“Ya yenidən nazir müavini olaram, ya da ölkədən gedərəm” - Musa Pənahov haqqında SENSASİON İDDİA
Siyaset
Oxunub: 694
25 fev 2017 | 08:58
“Ya yenidən nazir müavini olaram, ya da ölkədən gedərəm” - Musa Pənahov haqqında SENSASİON İDDİA










Ləğv edilən Nəqliyyat Nazirliyinin sabiq birinci müavini Musa Pənahov ölkəni tərk edə bilər

Bu barədə məlumat verən mənbə iddia edir ki, sabiq nazir müavini Musa Pənahov Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadəyə müavin təyin edilməyəcəyi təqdirdə Azərbaycanı tərk edəcək. O, bu haqda yaxın ətrafına deyib. M.Pənahov hətta gedəcəyi ölkəni də müəyyən edib. Bu, onun qudasının da keçmiş prezidenti olduğu Moldovadır.

Mövzuya keçmədən öncə qısa bir xatırlatma edək. Sabiq nazir müavini Musa Pənahov bir neçə il öncə 1 milyardlıq sərvətə malik Moldova eks-prezidenti Vladimir Voroninin qızını öz nəvəsinə izdivac etmişdi.

Sabiq nazir müavininin oğlu Fuad Pənahovun Moldovanın ən zəngin adamı, eks-prezidentin oğlu Oleq Voroninin yeganə övladı ilə necə tanış olmasına da qısa nəzər salaq. “İnfotag” və “Publika” portallarına istinadən Rusiya qəzetləri yazır ki, gənclər 3 il öncə Fransanın elitar kurort zonası olan Lacivərd sahillərdə tanış olublar. Moldovanın eks-prezidentinin nəvəsi Katerina Voronina atasının 1 milyard dollarlıq sərvətinin yeganə varisi hesab edilir. O, Kişinyovda kollec bitirib, daha sonra təhsilini davam etdirmək üçün xaricə gedib.

İzdivac baş tutduqdan sonra isə M.Pənahov boş oturmayıb və Azərbaycanda olan külli miqdarda sərvətini Moldovaya köçürməyə başlayıb.

M.Pənahov moldovalı qudası ilə birgə demək olar ki, bu ölkədə bütün biznes sahələrində mövcuddurlar.

Sabiq nazir müavini haqqında ən maraqlı iddia isə budur ki, o, yarandığı gündən bu yana 15 ildir yüksək post tutduğu Nəqliyyat Nazirliyinin ləğvini, dolayısı ilə nazir müavini vəzifəsini itirməsini həzm edə bilmir. Belə ki, iki nazirliyin birləşməsindən sonra yaradılan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində də nazir müavini olmaq arzusundadır. Pənahov bunun üçün bütün əlaqələrini işə salıb, hətta qudasından da yardım istəyib. M.Pənahov digər tərəfdən isə nazir müavini olma şansının aşağı olduğunu hesablayaraq biznesini də ölkədən çıxarır.

Hətta bu gün paytaxtın ən məşhur klublarından olan və yaxşı gəlir verən “Megapolis” klubunu da satışa çıxarıb. Düzdür, bu satış “elanı” gizli saxlanılır, lakin oğul Pənahov bu barədə imkanlı dostlarına təklif edib.

Bundan əlavə tikinti sektorunda böyük tenderlər “udan” oğul Pənahov bu tenderlərdən qazandığı milyonların bir qismini xaricə çıxarmağa müvəffəq olsa da bir hissəsini Azərbaycanda investisiya kimi istifadə edib. İndi isə Pənahovlar ailəsinin əsas qayəsi bu şirkətləri tez bir zamanda sataraq nağd pula çevirməkdir. Heç şübhəsiz ki, satışdan əldə olunacaq həmin vəsait isə hansısa xarici ölkələrdə yeni investisiyalar, ortaqlıqlar üçün istifadə olunacaq.

Hər halda, bunu zaman göstərəcək. İndi isə görünən budur ki, vəzifə itkisi sabiq nazir müavinini yaxşıca əl-ayağa salıb... (musavat.com)
Bu gün, 12:24
“İranda yaşayan azərbaycanlılar təqib olunur” – ABŞ Dövlət Departamenti nəhayət DİLƏ GƏLDİ
Bu gün, 11:41
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
Bu gün, 11:36
Əvəz Zeynallı ilə bağlı qərar verildi
Bu gün, 11:24
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır… - “Haykakan Jamanak”
Bu gün, 10:42
Qızıl qiymətlərində son 2 ilin ən böyük GÜNLÜK İTKİSİ
Bu gün, 10:38
Kadırovda ciddi xəstəlik yaranıb?
Bu gün, 10:35
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
Bu gün, 10:31
Azərbaycanda zəlzələ olub
Bu gün, 10:27
Avro və lirə ucuzlaşdı - Məzənnələr
Bu gün, 10:22
Kəndlərimizdə şou göstərlərin ifşası: Qarabağdan görüntüsü ortaya çıxdı - VİDEO
Bu gün, 10:03
Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır
Bu gün, 09:59
Qırğızıstan prezidenti Ağdama gedəcək
Bu gün, 09:56
Hər şeyə Ərdoğan qərar verir, Qərbin "əl-qolu bağlanıb"
Bu gün, 09:28
Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan
Bu gün, 09:20
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür
Bu gün, 09:10
Paşinyan: Bəzi gizli razılaşmalar hesablanıb
Dünən, 16:00
Sülh müqaviləsi Astanada və ya Tiflisdə bağlana bilər - İNCƏLƏMƏ
Dünən, 15:30
Ruben Vardanyana Nobel mükafatı verilməsi təşəbbüsünün arxasında kim dayanır? - AKTUAL
Dünən, 14:22
Kənlərimizin AZADLIĞI... - həm də buna görə MÜHÜMDÜR!
Dünən, 14:00
Qarabağdan çıxarılan sülhməramlılar birbaşa Ukraynaya göndərilir? - "Bild"
Dünən, 13:19
Şəhərlər Türkiyə bayrağına büründü: 13 ildən sonra KRİTİK SƏFƏR - FOTO
Dünən, 13:15
Paşinyandan Azərbaycanla bağlı qərar
Dünən, 13:10
İlham Əliyev Rusiyada səfərdədir
Dünən, 12:10
Azərbaycanda bu məhsullar ucuzlaşacaq - AÇIQLAMA
Dünən, 12:05
Əhaliyə şad xəbər: Bu müddətdən sonra pensiyalar...
Dünən, 11:05
Hava hücumundan müdafiə bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilib
Dünən, 11:01
ABŞ-nin hərbi bazasına 5 raket atılıb