20-02-2017, 08:00 Oxunub: 34 869
İqtidardan müdhiş rezident təftiş: İcra başçılarının xarici biznesi yoxlanır - Siyahı

Əslində, prezidentin etimadını doğrultmayan və büdcəyə zərbə vuran məmurların pullarını ölkədən daşımağa imkan verilməməlidir. Həmçinin, onların xaricdəki hesabları da dondurulmalıdır.
Ölkə rəhbərliyinin icra başçılarının xaricdəki biznesi barəsində təftiş aparılmasına dair göstəriş verdiyi iddia olunur
Etibarlı mənbələrdən Politika.Az-a verilən məlumatlarda deyilir ki, dövlət rəhbərliyi ciddi tapşırıqlar verib.
İqtisadi islahatların, israfçılığın qarşısının alınması istiqamətlərindən biri də icra başçılarının xaricdəki biznesi, bank hesabları, aldıqları daşınmaz əmlaklardır.
İcra hakimlərinin varidatını balta kəsməz. Onların dövlətin büdcəsi regionların inkişafı adı ilə tar-mar etməsi oliqarxa çevirib. Bu gün hər bir rayon rəhbərinin böyük maliyyə imkanları var.
Onlar bu pulları şəxsi dədə malı kimi bölüşdürüb və sənədləşmədə rayonun inkişafına sərf olunması adı altında rəsmiləşdiriblər.Uzun illər icra başçılarının özbaşınalığına göz yumulub.
Lakin böhran büdcə vəsaitlərinə nəzarəti gücləndirməyi şərtləndirib. Ona görə də ölkə rəhbərliyi hansı icra başçısının hansı ölkədə mal-mülkünün olmasının siyahısını hazırlayır.
Bu dosye üzrə praktik siyasətin həyata keçirilməsi nəzərdə tutulmur. Sadəcə, ölkədən çıxan pulların haqq-hesabı çürüdülə bilər.
Verilən məlumatlarda deyilir ki, Şamaxı icra başçısının mavini Qasım Qasımovun, Nəsimi icra başçısı Asif Əsgərovun xaricə biznesi var.
İddialara görə, Zərdabın icra başçısı Lütfəli Babayev, Ağcabədi icra başçısı Şahin Məmmədov, Lənkəranın icra başçısı Taleh Qaraşov, Ağstafa icra başçısı Məhərrəm Quliyev xaricdə əmlaklara sahiblənib.
Ümimiyyətlə, böyük bir məmur ordusu pullarını ölkədən çıxarıb və xarici banklarda saxlayır. Bu faktı deputatlar - Vahid Əhmədov və Yevda Abramov da bəyan ediblər.
Artıq bank hesabı açılmadan Azərbaycanın daxilində və Azərbaycandan kənara xarici valyutada pul köçürmələri yalnız rezident və qeyri-rezident fiziki şəxslər tərəfindən aparıla bilər.
Rezident və qeyri-rezident hüquqi şəxslər tərəfindən bank hesabı açılmadan xarici valyutada pul köçürməsi əməliyyatlarının aparılmasına yol verilmir.
Azərbaycandan pul çıxarmağa məhdudiyyət qoyulması məmurların belini qıran qərardır. Bu gün milyonlarla dolları olan şəxslər yalnız korrupsioner dövlət məmurlarıdır.
Onsuz da sıravi vətəndaşlarda külli miqdarda pul yoxdur. Ona görə də qərar birbaşa həmin məmurların ölkədən pul çıxarılmasına qarşı hesablanıb.
Əslində, prezidentin etimadını doğrultmayan və büdcəyə zərbə vuran məmurların pullarını ölkədən daşımağa imkan verilməməlidir. Həmçinin, onların xaricdəki hesabları da dondurulmalıdır.
XƏBƏR LENTİ
13:18 | Sellofan formalı “kiçik Messi”nin anası danışdı — “Hər gün ölüm qorxusu ilə yaşayırıq” 13:00 | Kamal Abdulladan təqaüdlərin artırılmasına — MÜNASİBƏT 12:43 | Əkizləri bir də makiyajsız görün — FOTO 12:30 | Sergey Lavrov erməni həmkarı ilə Dağlıq Qarabağdan danışdı 12:16 | Dünya mediası Putini “nokauta salan qadın”dan danışır – Fotolar 12:00 | Efirdə Elarizi təhqir etdilər: “Bunun keçəlinə baxın” – Video 11:47 | Azərbaycanın ən varlı rayonları açıqlandı 11:30 | Prezidentdən Siyavuş Novruzovla bağlı sərəncam 11:12 | İran XİN başçısı: “İrana qarşı müharibə etmək intihara bərabərdir” 11:00 | Elməddin: “Polisə müraciət etməmiş öz xoşunla…” – Video 10:39 | “Təxribatlara uymayın” – Rusiya azərbaycanlıları 10:21 | Həbs olunmuş dünya çempionuna atmaca: Orada şeir yazarsan – VİDEO 10:11 | “Sarı jiletlər”in etiraz aksiyası başladı 10:00 | Zabit Səmədovdan “Neolit” davasına REAKSİYA 09:45 | Evlilik təklifilə gündəm olan nişanlı cütlük, müğənni ilə şairə ayrıldı – VİDEO