntusu deyil. Nizamnamə pozuntusu partiya strukturlarının qəbul etdiyi qərarlardan açıq şəkildə imtina etməkdir. Kim Nizamnamənin konkret maddələrini pozubsa, onlar haqqında müzakirələr aparılaraq, müəyyən qərarlar qəbul edilə bilər. Tənqidi yanaşmalar, mülahizələr heç bir halda partiya üzvünün cəzalandırılmasına səbəb ola bilməz. Kimliyindən asılı olmayaraq, Nizamnamənin açıq şəkildə pozulması baş verərsə, belə hallar təkrar olunarsa, partiyanın müvafiq strukturlarının bu barədə qərar qəbul etməsi mümkündür. Demokratik cəmiyyət, demokratik təşkilat quruculuğu hökmən qanunun aliliyi prinsipinə dönmədən əməl etməklə mümkündür. Biz bunu bilirik. Müsavatın fəaliyyətini tənzimləyən əsas sənəd hər bir Müsavat üzvü tərəfindən qəbul edilmiş Nizamnamədir. Nizamnaməyə əməl olunmasını təmin etməklə partiya quruculuğu işimizi davam etdirəcəyik".

O, sabiq başqan İsa Qəmbərin partiya strukturlarına təsir etmədiyini vurğulayıb: "Müsavat partiyanın strukturları tərəfindən idarə olunur və partiya strukturlarının qərarlarına hansısa digər təsirlər yoxdur".
Bu gün, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Bu gün, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Bu gün, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Bu gün, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Bu gün, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Bu gün, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Bu gün, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Bu gün, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Bu gün, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Bu gün, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE