PA-nın xalqı boğaza yığan başçıları ifşa etməsinin sirri - Siyahı
Siyaset
Oxunub: 49 618
17 fev 2017 | 05:56
PA-nın xalqı boğaza yığan başçıları ifşa etməsinin sirri - Siyahı












Ən çox şikayət daxil olan rayonların icra hakimiyyətinin başçıları ilk növbədə yola salınacaq

Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov 2016-cı ildə daxil olan vətəndaş müraciətləri və şikayətlərin məzmunu haqda geniş məlumat verib

Ötən il Bakı, Lənkəran, Şəki, Yevlax, Ağcabədi, Ağdam, Ağstafa, Astara, Balakən, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Göygöl, İmişli, Kəlbəcər, Neftçala, Saatlı, Salyan, Şamaxı, Şəmkir, digər şəhər və rayonlardan daxil olan müraciətlərin sayı çoxdur.

Bu siyahı mətbuatın monitorinqi ilə uzlaşır və hansı rayonlardan daha çox şikayətlərin gəldiyini əks etdirir. Mətbuatda Lənkəran, Ağcabədi, Beyləqan, Göyçay və Şamaxıdan kütləvi müraciətlərə rast gəlmək olar.

PA rəsmisinin açıqladığı siyahı da göstərir ki, hansı bölgələrdə vəziyyət nədən ibarətdir. Bu statistik göstərici ölkə rəhbərliyi tərəfindən araşdırmaların aparıldığını, il ərzində monitorinqlərin həyata keçirildiyini təsdiqləyir.

Eyni zamanda hakimiyyətin icra hakimiyyətlərinə inzibati nəzarətinin olduğunu nümayiş etdirir. Hökumət regionlarla bağlı siyasətində həssasdır. Ona görə də şikayətlərin monitorinqi bu bölgələri ön plana çıxarıb.

Prezident Administrasiyasına daxil olan şikayətlərin təhlili və onların icrası vəziyyətinin öyrənilməsi göstərir ki, vətəndaşlar Prezident Administrasiyasına o zaman müraciət edirlər ki, qaldırdıqları problemlər barədə müraciətlərinə qaneedici cavab ala bilmir, laqeydlik, süründürməçilik halları ilə qarşılaşırlar.

Politika.Az xəbər verir ki, lakin bəzən vətəndaş heç bir instansiyaya müraciət etmədən də birbaşa Prezident Administrasiyasına yazmağı üstün tutur. 2015-ci və 2016-cı illərdə Prezident Administrasiyasına daxil olan müraciətlərin müvafiq surətdə 31,2 və 30,9 faizi şikayətlərdən ibarət olmuşdur.

Göründüyü kimi, 2016-cı ildə şikayətlər 2015-ci illə müqayisədə azalıb. Şikayətlərin hamısına baxılmış, zəruri hallarda onlar nəzarətə götürülərək araşdırılmış və lazımi tədbirlər görülüb.

2016-cı ildə Bakı, Şəki, Yevlax, Ağcabədi, Ağdam, Ağdaş, Ağstafa, Balakən, Beyləqan, Bərdə, Cəbrayıl, Göygöl, Kəlbəcər, Laçın, Neftçala, Saatlı, Siyəzən, Yardımlı, Zəngilan, digər şəhər və rayonlardan müxtəlif mövzuda daxil olmuş şikayətlərin sayı artıb.

Mənbənin məlumatına görə, ən çox şikayət daxil olan rayonların icra hakimiyyətinin başçıları ilk növbədə yola salınacaq.

Prezident Administrasiyasına, eləcə də başqa mərkəzi icra hakimiyyəti orqanlarına daxil olan şikayətlərini monitorinqinə əsasən etimadını itirmiş icra başçılarının siyahısı müəyyənləşib. Bu siyahıya daxil olan icra başçıları yaxın vaxtlarda yeniləri ilə əvəzlənəcək.

Azərbaycanda ictima narazılığın ən çox olduğu vəzifə sahiblərindən biri icra başçılarıdır. Onlar habelə KİV-də haqlarında ən çox tənqidi materialların dərc edildiyi məmurlar sırasına daxildirlər.
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ