Naxçıvan Konstitusiyasına dəyişiklik və vitse-prezident müəmması
Siyaset
Oxunub: 695
25 fev 2017 | 08:34
Naxçıvan Konstitusiyasına dəyişiklik və vitse-prezident müəmması






Nə Azərbaycan, nə də Naxçıvan Konstitusiyasında MR Ali Məclis sədri vəzifəsinin vitse-prezidenti səlahiyyəti verilməsi haqda hansısa düzəliş olmayıb

Xəbər verdiyimiz kimi, fevralın 23-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyası keçirilib. Sessiyanın gündəliyinə bir sıra cari məsələlərlə yanaşı, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi daxil olub.

APA-nın məlumatına görə, V.Talıbov Ali Məclisdə çıxışı zamanı deyib ki, 2016-cı il sentyabrın 26-da keçirilən referendumla Azərbaycan Konstitusiyasında dəyişikliklərə uyğun olaraq Naxçıvan MR Konstitusiyasında da dəyişikliklər edilməsi üçün qanun layihəsi hazırlanıb.

Qeyd edək ki, dəyişiklikdə Konstitusiyanın Naxçıvan Muxtar Respublikasında vətəndaşların seçki hüququnu tənzimləyən 8-ci maddəsi yeni redaksiyada verilərək adından və mətnindən məhdudlaşdırıcı ifadələr çıxarılıb, maddənin strukturu konstitusiya normalarına uyğunlaşdırılıb. Konstitusiyaya təklif olunan dəyişikliklərdən biri də gənclərin dövlət quruculuğunun bütün təbəqələrində iştirakına şəraitin yaradılması ilə bağlıdır. Belə ki, konstitusiyanın 15-ci, 29-cu və 41-ci maddələrinə edilən dəyişikliklərə əsasən, 18 yaşı tamam olmuş, seçkilərdə iştirak hüququ olan hər bir şəxs dövlət orqanlarında təmsil oluna biləcək. Təklif olunan dəyişikliklərdə deputatların məsuliyyətinin artırılması məsələsi də öz əksini tapıb. Konstitusiyanın 43-cü maddəsinin III hissəsinə təklif edilən dəyişiklik isə texniki xarakter daşıyır. “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası qanunu oxunub və səsə qoyularaq qəbul edilib.

Xatırladaq ki, Naxçıvan MR Ali Məclisinin sessiyası Azərbaycanda son iki gündə əsas xəbər olaraq paylaşılıb. Məsələ ondadır ki, bir sıra internet mediasında V.Talıbovun vitse-prezidenti təyin olunacağı və bu təyinatın Ali Məclisin sessiyasında elan ediləcəyi bildirilirdi. Bu xəbərlərdə V.Talıbovun Naxçıvan MR Ali Məclisinin sədri kimi vitse-spiker postunu tutduğu və son referendumdan sonra onun postunun avtomatik olaraq vitse-prezident postuna çevrildiyi qeyd olunurdu.

Ancaq məsələ ondadır ki, nə Azərbaycan, nə də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında Naxçıvan MR Ali Məclisinin sədri vəzifəsinin Azərbaycanın vitse-prezidenti postu olması haqda hansısa düzəliş olmayıb. Yəni faktiki olaraq bu dəyişiklik ortada yoxdur. Yeri gəlmişkən, virtualaz.org saytı Naxçıvan Muxtar Respublikası Konstitusiyasına dəyişikliklər və əlavələr edilməsinin hüquqi prosedurunu araşdırıb. Naxçıvan MR Konstitusiyası yerli Ali Məclisdə azı 35 səs çoxluğu ilə qəbul edildikdən sonra təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilir. Bu zaman nəzərə almaq lazımdır ki, Naxçıvan Konstitusiyasına dəyişikliklər və əlavələr haqqında təklif muxtar respublikanın Ali Məclisində 2 dəfə səsə qoyulur. İkinci səsvermə birinci səsvermədən 3 ay sonra keçirilir. Üçüncü mərhələdə Naxçıvan Konstitusiyasına dəyişikliklər və əlavələr haqqında Konstitusiya qanunları həm birinci, həm də ikinci səsvermədən sonra müvafiq tutulmuş qaydada, Naxçıvan Ali Məclisinin sədrinə imzalamaq üçün təqdim olunur. Bu zaman nəzərə alınır ki, əlavə və dəyişikliklər Naxçıvan Konstitusiyasının əsas mətninə zidd olmamalıdır.

Ancaq bu, yalnız təşəbbüs Naxçıvan MR Ali Məclisindən gəldikdə belə olur. Ekspertlərə görə, Azərbaycan Respublikası Konstitusiyasına edilən dəyişikliklərlə bağlı referendum ölkə üzrə keçirildiyi üçün onun nəticələri Naxçıvana da şamil edilir və bu səbəbdən də Muxtar Respublikanın qanunvcericilik bazasının dəyişikliyi təsdiqləməsi vacibdir. Beləliklə, son dəyişikliklər isə 26 sentyabr 2016-cı ildə Azərbaycanda keçirilmiş referendum nəticəsində Konstitusiyada edilmiş dəyişikliklərin Naxçıvan MR-da təsdiq olunması ilə bağlı hüquqi prosedur olub. (musavat.com)
Bu gün, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Bu gün, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Bu gün, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Bu gün, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM