İqtidar masasında inqilabi proje: İlin sonunadək məmurların “paket”i kəsilir
Siyaset
Oxunub: 9 604
27 fev 2017 | 05:33
İqtidar masasında inqilabi proje: İlin sonunadək məmurların “paket”i kəsilir












Dövlətdən aldığı maaşdan əlavə “paket” alan idarə rəislərinin qara günləri başlayıb və nə büdcə oğurluğu, nə də “paket” sistemi olacaq

İqtidar masasında inqilabi proje var. Hakimiyyəti yeni siyasi xəttində etdiyi dəyişikliyin davamı olaraq nazirliklərdə, komitələrdə, idarə və müəssisələrdə “paket”lər ilin sonuna kimi dayandırılır

Hökumət məmurların oliqarx həyatına son qoyur. Dövlətdən aldığı maaşdan əlavə “paket” alan idarə rəislərinin qara günləri başlayıb və nə büdcə oğurluğu, nə də “paket” sistemi olacaq.

Son günlər ölkə mediasında yayılan məlumatlara görə, Gömrük Komitəsində işçilərə maaşlardan əlavə verilən “paket sistemi” ləğv olunub.

Məlumatda bildirilir ki, “paket sistemi”nin ləğvi, əsasən aşağı ranqlı işçilərə tətbiq olunub. Bundan sonra işçilər arasında narazılıq yarandığı da verilən məlumatlar sırasındadır.

Belə bir şəraitdə təbii ki, hökumət büdcə xərclərinin yerinə yetirilməsində problemlərin yaranmaması üçün indidən alternativ mənbələr barədə fikirləşmək məcburiyyətindədir. Belə bir mənbə kimi ilk növbədə müxtəlif dövlət strukturları tərəfindən yığılan, ancaq rəsmiləşdirilməyən gəlirlərin çıxış etdiyini söyləyə bilərik.

Bura Dövlət Gömrük Komitəsi, Vergilər Nazirliyi, Əmlak Komitəsi, Dövlət Sosial Müdafiə Fondu, həmçinin digər bir sıra qurumlar tərəfindən rüsum, vergi, lisenziya haqqı və sair adlarla yığılan, ancaq əhəmiyyətli hissəsi rəsmiləşdirilməyən vəsaitlər daxildir.

Hansı ki, bu vəsaitlərin müəyyən bir hissəsi “paket” kimi müxtəlif dövlət qurumlarında çalışanlar arasında bölüşdürülür, xaricdə diaspora və lobbiçilik fəaliyyətinə xərclənir.

Politika.Az-a etibarlı mənbələrdən verilən xəbərlərdə bildirilir ki, 2016-cı ildə müəyyən qədər “paket” sistem mövcud olub. Amma bu ildən etibarən tam olaraq kəsilib.

Məsələn, MTN və rabitə işi üzrə məhkəmələrdə vəzifəli şəxslərin ifadələri təsdiqləyir ki, dövlət orqanlarında məmurlara “paket maaş”la yaşayıb. İndi isə dövlətin imkanları azalıb, gəlirlər əvvəlki qədər deyil, o halda büdcəyə nəzarət güclənməlidir.

Bütün parametrləri araşdırsaq görərik ki, büdcə gəlirlərinin 70 faizdən çoxu neftin hesabına formalaşır. Qeyri-neft sektorunu da araşdırsaq orada da neftin payının olduğunu görərik. Hökumət hər il böyük həcmdə investisiya layihələri həyata keçirir.

Bunun üçün də dövlət büdcəsindən pullar ayrılır və məktəb tikilir, körpülər tikilir, hansısa infrastruktur layihələr həyata keçirilir. Bütün bunların hamısı yeni iş yeri yaradır.

İndi neftin qiymətinin iki dəfəyə qədər azalması neftdən gələn gəlirləri də kəskin şəkildə azaldıb. Ona görə də hökumətin hazırda bir nömrəli vəzifəsi büdcə icrasını tam təmin etməkdir. Tam təmin etmək üçün isə neftin indiki qiyməti əlverişli deyil.
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
18-04-2024, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
18-04-2024, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
18-04-2024, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
18-04-2024, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
18-04-2024, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
18-04-2024, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE