İqtidardan ilin inqilabı: Prezidentdən möhtəşəm sərəncam, viza açılımı və turist axını - Təfərrüat
Siyaset
Oxunub: 1 995
20 fev 2017 | 20:09
İqtidardan ilin inqilabı: Prezidentdən möhtəşəm sərəncam, viza açılımı və turist axını - Təfərrüat













Azərbaycan hökuməti inqilabi dəyişikliklər və islahatlar etməkdədir. Bu islahatların lokomotivi və qarantı isə prezident İlham Əliyevdir

Dövlət başçısı postneft dövründə turizmin inkişafını qarşıda prioritet hədəf kimi qoyub.

Ölkəyə yayda turist axınını təşkil etmək üçün hüquqi prosedurlar asanlaşdırılır. Məqsəd büdcəyə turizmdən milyonlar daxil olmasını təmin etməkdir.

Prezident İlham Əliyev "Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" sərəncam imzalayıb. Sərəncama əsasən,

Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi məqsədi ilə aşağıdakı qərar verilib:

1. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti:

1.1. Azərbaycan Respublikasının Rusiya Federasiyası, Türkiyə Respublikası, İran İslam Respublikası və Gürcüstan ilə dövlət sərhədinin buraxılış məntəqələrindən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sürətli keçidini təmin etmək məqsədi ilə xüsusi ayrılmış hərəkət zolaqlarının müəyyən edilməsi üçün müvafiq infrastrukturun yaradılmasını üç ay müddətində təmin edib bu barədə Azərbaycan Respublikasının Prezidentinə birgə məlumat versinlər.

Politika.Az-ın xəbərinə görə, turistlər ölkəyə maneəsiz və sürətlə keçid edəcək, gömrükdə problem yaşamayacaq, növbələr və başqa problemlər meydana çıxmayacaq.

Sıərəncamda deyilir ki, xüsusi ayrılmış hərəkət zolaqlarının nişanlanmasını və hər kəsin yaxşı görə biləcəyi məlumatlandırma lövhələrində hərəkət istiqamətlərinin əks etdirilməsini təmin etsinlər.

Dövlət sərhədinin buraxılış məntəqələrindən keçidin sürətləndirilməsi və yarana biləcək sıxlığın qarşısının alınması məqsədi ilə qarşılıqlı fəaliyyət göstərərək əlaqələndirmə işlərini daha da təkmilləşdirsinlər.

Bundan əlavə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi elektron vizaların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən bilavasitə Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrində əldə edilməsinə şərait yaratmaq məqsədi ilə, bütün buraxılış məntəqələrində "ASAN ödəniş” terminalları vasitəsilə "ASAN Viza” sisteminə daxil olaraq elektron viza üçün müraciət etmək imkanının yaradılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

Politika.Az-ın xəbərinə görə, ölkənin xidmət sektoru, hotellərin qiyməti, hostel sahəsinin inkişafı, turizm firmalarının fəaliyyəti stimul, turist axınının təşkilində təbliğat işləri olduqca aşağı səviyyədədir.

bölgələrdə olan turizm məkanlarının infrastrukturları yartmaz səviyyədədir. Ekspertlərin fikrincə turistlər ölkəyə modern binaları görməyə deyil, hər bir ölkəyə xas olan özəl abidələri seyr etməyə gəlirlər.

Azərbaycanda turizm sektorunun acınacaqlı duruma salınması bu yanlış siyasətin yalnız bir qoludur. Ölkənin turizm potensialı günü-gündən məhv edilir. Bu fikirləri Xəzər dənizinin vәziyyәti ilə bağlı da rahat şəkildə söyləmək olar.

Azərbaycanın həqiqətən də turizm potensialı var. Bu potensial ölkəmizin müxtəlif bölgələrində mövcuddur. Azərbaycanın çox səfalı guşələri, zəngin tarixi abidələri var, Zaqatala, Şəki, Oğuz, Qəbələ və s. kimi ciddi turizm potensialları var.

Bu turizm potensiallarının inkişaf etdirilməsi üçün heç bir iş görülmür, üstәlik, bunlar ölkədə məmurlara bağlı olan oliqarxların təsir dairələrindədir. Onlar da həmin obyektlərdən şəxsi əmlak kimi istifadə edir və acınacaqlı duruma salırlar.

Nəticədə də ölkənin turzim potensialı getdikcə dağıdılır. Lakin prezidentin son sərəncamı böyük ümidlər oyatdı və bu yay Azərbaycanda milyonlarla turist görmək mümkün olacaq. Ötən il də xeyli sayda turist gəlmişdi, bu il isə daha böyük axın gözlənilir.
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...