İcra başçıları ilə bağlı ciddi dəyişikliklər gözlənilir - Deputat anons verdi
Siyaset
Oxunub: 4 225
22 fev 2017 | 16:25
İcra başçıları ilə bağlı ciddi dəyişikliklər gözlənilir - Deputat anons verdi













Ölkə başçısının struktur islahatları ilə bağlı anonsundan sonra İcra hakimiyyətləri və ona bağlı strukturlarda da ciddi dəyişikliklərin olacağı gözlənilir

Ayrı-ayrı nazirliklərin bölgələrdə şöbələrinin olduğunu nəzərə alsaq, iqtisadi çətinliklərlə üz-üzə qaldığımız bir vaxtda “əyalət padşahları”nın hökmranlığı çox yersiz görünür.

Bu haqda danışan Milli Məclisin deputatı Zahid Oruc ümumilikdə İcra hakimiyyətlərinin ləğvindən söhbət getməsə də, müəyyən ciddi dəyişikliklərin olacağının gözlənilən olduğunu açıqlayıb:

Kompüterdən istifadə edə bilməyən icra başçılarımız...

“İcra Hakimiyyətləri ləğv olunmasa da, Azərbaycan bölgələrinin büdcənin boğazında yükə çevrilməsi dayandırılmalıdır. Çıxış yolu, adının nə qoyulmasından asılı olmayaraq, bölgənin öz-özünü təmin edə bilməsindədir. Sən pis İcra Hakimiyyəti başçısı olasan, eyni zamanda regional büdcən də dolub-daşa, bu, qeyri-mümkündür. Əgər sən, menecmenti yaxşı bilməsən, müasir informasiya texnologiyalarından istifadəni bacarmasan, investisiya cəlbi üçün aktiv tədbirlər həyata keçirməsən, iş adamlarına şərait yaratmasan, hətta adın çox cazibədar terminlə ifadə olunsa belə, qəbul olunmayacaqsan. Reallıq bundan ibarətdir ki, Azərbaycanda İcra hakimiyyətlərilə bağlı problem müxtəlif dövrlərdə ölkə rəhbərliyi səviyyəsində deyilib. Buna görədir ki, Prezident kadr islahatları sahəsində məhz bu sferada ən böyük addımları atıb. Yeni dövr tələbləri baxımından bu sahədə islahatlar davam etdiriləcək”.

“İcra başçısı dirəniş göstərirdi”

Parlament üzvü tarixə ekskurs edərək, indiki icra başçılarını əvvəlkilərlə müqayisə edib:

“1990-cı illərin reallığından çıxış etsək, o dövrdə rayonlara rəhbər təyin olunarkən əsas məqsəd, bölgənin ağır xaosdan çıxarılması idi. Qorxmazlıq, igidlik, ayrı-ayrı qruplaşmalara qarşı dirəniş amili önə çəkilirdi. İndi də həmin dövrün icra başçılarının adı xatırlanır. 1991-1992-ci illərdə silah vasitəsilə 1-ci şəxsləri əvəzləyirdilər, yaxud onların ailə üzvlərini girov götürürdülər. Həmin vaxt mənim təmsil etdiyim bölgədə belə bir hadisə baş vermişdi. Hətta ulu öndər gecə saat 4-də müxtəlif şəxslərlə əlaqə quraraq problemi çözməyə çalışmışdı. Nəticədə sərt cəzalara da gedilmişdi”.

“Bəzi “media mənsubları” icra başçısına “pul tələsi” kimi baxır”

Z.Oruc XXI əsrdə padşahlıq hökmranlığına yer olmadığını vurğulayıb:

“2000-ci ildən sonra menecmentlik önə çıxdı. Artıq həmin dövrdə silahlı qüvvələr mövcud deyildi və Rasim Daşdəmirovlar, Ağa dayılar, Aslan Aslanovlar erası bitmişdi.

Qarşıdakı dönəm üçün parametlər dəyişməkdədir. Əgər İcra Hakimiyyətinin rəhbəri elektron sistemlərdən istifadə edə bilmirsə, ayrı-ayrı “media mənsubları”nın pul tələsi kimi görünür və onların hədəfinə çevrilirsə, bu vasitə ilə əhalinin problemləri, vətəndaşların qəbulu, sahibkarların mühüm işləri kənarda qalırsa, demək ki, problemlərimiz hələ mövcuddur. Mən hesab edirəm ki, bütün bunlar dövlət başçısına hamımızadan daha yaxşı bəllidir. Nəzərə alın ki, hər gün bölgələrdən gələn məlumatlar Adminstrasiyada toplanaraq ölkənin birinci şəxsinə məruzə edilir. Ola bilsin ki, vətəndaşın qəbul olunması problemi fonunda dərhal qərar verilməsin. Amma zaman keçdikdə insanları incidən icra başçılarını aqibətinin şahidi oluruq. Dediyim dövr baxımından gələcəkdə islahatlar prosesinin daha da sürətli olacağını düşünürəm”. (modern.az)
Bu gün, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Bu gün, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Bu gün, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Bu gün, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Bu gün, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Bu gün, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Bu gün, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Bu gün, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Bu gün, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Bu gün, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE